“2026 cı İl “Şəhərsalma və Memarlıq İli” Azərbaycanın şəhər inkişafında yeni strategiyadır” ŞƏRH OLUNDU
Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması ölkənin sosial-iqtisadi inkişaf kursunda əhəmiyyətli mərhələ kimi dəyərləndirilir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva bildirib.
Onun sözlərinə görə, Azərbaycan Respublikası Prezidentinin imzaladığı müvafiq Sərəncam şəhərsalma və memarlıq sahəsində aparılan islahatların ardıcıl və planlı şəkildə davam etdirilməsinə, müasir urbanizasiya tələblərinə uyğun yanaşmaların tətbiqinə, eləcə də milli memarlıq irsinin qorunmaqla inkişaf etdirilməsinə yönəlib:
“Sənəddə əsas prioritetlər sırasında şəhər mühitinin keyfiyyətinin yüksəldilməsi, davamlı inkişaf prinsiplərinə əsaslanan planlaşdırma mexanizmlərinin gücləndirilməsi, regionlar arasında tarazlı inkişafın təmin edilməsi və yaşayış məkanlarının insan mərkəzli yanaşmalar əsasında formalaşdırılması xüsusi yer tutur. Sürətli urbanizasiya şəraitində şəhərsalma sahəsində elmi əsaslara söykənən qərarların qəbulu, mühəndis və sosial infrastrukturun səmərəli təşkili, həmçinin ekoloji tarazlığın qorunması strateji istiqamətlər kimi müəyyən edilib.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində müasir memarlıq meyilləri ilə milli üslubun uzlaşdırılması, tarixi və mədəni irsin mühafizəsi və bərpası, eyni zamanda yeni yaşayış və ictimai məkanların funksional, estetik və təhlükəsizlik baxımından yüksək standartlara uyğun layihələndirilməsi nəzərdə tutulur. Bu yanaşma şəhərlərin yalnız iqtisadi deyil, eyni zamanda sosial və mədəni həyatın mərkəzi kimi inkişafına xidmət edir.
Sərəncamda dövlət qurumları, yerli icra hakimiyyətləri, peşəkar memarlar və şəhərsalma üzrə mütəxəssislər arasında qarşılıqlı əməkdaşlığın və koordinasiyanın gücləndirilməsi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, eləcə də qabaqcıl beynəlxalq təcrübənin öyrənilərək tətbiq olunması vacib istiqamətlər kimi vurğulanır. Bununla yanaşı, ictimai iştirakçılığın genişləndirilməsi və vətəndaşların yaşadıqları mühitin formalaşdırılmasında fəal rol alması şəhərsalma siyasətinin əsas komponentlərindən biri kimi dəyərləndirilir.
2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının tərkib hissəsi olaraq şəhərlərin daha rahat, təhlükəsiz, estetik və ekoloji baxımdan dayanıqlı məkanlara çevrilməsinə yönəlmiş mühüm strateji addım kimi çıxış edir. Bu təşəbbüs ölkədə müasir şəhərsalma mədəniyyətinin formalaşmasına, memarlıq sahəsində innovativ yanaşmaların təşviqinə və gələcək nəsillər üçün keyfiyyətli yaşayış mühitinin yaradılmasına əhəmiyyətli töhfə verəcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 19 Yanvar 2026 14:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















