Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

2025 ci il idman federasiyaları üçün necə keçdi?

2025 ci il idman federasiyaları üçün necə keçdi?

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2025-ci il ərzində idman federasiyaları tərəfindən həyata keçirilən fəaliyyətlər ölkədə idmanın inkişafı, kütləviləşdirilməsi və beynəlxalq arenada təmsilçiliyin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb. İl ərzində müxtəlif yarışların təşkili, kadr potensialının artırılması, gənclərlə iş və beynəlxalq əməkdaşlıq istiqamətində bir sıra vacib addımlar atılıb.

İdman.Biz federasiyaların 90deqiqe.az saytına istinadən məlumatlarını təqdim edir.


Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Murad Axundov:

2025-ci il Azərbaycan futbolu üçün bir sıra əlamətdar hadisələrlə yadda qalıb. İl ərzində qadınlardan ibarət milli komandamız Banqladeşdə keçirilən FIFA 3 Nations turnirində qalib gələrək beynəlxalq arenada uğurlu çıxış edib. Milli komandada baş məşqçi postuna Ayxan Abbasovun təyin olunması yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Eyni zamanda, Emin Mahmudovun milli komanda tarixində 15-ci qolunu vuraraq rekordçu bombardirə çevrilməsi futbol ictimaiyyətində böyük maraq doğurub. Bununla yanaşı, AFFA-da həyata keçirilən mühüm struktur dəyişiklikləri idarəetmənin təkmilləşdirilməsi və futbolun davamlı inkişafı baxımından önəmli addım kimi qiymətləndirilir.

Azərbaycan Taekvondo Federasiyası mətbuat katibi Aysel Sultanova:

Bu il Azərbaycan taekvondoçuları bütün yaş qrupları üzrə Avropa və dünya çempionatları, beynəlxalq turnirlərdə uğurla çıxış edərək ümumilikdə 156 medal (53 qızıl, 30 gümüş, 73 bürünc) qazanıblar. Yeniyetmələr Serbiyada keçirilən ISF U15 Gimnaziada Oyunlarında 13 qızıl medal əldə edib, III MDB Oyunlarında isə taekvondo üzrə ilk qızıl medal qazanılıb.
Avropa birinciliklərində kiçik yeniyetmələr, yeniyetmələr və gənclərdən ibarət milli komandalarımız komanda hesabında öncül mövqeləri tutub. Böyüklər arasında dünya çempionatında Qaşim Maqomedov, VI İslam Həmrəyliyi Oyunlarında isə Minayə Əkbərova və Qaşim Maqomedov medal qazanıblar.
Regionlarda taekvondonun inkişafı prioritet istiqamət kimi davam etdirilir, gənc idmançıların seleksiyası, məşqçilərin hazırlanması və kütləviliyin artırılması məqsədilə geniş işlər görülür. Eyni zamanda pumse, demo team və deflimpiya taekvondosu inkişaf etdirilir, hakimlərin peşəkarlığı artırılır və beynəlxalq arenada yüksək qiymətləndirilir.

Azərbaycan Voleybol Federasiyası mətbuat katibi Şəfəq Kərimova:

Azərbaycan Voleybol Federasiyası 2023–2028-ci illər üzrə İnkişaf Strategiyasına uyğun olaraq voleybolun ölkə üzrə kütləviliyinin artırılması, populyarlığının gücləndirilməsi və dayanıqlı inkişafını təmin edir.
Son illərdə Yüksək Liqada klubların sayı artmış, region komandalarının iştirakı genişlənmiş, yerli idmançıların inkişafı üçün əcnəbi oyunçu limitləri və müasir texnoloji sistemlər tətbiq olunmuşdur. Milli komandalar beynəlxalq turnirlərdə uğurla çıxış edir, qadınlardan ibarət yığma Avropa çempionatının final mərhələsinə ardıcıl 11-ci dəfə vəsiqə qazanmışdır.
Aşağı yaş qrupları üzrə ölkə miqyasında seleksiya və yarış sistemi qurulmuş, minlərlə uşaq və yeniyetmə voleybola cəlb edilmişdir. Çimərlik və qar voleybolu üzrə Azərbaycan klubları Avropa səviyyəsində yüksək nəticələr əldə etmişdir.
Federasiya həmçinin yerli məşqçi və hakimlərin hazırlanmasına, eləcə də mövcud infrastruktur imkanlarından səmərəli istifadəyə xüsusi önəm verir.
Ümumilikdə AVF voleybolun bütün istiqamətləri üzrə davamlı inkişafı, kütləvilik və beynəlxalq rəqabət qabiliyyətinin artırılmasını əsas prioritet kimi müəyyən etmişdir.

Azərbaycan Basketbol Federasiyası mətbuat katibi Sənan Əliyev:

2025-ci il Azərbaycan basketbolu üçün yadda qalan oldu.
Cari mövsüm üç klubumuz – Sabah, Abşeron Lions və Neftçi Avropa kuboklarında ölkəmizi təmsil etdilər. Bu, Azərbaycan basketbolu tarixində ilk dəfədir ki, eyni mövsümdə üç klub beynəlxalq arenada çıxış edir. Sabah – FIBA Çempionlar Liqasında, Abşeron Lions və Neftçi – FIBA Avropa kubokunda mübarizə apardılar. Xüsusilə Neftçi qrupdan çıxmağa çox yaxın idi, lakin bəzi səbəblərdən bu, mümkün olmadı.
Milli komandalar səviyyəsində də əhəmiyyətli uğurlar əldə olunub. 3x3 basketbol üzrə qadın millimiz Avropa kubokunun finalına qədər irəlilədi və gümüş medal qazandı. MDB oyunlarında yeniyetmə qızlarımız ikinci yerin sahibi oldular. Ən böyük uğurlardan biri isə İslam Həmrəyliyi Oyunlarında qadın millimizin çempion olmasıdır.
U-18 qızlardan ibarət millimiz isə Avropa çempionatının B divizionunda çıxış edərək ilk 12-likdə yer aldı. Bu da gələcək üçün böyük ümid yaradır.
Daxili yarışlarda isə Azərbaycan kubokunun qalibi – NTD, Basketbol Liqasının çempionu isə Sabah klubu oldu.
Yekun olaraq qeyd etmək istərdik ki, qadın basketboluna verilən xüsusi diqqət artıq nəticələrini verir. Qarşıdakı ən böyük hədəfimiz – 2028 Los-Anceles Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaqdır.

Azərbaycan Karate Federasiyası prezidentinin köməkçisi, federasiyanın mətbuat və texniki-təminat xidmətlərinin rəhbəri Vüsal Abdullazadə:

Azərbaycan Karate Federasiyası 2025-ci ildə fəaliyyətini dövlətin idman siyasətinə və təsdiq olunmuş təqvim planına uyğun şəkildə həyata keçirərək karate idman növünün inkişafı və populyarlaşdırılmasını əsas prioritet kimi müəyyən edib. Federasiya 2023-cü ildən etibarən ölkədə karate üzrə yeganə rəsmi və akkreditə olunmuş qurum kimi fəaliyyət göstərir və Ümumdünya Karate Federasiyasının (WKF) üzvüdür.

2025-ci ildə milli komandalar dünya və Avropa çempionatları, Premyer Liqa turnirləri, MDB Oyunları və İslam Həmrəyliyi Oyunları da daxil olmaqla mötəbər yarışlarda ümumilikdə 209 medal qazanıb. Bunlardan 112 medal idman karatesi (WKF) üzrə əldə olunub. AKF beynəlxalq arenada Azərbaycanın karate üzrə mövqeyini daha da möhkəmləndirib.
İl ərzində milli komandaların iştirakı ilə çoxsaylı beynəlxalq turnirlər, ölkə çempionatları, reytinq yarışları, təlim-məşq toplanışları və seminarlar təşkil olunub. Sosial inklüzivliyə yönəlmiş “Daun xəstəlik deyil, fərqlilikdir” layihəsi, para-karatenin inkişafı və hakimlərin peşəkar hazırlığı diqqət mərkəzində saxlanılıb.
2025-ci ildə bütün üslublar üzrə 3500-dən çox kyu, 500-ə yaxın dan imtahanı keçirilib. Federasiyada 354 lisenziyalı məşqçi fəaliyyət göstərir, ölkə üzrə aktiv karateçi sayı isə 15 000-dən artıqdır. Bu göstəricilər karate idman növünün ölkədə kütləviliyini və davamlı inkişafını təsdiqləyir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:381
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 04 Yanvar 2026 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see311

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see300

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see272

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see253

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see251

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see245

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see241

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see237

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see221

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see215

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see213

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see213

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see211

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see207

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see205

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see204

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see195

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see180

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri