Icma.az
close
up
RU
2024cü ildə daşıyıcılara 1624 ədəd “TİR Karnet” kitabçası verilib AZƏRTAC

2024cü ildə daşıyıcılara 1624 ədəd “TİR Karnet” kitabçası verilib AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 27 dekabr, AZƏRTAC

2024-cü ildə 1305 daşıyıcıya, 178 operatorun məsul şəxsinə 133 ədəd Beynəlxalq daşımalar (BYD sertifikatı) haqqında təlim-tədris keçirilərək şəhadətnamələr verilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) baş katibi Kənan Qurbanov qurumun illik hesabatı zamanı məlumat verib.

Bildirilib ki, eyni zamanda, hesabat dövründə 330 daşıyıcıya təhlükləli yüklərin daşınması barədə təlim kursları keçirilərək şəhadətnamələr təqdim olunub. 2024-cü ildə daşıyıcılara 1624 ədəd “TİR Karnet” kitabçası verilib.

Kənan Qurbanov qeyd edib ki, bu il ABADA Birləşmiş Millətlər Təşkilatının İqtisadi Şurasının elektron əmtəə nəqliyyat qaiməsi (e- SMR) tətbiqi ilə bağlı tədbirlərdə, eyni zamanda Rusiya Federasiyaının Sankt- Peterburq şəhərində keçirilmiş Beynəlxalq İqtisadi Forum çərçivəsində “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı ilə bağlı “dəyirmi masa”da iştirak edib.

Hesabat ilində ABADA üzvlərinin ümümi yığıncaqları, hər ay mütəmadi olaraq qurumun İdarə Heyətinin iclasları keçirilib.

Rusiya Federasiyasının Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası ilə əməkdaşlıq haqqında memorandum imzalanıb. Həmçinin qurum Türkiyə Respublikası və İran İslam Respublikası nəqliyyat qurumları ilə keçirilən görüşlərdə iştirak edib.

Beynəlxalq daşımaların inkişafı ilə əlaqədar və təhlükələri yüklərin beynəlxalq daşımaları haqqında Konvensiyaya uyğun olaraq, normativ sənədlərin hazırlanması, həmçinin avtodaşıyıcılarımızın xarici ölkələrdə rastlaşdıqları problemlər barədə və onların həlli məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə təkliflər verilib.

Hesabat dövründə BYD kitabçasının istifadəsinin genişləndirilməsi üçün tədbirlər həyata keçirilib və bu məqsədlə Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə görüşlər olub.

“ABADA cari ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələrin Assosiasiyalarının Konfederasiyasının (BSEC – URTA) iclasında, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (İRU) Baş Assambleyasının iclasında, “Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumu”nda, CLDP, USAD, İRU və GiZ bəynəlxalq təşkilatların təşəbbüsü ilə keçirilmiş Trans- Xəzər və Logistika beynəlxalq iclasında iştirak edib”, - deyə K.Qurbanov diqqətə çatdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Dekabr 2024 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri