2027 ci ildə baş tutacaq G20 sammiti Mançesterdə keçirilə bilər
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
2027-ci ildə keçiriləcək G20 sammitinin Böyük Britaniyanın Mançester şəhərində baş tutacağı bildirilir.
APA xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, Böyük Britaniyanın yeni Baş naziri Endi Börnhem iyulun 20-də ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı növbəti G20 sammitinin Mançesterdə keçiriləcəyini bildirib.
Qeyd edək ki, Börnhem bir müddət Böyük Mançester bölgəsinin meri vəzifəsində çalışıb.
2027-ci ildə G20-yə sədrliyin ABŞ-dan Böyük Britaniyaya keçəcəyi gözlənilir. G20-nin növbəti sammiti isə bu il dekabrın 14-15-də ABŞ-ın Florida ştatındakı Mayami şəhəri yaxınlığında yerləşən Doral şəhərində keçiriləcək.
Bu mövzuda digər xəbərlər:Mançesterdə hücum oldu Sammiti yarıda tərk etdi
02 Oktyabr 2025 15:11
Mançesterdə Məhərrəmlik yürüşü
24 İyun 2026 17:26
Nazir: Türkiyədə prezident seçkiləri 2027 ci ildə keçirilə bilər
02 Avqust 2025 19:40
Mançesterdə iki təyyarə toqquşdu
15 Avqust 2025 23:43
Mançesterdə Azərbaycanın rəngarəng təqdimatı
04 Oktyabr 2025 12:49
Baxış sayı:79
Bu xəbər 21 İyul 2026 00:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















