Icma.az
close
up
RU
2026 cı ilə 2025 ci ildə qazandığımız nailiyyətlərlə qədəmlərimizi qoyacağıq

2026 cı ilə 2025 ci ildə qazandığımız nailiyyətlərlə qədəmlərimizi qoyacağıq

Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.


Azər Badamov: "Qeyri neft gəlirlərinin artırılması istiqamətində tədbirlərin davamlı şəkildə həyata keçirilməsi aktualdır"
2025-ci il təkcə regionumuz, dünya deyil, eləcə də Azərbaycan üçün bir çox məqamlarla yadda qaldı. İl ərzində bir-birinin ardınca əldə etdiyimiz diplomatik uğurlar ölkəmizin aktivinə yazıldı. Həm başa vurmaqda olduğumuz 2025-ci ilə nəzər salmaq, həm də 2026-cı ildən olan gözləntilərlə bağlı Milli Məclisin deputatı Azər Badamovla söhbətləşdik.
-2025-ci ilə başa çatmaq üzrədir. Yola saldığımız il tariximizdə sabitlik, inkişaf və sülhə doğru irəliləyən il kimi qalacaqdır. Çünki, yola saldığımız ildə dünyada gərginliklər, iqtisadi tənəzüllər davam etdi. Azərbaycanda isə qonşularımızda narahatçılıqlar davam etsə də inkişaf və sabitliyi qoruyub saxlanıldı. Belə ki, cari ildə ölkəmizdə iqtisadi artım 2,4 % gözlənilir. Ölkənin valyuta ehtiyatları ilk dəfə olaraq 83 milyard dollara yaxınlaşdı. Xarici dövlət borcumuz 5 milyard dollardan aşağı düşdü. 2025-ci ildə Böyük Qayıdışa dair Dövlət Proqramının həyata keçirilməsi uğurla davam etdirilərək 20 mindən çox keçmiş məcburi köçkün öz doğma yurdlarına qaytarıldı. 2025-ci ildə AZAL təyyarəsinin vurulmasına görə Azərbaycanla Rusiya arasında gərginlik yaşanmasına baxmayaraq Düşənbədə dövlət başçılarımız arasında keçirilmiş ikitərəfli görüşdən sonra stabitlik bərpa olundu. 2025-ci ilin ən yadda qalan hadisəsi 8 avqustda Vaşinqtonda sülh müqaviləsinin mətninin paraflanması və Minsk qrupunun tarixin arxivinə göndərilməsi ilə bağlı ATƏT-ə birgə müraciətin ünvanlanması oldu. 2025-ci ildə Zəngəzur dəhlizinin Tramp yolu adı altında açılması məsələsi Ermənistan tərəfindən qəbul olundu. Təbii ki, 2026-cı ilə 2025-ci ildə qazandığımız nailiyyətlərlə qədəmlərimizi qoyacağıq.
-2026-cı ildən gözləntiləriniz nədən ibarətdir?

-2026-cı ildən gözləntilərim çoxşəxəlidir. Belə ki, regionumuzda normallaşma və sülhün möhkəmlənməsi, Ermənistanda Zəngəzur dəhlizinin tikintisi ilə bağlı praktik addımların atılmasına başlanılması, inteqrasiya prosesinin sürətlənməsi, nəqliyyat və tranzit dəhlizlərinin açılmasının daha da aktuallaşması məsələləri öndə olacağını hesab edirəm. Ölkə iqtisadiyyatımızın neft sektorundan asıllığının azaldılması istiqamətində qeyri-neft sektorunun diversifikasiyası, investisya və infrastruktur layihələrinin genişləndirilməsi qarşıdan gələn ildə gözləniləndir. Çünki, neft-qaz gəlirləri dayanıqlı deyil və ona görə də qeyri neft gəlirlərinin artırılması istiqamətində tədbirlərin davamlı şəkildə həyata keçirilməsi aktualdır. Təbii ki, sülh, iqtisadi artım və investisyaların genişlənməsi yeni iş yerlərin yaranmasına, insanların sosial rifahının daha da yaxşılaşmasına müsbət təsir göstərəcəkdir.
-Sizcə növbəti ildə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması mümkün olacaqmı?

2026-cı ildə sülh müqaviləsinin imzalanması ilə bağlı realist yanaşmalıyıq. İlk baxışdan Ermənistan konstitusiyasında müvafiq dəyikliyin edilməsindən sonra iki ölkə arasında sülhün bağlanmasına heç bir manenin qalmadığını görürük. Amma Ermənistandakı ictimai-siyasi gərginliyin artması fonunda növbəti ildə keçirləcək parlament seçkilərinin nəticələrinin sülh prosesinə mümkün təsirlərini mütləq nəzərə almalıyıq. Çünki, Paşinyan hakimiyyətini qoruyub saxlaya biləcəyi təqdirdə 2026-cı ildə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması üçün mane qalmır. Amma Ermənistanda hakimiyyət dəyişikliyi baş verərsə sülhlə bağlı yeni suallar yaranacaqdır. Amma bu senarini mümkün hesab etmirəm. Bu baxımdan növbəti ildə yekun sülh müqaviləsinin imzalanacağını düşünürəm.
-2026-cı ildə Azərbaycanı istər siyasi, istərsə də iqtisadi sahədə hansısa risklər gözləyirmi?

-Siyasi sahədə riskləri görmürük. Çünki, dövlət başçımızın apardığı balanslı xarici siyasət Azərbaycanın dünyada mövqelərini gün-gündən möhkəmləndirir. Təbii ki, regionumuzda yeni müharibə riskləri çox aşağıdır. Bu baxımdan 2026-cı ildə Ermənistanla sülh müqaviləsi də imzlanarsa regionumza yeni imkanlar açılacaqdır. Bu, həm ölkəmizə, həm də region ölkələrinə yeni iqtisadi gəlirlərin gəlməsinə yol açacaq.
Ölkəmizin daxili ictimai-siyasi vəziyyəti stabildir. Qarşıdan gələn ildə də bu mühüt daha da möhkəmlənəcəkdir. Çünki, dövlət başçısının apardığı siyasi kurs ölkə əhalisi tərəfindən dəstəklənir və bu istiqamətdə heç bir narahatçılıq yoxdur.
Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, qarşıdan gələn 2026-cı ildə ciddi narahat olmağa bir əsasımız yoxdur.
Süleyman İsmayılbəyli
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 01 Dekabr 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see271

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see250

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see248

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see245

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see213

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see190

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see180

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see177

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see177

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see163

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see162

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see160

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see154

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see151

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see140

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see138

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see137

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see136

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri