Icma.az
close
up
RU
2025 ci ilin sərhədsiz incəsənəti

2025 ci ilin sərhədsiz incəsənəti

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Azərbaycan Rəssamlar İttifaqının Müasir İncəsənət Mərkəzində Rəssamlar İttifaqı və Beynəlxalq Rəssamlar Klubunun birgə təşkilatçılığı ilə “Sərhədsiz İncəsənət  2025” adlı sərgi təşkil olunub.

“Şabran-2025” beynəlxalq incəsənət simpoziumu çərçivəsində keçirilən yekun sərgidə Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Gürcüstandan olan rəssamların rəngkarlıq əsərləri nümayiş olunub. Bunlar arasında - Məhərrəm Əliyev “Azərbaycan”, Fərrux Neğmat-zadə “Tacikistan”, Nyurquyana İnnokentyeva “Qırğızıstan”, Badri Paçuliya “Gürcüstan” və digər ölkə rəssamlarının əsərləri yer alır.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı, professor Fərhad Xəlilov çıxış edərək bildirib ki, bu sərgi artıq ənənəvi hal alıb: - Biz bu sərgini ildə bir dəfə  Şabranda keçiririk. Burada fərqli ölkələrdən rəssamlar iştirak edir. Onlar Şabranda 10 gün müddətində qalırlar, əsərlər üzərində işləyirlər. Bu müddətdən sonra isə bu cür möhtəşəm sərgi təşkil olunur. Bu sərgi “Şabran-2025” beynəlxalq incəsənət simpoziumu əsasında təşkil olunub. Burada hər bir rəssamın 2 əsəri sərgilənir.

Sonra professor Fərhad Xəlilov simpoziumda iştirak edən rəssamları təbrik edərək, onlara müxtəlif dərəcəli diplomlar və hədiyyələr təqdim edib. Yekun sərgidə simpozium iştirakçıları yaradılmış şəraitə və yüksək səviyyəli qarşılanmaya görə Azərbaycan Rəssamlar İttifaqına öz dərin təşəkkürlərini bildiriblər. 

Sərgi iştirakçılarının XQ-yə müsahibələrini təqdim edirik:

Nəvai Mətin, rəssam, şair: - Rəssamlar İttifaqı müxtəlif ölkələrin rəssamlarından ibarət qrup yaradıb. Burada, Özbəkistan, Qazaxıstan, Gürcüstan, eləcə də Azərbaycan rəssamları iştirak edirlər. Mən inanıram ki, gələcəkdə bu ölkələrin sayı daha çox olacaq. Mən bir rəssam olaraq, artıq 10 ildir ki, belə bir layihə həyata keçirirəm. Layihə “Dünyanı sənət xilas edəcək” adlanır. Azərbaycanın müxtəlif bölgələrində, müxtəlif ölkələrdə bu cür belə tədbirlər təşkil etmişik. Qarşıda Özbəkistan səfərimiz var. Bu layihəyə və iştirakçılara da uğurlar arzulayıram. 

Nyurquyana İnnokentyeva, özbəkistanlı rəssam: - Bura Özbəkistandan təşrif buyurmuşam. Bu layihədə iştirak etdiyim üçün çox şadam. Simpozium müddətində bir çox rəssamlarla tanış oldum. Bu sərginin təşkilatçılarına da çox təşəkkür edirəm. Əvvəlcə, Şabranda olduq. Orda etüd rəsmlər çəkdik. Bakıya isə yenicə gəlmişik. Şəhərinizi çox bəyəndim. Olduqca gözəldir. İnsanları mehriban və istedadlıdır.  

Qeyd edək ki,“Şabran-2025” beynəlxalq incəsənət simpoziumu rəssamlar arasında canlı ünsiyyət və təcrübə mübadiləsi üçün unikal platforma təqdim edir, ölkələr arasında mədəni zənginləşməni və qarşılıqlı anlaşmanı təşviq edir.

Fidan SALMANOVA

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Oktyabr 2025 18:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri