2025ci ildə xaricə istirahət etməyi planlaşdıranlar üçün pis xəbər: Ən populyar istiqamətlər qadağan olunmuş siyahıdadır
Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dünyaca məşhur səyahət bələdçisi Fodor 2025-ci il üçün hazırladığı yeni hesabatında bəzi məşhur istirahət yerlərini qadağan olunmuş siyahıya əlavə edib.
Gununsesi.infoxarici mediaya istinadən verdiyi xəbərə görə, bu siyahıya İspaniyanın ən çox ziyarət edilən bölgələri olan və turistlərin böyük marağına səbəb olan Mayorka, Barselona və Kanar adaları daxildir.
Belə ki, 2025-ci ildə turistik səyahət üçün tövsiyə edilməyən yerlər sırasındadır.
Daha əvvəl ağır turist axını səbəbiylə problem yaşayan Venesiya, Tokio və Bali kimi istiqamətləri də bu siyahıya daxil edilmişdir.
Bununla belə, Fodor’s bu məşhur bölgələrin dayanıqlı turizmə keçməli və ətraf mühitin mühafizəsi tədbirlərini artırmalı olduğunu müdafiə edir və 2025-ci ildə bu istiqamətlərə səyahət etmək istəyən tətilçilərin alternativ yerlərə üz tutmasını tövsiyə edir.
Bu addım məşhur tətil yerlərinin nəfəs alması və yerli icmaların qorunması istiqamətində mühüm addım hesab olunur.
Orxan Saffari
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 10 Yanvar 2025 11:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















