Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

“2025ci ildə qeyrineft sektorunda yüksək inkişaf hədəflənir Pərviz Heydərov

“2025ci ildə qeyrineft sektorunda yüksək inkişaf hədəflənir Pərviz Heydərov

Icma.az bildirir, Banco.az portalına istinadən.

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Azərbaycan iqtisadiyyatı 2024-cü ilin nəticələrinə əsaslanaraq, 2025-ci il üçün daha optimist gözləntilərə sahibdir. Keçən il ərzində ölkədə qeyri-neft sektorunun inkişafı, istehlak qiymətləri indeksinin sabitləşməsi və inflyasiya səviyyəsinin azalması müsbət dinamikaya işarə etdi.

Bu barədə Banco.az-a açıqlama verən iqtisadçı Pərviz Heydərov bildirib ki,  ümumi daxili məhsulun (ÜDM) qeyri-neft sektorunda 6.4%-lik artım, ümumilikdə iqtisadiyyatın stabil inkişafından xəbər verir:

“2025-ci il ərzində iqtisadi gözləntilər haqda fikir söyləmək lazım gələrsə keçən ilin yekunlarına nəzər salmalıyıq. 2024-cü ilin yanvar-noyabr aylarında ölkəmizdə 113 milyard 282 milyon 400 min manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib ki, bu da, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4.1% səviyyədə çox demək idi. 11 ay ərzində iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,4%, qeyri neft-qaz sektorunda isə 6.4% artıb.

Qeyd olunan müddətdə istehlak qiymətləri indeksi isə əvvəlki bir ilin eyni dövrü ilə müqayisədə 2%, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 1%, qeyri-qida məhsulları üzrə 1.5%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrəsə 3.8% təşkil edib.Xatırladım ki, 2023-cü ilin yekununa görəsə ölkədə ÜDM cəmi 1.1%, o cümlədən qeyri-neft-qaz ÜDM-i 3.7% artmış, istehlak qiymətləri indeksi 8.8% təşkil edib”.

 Pərviz Heydərovun sözlərinə görə, 2022-ci ildə iqtisadi artım 4.6%, inflyasiya isə 13.9% təşkil etsə də, bu rəqəmlər 2023-cü ilin iqtisadi yekunlarının müsbət tərəflərinə kölgə salmadı. Çünki həmin ildə ölkədə istehlak qiymətləri indeksində azalma meyli müşahidə edildi ki, bu da iqtisadi sabitliyin təmin olunmasında vacib rol oynadı.

Heydərov əlavə edib ki, 2024-cü il üçün gözləntilər daha çox sabit bir makroiqtisadi mühitin yaranmasına yönəlmişdi. Həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə ciddi bahalaşmanın və kəskin inflyasiyanın baş verməyəcəyi, neftin qiymətinin sabit qalacağı kimi faktorlar il ərzində iqtisadi artım üçün əlverişli şərait yaratdı. Onun fikrincə, 2024-cü ildə inflyasiyanın aşağı səviyyədə qalması ən mühüm amillərdən biri idi. Hər hansı sahədə kəskin ucuzlaşma olmasa da, qiymətlərin sabit qalması və istehlak bazarının stabilliyi iqtisadi artım üçün mühit yaratdı. Bu tendensiyalar 2025-ci ildə də iqtisadi inkişaf üçün böyük ümidlər yaradır:

Ən sərfəli kredit üçün müraciət et

“Belə ki, 2024-cü il ərzində inflyasiyanın aşağı səviyyədə qalması ən mühüm amil sayıldı. Düzdür, heç bir sahədə və istiqamətdə kəskin ucuzlaşma baş verməsə də, qiymətlər yüksəyə qalxmadığından və istehlak bazarında vəziyyət stabil və "ağır" olaraq qaldığından, artım üçün müəyyən rəvac yaranmaqla, ən azından münbit şərait ortaya çıxdı.  Bütün bun nöqteyi-nəzərindən, 2025-ci ildə keçən ildəkindən daha çox uğur və iqtisadi nəticələr əldə olunacağına ümid və əsas yaradan cəhətlər vardır. Belə ki, bu il ərzində də inflyasiyanın ciddi tempdə yüksək olmayacağı, iqtisadi artımın davamlı xarakter daşıyacağı, makroiqtisadi dayanıqlığın qorunub saxlanacağı, ümumiyyətlə, heç bir kənar şok təsir və təzyiqlərin ortaya çıxmayacağı əsas gözlənilənənlər sırasındadır”.

Pərviz Heydərov qeyd edib ki, 2025-ci il üçün iqtisadi gözləntilər həm ölkə daxilində, həm də qlobal miqyasda baş verəcək proseslərdən asılıdır:

“Qlobal inflyasiya və neftin qiyməti bu zaman ən mühüm əhəmiyyət kəsb edəcək. Bunun üçünsə Rusiya-Ukrayna müharibəsi başda olmaqla bir sıra geosiyası münaqişələr səngisə daha yaxşı nəticələr əldə olunardı. Yeri gəlmişkən, 2025-ci il ərzində ölkəmizin iqtisadiyyatında qeyri-neft sektoru üzrə proqnozlaşdırılandan daha yüksək inkişaf tempi əldə olunmalıdır. Bu, əsas məqsəd xarakteri daşımalıdır. Buna isə Qarabağ və Şərqi Zəgəzurda görülən işlər, həmçinin ölkədə yaşıl enerjinin inkişafı sahəsində görüləcək işlər xüsusi rəvac verməlidir. Bu isə, 2025-ci ildə iqtisadi artımın davamlılığına və makroiqtisadi sabitliyin qorunub saxlanılacağına əsaslı ümidlər yaradır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://banco.az
archiveBu xəbər 07 Yanvar 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see655

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see391

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see257

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see256

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see253

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see249

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see245

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see224

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see222

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see214

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see214

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see213

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see209

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see208

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see206

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see204

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see197

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see182

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see181

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri