Icma.az
close
up
RU
2024 YR4 asteroidi artıq Yer üçün təhlükə yaratmır

2024 YR4 asteroidi artıq Yer üçün təhlükə yaratmır

News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Alimlər yeni kəşf edilən və 2024 YR4 adlandırılan asteroidin Yer üçün təhlükə yaratmadığını təsdiqləyiblər. NASA və Avropa Kosmik Agentliyi (ESA) birgə açıqlamalarında bildiriblər ki, iki aylıq müşahidələrdən sonra 2024 YR4 asteroidindən qaynaqlanan hər hansı təhlükə ehtimalı demək olar tamamilə aradan qaldırılıb.

News24.az xəbər verir ki, bir müddət əvvəl 2032-ci ildə toqquşma ehtimalı 3 faizə qədər yüksəlmişdi. Lakin ESA-nın apardığı müşahidə və ölçmələrdən sonra bu ehtimal 0,001 faizə endirilib. 

NASA isə öz hesablamaları ilə riski 0,0027 faizə qədər azaldıb. Bu isə o deməkdir ki, asteroid 2032-ci ildə Yerə təhlükə yaratmadan yanından keçəcək və qarşıdakı yüz il ərzində toqquşma riski olmayacaq.

JWST yaxından müşahidə aparacaq

Buna baxmayaraq, NASA-nın məlumatına görə, asteroidin 22 dekabr 2032-ci ildə Aya toqquşma ehtimalı hələ də 1,7 faiz olaraq qalır. Yer üzərindəki teleskoplar asteroid bizdən uzaqlaşarkən onu izləməyə davam edəcək, Ceyms Uebb Kosmik Teleskopu (JWST) isə gələn ay 2024 YR4 asteroidinin ölçüsünü dəqiq müəyyənləşdirmək üçün müşahidələr aparacaq. Gözlənilir ki, bir-iki ay ərzində asteroid JWST-nin müşahidə sahəsindən çıxacaq.

Dekabr ayında kəşf edilən asteroidin diametrinin 40-90 metr arasında olduğu və hər dörd ildən bir Yerə yaxın məsafədən keçdiyi təxmin edilir.

NASA yayımladığı açıqlamada qeyd edib: "Bu asteroid artıq Yer üçün ciddi toqquşma təhlükəsi yaratmasa da, '2024 YR4' araşdırmalarımız üçün əvəzsiz bir imkan təmin etdi".  /qaynarinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:223
embedMənbə:https://news24.az
archiveBu xəbər 04 Mart 2025 23:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see304

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see295

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see292

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see288

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see287

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see284

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see274

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see272

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see266

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see265

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see245

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see239

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see238

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see236

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see235

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see232

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see226

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see225

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see223

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see221
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri