Icma.az
close
up
RU
Proqnozları alt üst edən Qarabağ Dumanlı Albion da yeni tarix yazmaq fürsəti ŞƏRH

Proqnozları alt üst edən Qarabağ Dumanlı Albion da yeni tarix yazmaq fürsəti ŞƏRH

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl" ilə münasibətləri aydınlaşdıracaq.

Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında dünən atılan "kor püşk"ün nəticəsi belədir. "Köhlən atlar" qitənin ən nüfuzlu klub turnirinin 1/8 finalına adlamaq üçün İngiltərənin ən köklü klublarından birini yolundan kənarlaşdırmalıdır. Artıq tərəflər arasında keçiriləcək qarşılaşmaların başlama tarixi və saatları da bəllidir. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ilk görüşünə fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda çıxacaq. Cavab matçı isə fevralın 24-dən 25-nə keçən gecə İngiltərədə, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Püşkatma zamanı Azərbaycan çempionunun potensial rəqiblərindən digəri PSJ idi. Təkcə Fransanın yox, dünya futbolunun top-komandalarından biri. Bir vacib nüansı nəzərə alaq ki, Paris təmsilçisi UEFA Çempionlar Liqasının son qalibidir. Ümumiyyətlə, ispaniyalı mütəxəssis Luis Enrikenin rəhbərlik etdiyi kollektiv 2025-ci ildə, demək olar ki, bütün mümkün titulları qazanıb. Komanda heyətinə və sərgilədiyi oyun tərzinə görə də öncüllərdəndir. Bu baxımdan "Qarabağ"ın pley-offda PSJ-yə yox, məhz "Nyukasl"a rəqib olması püşkün Ağdam klubunun üzünə gülməsi kimi dəyərləndirilməlidir.

Zarafat deyil, 13 dəfə Fransa çempionu olan, bunların 11-ni son 13 ildə qazanan PSJ-dən fərqli olaraq, "Nyukasl" cəmi 4 dəfə İngiltərənin ən güclüsü adına yiyələnib. Özü də 1904/1905, 1906/1907, 1908/1909, 1926/1927 mövsümlərində. Yəni ötən əsrin əvvəllərində! 1892-ci ildə əsası qoyulan "sağsağanlar"ın qitə arenasında da ciddi uğuru yoxdur. Komanda 1969-cu ildə Yarmarkalar Kuboku, 2006-cı ildə isə UEFA İntertoto Kubokunu qazanaraq klub muzeyini zənginləşdirib.

Ev oyunlarını 52 409 azarkeş tutumuna malik "Sent-Ceyms Park" stadionunda keçirən "Nyukasl"ın yüksəlişi son 4 ilə təsadüf edir. Buna səbəb isə klub səhmlərinin böyük hissəsinin Səudiyyə Ərəbistanının Sərvət Fondu tərəfindən satın alınmasıdır. Kluba ciddi maliyyənin yatırılması komandanın transfer siyasətinə və tam təbii olaraq, yaşıl meydanlardakı nəticələrinə birbaşa təsir etdi. Təsadüfi deyil ki, "Nyukasl" 2021-ci ildən baş məşqçi postunu tutan ingiltərəli mütəxəssis Eddi Haunun rəhbərliyi altında Çempionlar Liqasının əsas mərhələsini 14 xalla 12-ci pillədə başa vurmaqla pley-offa vəsiqə qazandı. "Sağsağanlar"ın "Yunion"u (Belçika) 4:0, "Benfika" (Portuqaliya) və PSV-ni (Niderland) 3:0, "Atletik"i (İspaniya) 2:0 hesabı ilə üstələməsi, PSJ (Fransa, 1:1) və "Bayer 04" (Almaniya, 2:2) ilə bərabərə qalması Azərbaycan çempionunun rəqibinin gücündən xəbər verir. Əsas mərhələdə "Nyukasl"ın passivinə yazılan cəmi iki oyun var - "Barselona" (İspaniya) və "Marsel"ə (Fransa) 1:2 hesablı məğlubiyyətlər. Komandanın top fərqi də göz oxşayır - buraxılan 7 qolun qarşılığında vurulan 17 qol!

Bununla belə, 133 yaşlı klubun işləri İngiltərə Premyer Liqasında istənilən kimi getmir. "Nyukasl" 23 turdan sonra 33 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. Eddi Haunun rəhbərlik etdiyi kollektivin hesabında 9 qələbə, 6 heç-heçə, 8 məğlubiyyət var. Büdcəsi yüz milyonlarla ölçülən komandanın top fərqi (32-29) də ürəkaçan sayıla bilməz. Əlbəttə, "Nyukasl" dünyanın ən güclü və ən çətin çempionatında çıxış edir və bu nüansı gözardı etmək olmaz. Bununla belə, komandanın qapısında çox qol görməsini müdafiədəki problemlərin göstəricisi kimi qəbul etmək lazımdır.

Pley-offa yüksəlməklə Azərbaycan futbol tarixində yeni səhifə açan "Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki çıxışı da azarkeşlərə xoş anlar yaşatdı, futbol həvəskarlarını daha da ümidləndirdi. Portuqaliyada "Benfika" (3:2), Bakıda Danimarka "Kopenhagen"i (2:0) və Frankfurt "Ayntraxt"ı (3:2) üzərində qazanılan qələbələr, İngiltərə nəhəngi "Çelsi" (2:2 ) ilə heç-heçə sıradan nəticə statusundan çox-çox yüksək dəyərə malikdir. Düzdür, "köhlən atlar" Tofiq Bəhramov adına Respublika stadionunda gözlənilmədən "Ayaks"a 2:4 hesabı ilə uduzdu. İspaniyada "Atletik"ə (1:3), İtaliyada "Napoli"yə (0:2) və son olaraq İngiltərədə "Liverpul"a (0:6) məğlubiyyətlər də Ağdam təmsilçisinin passivinə yazıldı. Amma bütün bunlara baxmayaraq, rəqibləri ilə müqayisədə məhdud büdcəyə malik klub adını pley-offa yazdırdı. Qurban Qurbanovun komandası tarixi zəfəri Liqa mərhələsini 10 xalla 22-ci pillədə qərarlaşmaqla gerçəkləşdirdi.

Əlbəttə, "Qarabağ"ın UEFA Çempionlar Liqasının 2025/2026 mövsümündə boyundan yuxarı tullandığı müzakirə mövzusu olmayan tarixi faktdır! Bunu tanınmış mütəxəssislər və jurnalistlər, futbol ekspertləri də dönə-dönə qeyd edirlər. Qurban Qurbanov və komandası start ərəfəsində səslənən bədbin fikirləri və proqnozları alt-üst etdi. Qarşıda isə daha bir ciddi, tarixi sınaq gözləyir "köhlən atlar"ı. Rəqib planetin ən səviyyəli çempionatının – İngiltərə Premyer Liqasının təmsilçisi, gücü, büdcəsi və potensialı hamıya bəlli olan "Nyukasl"dır. Amma bu nüanslar hər nə qədər gurultulu səslənsə də, komandaların imkanları arasında ciddi fərq olsa da, "sağsağanlar" top-klub, qarşısıalınmaz və keçilməz rəqib deyil! Avrokubok təcrübəsinə görə də "Qarabağ" onlardan geri qalmır. Üstəlik, onu da nəzərə alaq ki, yaşıl meydanlarda nəticəni büdcə yox, məşqçilərin tapşırıqlarını dəqiq icra edən futbolçular qazanır. Çempionlar Liqasının cari mövsümü də nəzərə alınmaqla dünya futbolunda indiyədək kifayət qədər gözlənilməz, sensasiya doğuran nəticələr qeydə alınıb.

Qurban Qurbanov 21 ildən sonra yenidən "Sent-Ceyms Park"a qayıdacaq. Bu dəfə "Qarabağ"ın baş məşqçisi qismində. 53 yaşlı mütəxəssis 2005-ci il martın 30-da Azərbaycan millisini kapitan sarğısında İngiltərəyə qarşı DÇ-2006-nın seçmə mərhələ oyununa çıxarıb. O, qarılaşmanın əvvəlində, hesab 0:0 olarkən əlverişli imkanı qaçırıb, Devid Bekhem, Stiven Cerrard, Maykl Ouen, Ueyn Runi, Con Terri, Frenk Lempard kimi ulduzların çıxış etdiyi rəqib sonda qələbəyə (2:0) sevinib. Həmin vaxt millinin baş məşqçisi braziliyalı dünya çempionu Karlos Alberto Torres idi. Qurbanov bu dəfə özü eyni statusda "Sent-Ceyms Park"a komanda çıxaracaq. Komandası və Azərbaycan futbolu adına yeni tarix yazmaq üçün! Əlbəttə, bu bir tələb yox, sadəcə, arzu, istəkdir. İnamdan və güvəndən irəli gələn istək. Bunu isə məhz Qurban Qurbanov və onun komandası formalaşdırıb. Ümid edək ki, Azərbaycan futbolu tarixində növbəti şanlı səhifə fevralın 24-dən 25-nə keçən gecə "Dumanlı Albion"da yazılacaq.

Report İnformasiya Agentliyi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://baku.ws
archiveBu xəbər 31 Yanvar 2026 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see278

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see277

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see260

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see244

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see236

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see223

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see193

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see187

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see184

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see169

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see150

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see149

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see147

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see140

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri