Icma.az
close
up
RU
Menu

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Açmaq olmur fəlsəfəsin Vahidin…

Açmaq olmur fəlsəfəsin Vahidin…

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Qəzəl janrında yazdığı parlaq şeirlərlə Məhəmməd Füzulinin layiqli varisi olduğunu sübuta yetirmiş  görkəmli şair Əliağa Vahid (1894 – 1965) özünün qeyri-adi poetik qabiliyyəti, söylədiyi  sözlərin dərin mənası və bədii sanbalı ilə oxucuları heyran edir. Onun qəzəllərini oxuyanda inanmaq olmur ki, dahi şair cəmi dörd il məktəb təhsili alıb, ağır maddi sıxıntı üzündən çox erkən yaşdan  təhsildən uzaqlaşıb işləməyə məcbur qalmışdır.  Şeirlərindəki hikmətamiz məna dərinliyinin, məzmun vüsətinin, təkrarsız ifadə bacarığının, bədii təsvir zənginliyinin, bədii ifadə zərifliyinin, incə nüktədanlığının, şeir fəlsəfəsinin səbəblərini açmaq müşkül məsələdir. Mübaliğəsiz   qeyd edə bilərik ki, Əliağa Vahid bütünlükdə ALLAH vergisidir.  Bu yazıda, gücümüz çatsa, onun “Çıxmışıq” rədifli qəzəlindən bəzi misraları açmağa çalışacağıq.

Biz xərabət əhliyik, meyxanələrdən çıxmışıq,
Badələr nuş etmişik, peymanələrdən çıxmışıq.

“Xərabat” sözü Şərq ədəbiyyatında iki mənada işlənir. Zahiri mənası eyş-işrət yeri, rindlərin vaxt keçirdikləri məkanı ifadə edir. Təsəvvüfi mənası isə nəfsani vərdişlərin və heyvani xislətlərin dağılıb yox olduğu, mələkut aləminə xas əxlaqın qazanıldığı məqam və mərtəbədir. Bu məqamda ariflər və saliklər nəfsani vərdişlərin və halların əsarətindən xilas olaraq vəhdət şərabının məstliyinə qərq olurlar. Hafiz Şirazi buyurub ki,

قدم منه به خرابات جز به شرط ادب / که ساکنان درش محرمان پادشهاند

(Ədəb şərtinə riayət etmədən xərabatın astanasına qədəm qoyma. Çünki onun sakinləri padşahın sirdaşlarıdır.)

Molla Cami bu xüsusda fikrini belə şərh edib:

شرح اسرار خرابات نداند همه‌کس / هم مگر پیر مغان حل کند این مسئله ها

(Xərabatın sirlərinin şərhini hər kəs bilməz. Bu müşkülləri yalnız Muğ meyxanasının piri həll edə bilər.)

Fəxrəddin İraqi də xərabət  haqqında maraqlı fikir söyləyib:

اسرار خرابات به‌ جز مست نداند / هشیار چه داند که در این کوی چه راز است؟

(Xərabatın sirlərini yalnız məst olan bilər. Ayıq insan nə bilsin ki, bu məhəllədə hansı sirlər gizlənir?)

Burada xərabat (خرابات) sözü adi mənada meyxana və ya viranəlik deyil, təsəvvüf terminidir. O, nəfsani varlığın, mənlik iddiasının və dünyəvi bağlılıqların dağıldığı, arifin ilahi vəhdətə qovuşduğu mənəvi məqamı ifadə edir. Məstlik isə təsəvvüfdə ilahi eşq və vəhdət halına qovuşmaq halıdır.

Hərfi mənada  “badə”  içki, “peymanə” isə içkinin doldurulduğu qədəhdir. Təsəvvüfi anlamda isə “badə”-ilahi eşqin rəmzi, “peymanə” isə-ilahi eşqdən nurlanmış qəlbin təcəssümüdür.

Atəşi-qəmdən nə qorxaq ki, səməndər xislətik,
Şəm`lər yandırmışıq, pərvanələrdən çıxmışıq.

Əfsanəyə görə, səməndər axtardığını odda tapmağa çalışan, atəşdə yanıb kül olan,  yenidən ehya olan, Qiyamətə qədər belə həyat tərzinə sahib bir varlıqdır. Deyilənlərə görə, ömrünün sonu çatanda qanadlarını geniş açır və böyük bir odun yığını üzərində oxuyur. Sonra nəfəsindən alov çıxır və alışıb yanır,  kül olur, sonra öz külündən yenidən doğulur. Şərq ədəbiyyatında səməndər ölümsüzlüyün, fədakarlığın və ikinci həyatın simvolu hesab olunur.  Çox şair onu vəsf edib, yerə- göyə sığdıra bilməyib. Məsələn:

Nasir Xosrov  bir şeirində səməndəri yada salıb:

در این آتش چه میجوید سمندروار پروانه

یکی چندین مقر دارد یکی چندین مفر دارد

(Pərvanə bu odda səməndər tək nə axtarır? Birinin neçə sığınacağı, digərinin isə neçə qaçış yolu var. )

Sədi Şirazi məkanı atəş olan səməndərə çəkingənliyini irad tutmuşdur:

سمندر نه ای گرد آتش مگرد

که مردانگی باید آنگه نبرد

(Səməndər, odun çevrəsində dolanma ki, döyüş zamanı mərdlik gərəkdir.)

Hinduşah Naxçıvani belə yazıb:

نه ماهی بجز آب گیرد نشیمن

نه ز آتش کرانه گزیند سمندر

( Nə balıq sudan başqa yerdə yaşayar, nə də səməndər oddan kənara çəkilər.)

Əliağa Vahid də buyurur ki, biz səməndər təbiətliyik, qəm atəşindən qorxumuz olmaz, ahı ilə şamlar yandıran  pərvanə misallıyıq.

Pirimiz piri-muğandır, xadimi-meyxanəyik,
Rindlər zövqün görüb, divanələrdən çıxmışıq.

“Muğ” sözü atəşpərəstlər üçün işlənən sözdür, “muğan” həmin sözün cəm şəklidir, “piri- muğan” isə atəşpərəstlərin başçısına, mollasına deyilir, meyxanada eyş-işrətlə güzəran keçirənlər “rind” adlandırılır. Rindlərin zənnində, beş günlük ömrə görə insan özünü nafilə işlərlə məşğul etməməlidir. Ətrafdakılar onların ağılsız,  divanə olduğunu düşünsə də rindlər öz mülahizələrində israrlıdırlar:

Vaiz, demə ki, zail edir əqli piyalə;
Vallah, piyalə gətirir mərdi kəmalə.

Sən özgə günah eyləmə, iç badeyi- gülgün:
Ondan nə günah olsa mənə eylə həvalə.

Şərq ədəbiyyatında muğlar haqqında çoxsaylı nümunələr mövcuddur. Əyanilik üçün bir neçəsini xatırlatmaq istəyirik.

در توحید زن کاوازه داری

چرا رسم مغان را تازه داری ( Nizami Gəncəvi)

(Tövhiddən dəm vurub səs salırsan, Bəs nə üçün muğların ayinini yeniləyirsən?)

برآمد ناگه آن مرغ فسون ساز

به آیین مغان بنمود پرواز

(Birdən peyda oldu o füsunkar quş, muğların ayini ilə qanad açıb uçdu.)

Əfzələddin Xaqaninin  mülahizəsinə görə, muğların  “Avesta”sında quşlar haqqında, quş dilinin sirri  barədə önəmli bilgilər var:

گر مغان را راز مرغان دیدمی

دل به مرغ زندخوان دربستمی

(Əgər muğlarda quşların sirrini görə bilsəydim, könlümü Zənd oxuyan quşa bağlayardım.)

سفر کعبه به صد جهد برآوردم و رفت

سفر کوی مغان است دگر بار مرا

(Kəbə səfərini yüz zəhmətlə başa vurdum, keçdim; mənim  bu dəfə muğlar məhəlləsinə səfərim var.)

Əliağa Vahid şeirin sonrakı beytində də bizi heyrətləndirməkdədir:

Bir şüanın zərrəsindənik, fəqət rəng özgədir,
Qeyrilər tək məscidi-viranələrdən çıxmışıq.

Bu beytdə Qurani- kərimin Nisa surəsinin 1-ci ayəsindən iqtibas var:

“ خَلَقَكُمْ مِنْ نَفْسٍ وَاحِدَةٍ – (Rəbbiniz ) Sizi tək bir nəfsdən yaratmışdır.”

Yeri gəlmişkən, Sədi Şirazinin “Gülüstan” əsərindəki beytində də bu ayənin  təsiri vardır. Sədi həmin beytdə bütün bəşəriyyətin  eyni kökdən yarandığı görüşünü irəli sürmüşdür:

که در آفرینش ز یک گوهرند               بنی‌آدم اعضای یکدیگرند

دگر عضوها را نمانَد قرار                  چو عضوی به ‌درد آورَد روزگار

( Bəni-Adəm bir-birinin üzvləridir, çünki  eyni cövhərdən yaradılmışlar. Fələk bir üzvə ağrı-acı verərsə, digər üzvlərin də rahatlığı qalmaz.)

Əliağa Vahid də buyurur ki, biz müxtəlif rəngdə, fərqli xasiyyətdə, ayrı-ayrı qabiliyyətdə olsaq da hamımız eyni cövhərdən yaranmışıq. Şeirdə Ə. Vahidin söylədiyi “məscidi- viranə” sözü xüsusi şərh tələb edən ifadədir.

Məscidi- viranə kimi tanınan  Dirar (Zirar) məscidinin adı  (مَسْجِد ضِرَار )  Tövbə surəsinin 107-ci ayəsində qeyd olunmuşdur.  Həmin bina Əbu Amir üçün tikilmiş bir məscid idi. O zamanlarda  Əbu Amir ər-Rahib ( أبو عامر الراهب ) rahib Əbu Amir adı ilə tanınırdı. Cahiliyyə dövründə xristianlığı qəbul etmişdi və müşriklər ona böyük ehtiram göstərirdilər. İslam Peyğəmbərinin risalətindən  sonra isə kafirlərin yanına qaçmışdı. Dirar məscidini münafiqlər islamiyyətə  zərər vurmaq, küfr etmək, möminlərin arasına təfriqə salmaq və Peyğəmbərin dövründə ALLAHa və Onun Rəsuluna qarşı müharibə aparanlara sığınacaq hazırlamaq məqsədilə tikdikləri məscid idi. ALLAH-Təala həmin məscid haqqında bu ayəni nazil etmişdir: لَا تَقُمْ فِيهِ أَبَدًا - Sən heç vaxt orada namaz qılma.” (Tövbə surəsi, 108-ci ayə)


Şəkildə: Məscidi- viranə
Şərq ədəbiyyatında Məscidi-viranə adlandırılan Dirar məscidi haqqında çox rəvayətlər mövcuddur. Onlardan birində qeyd olunur ki, Bəni Əmr ibn Əvfün nümayəndələri Mədinədə Quba məscidini tikdikləri zaman ALLAH Rəsulu onların yanına gələr və orada namaz qılardı. Bunu görən Bəni ğənəm ibn Əvf qəbiləsi ( بنو غنم بن عوف ) onları qısqandı: “Biz də bir məscid tikək, sonra ALLAH Rəsulunu ora dəvət edək ki, orada namaz qılsın. Həmçinin Əbu Amir ər-Rahib də Şamdan qayıtdıqdan sonra həmin məsciddə ibadət etsin. Bununla da öz üstünlüyümüzü və fəzilətimizi təsdiqləmiş olarıq.”

Əbu Amir həmin şəxs idi ki, Peyğəmbər Məhəmməd onu “fasiq” (günahkar) adlandırmışdı. ALLAH Rəsulu onun haqqında belə demişdi: لا أجد قوما يقاتلونك إلا” قاتلتك  معهم - Səninlə vuruşacaq  bir qövm tapsam, mütləq onlarla birlikdə sənə qarşı döyüşəcəyəm.”

Peyğəmbər Hüneyn döyüşünə qədər onunla mübarizəni davam etdirdi. Həvazin qəbiləsi məğlubiyyətə uğradıqda Əbu Amir qaçaraq Şama getmiş və münafiqlərə xəbər göndərərək yazmışdı: “Əlinizdən gələn qədər güc və silah hazırlayın. Mən Qeysərin (Bizans imperatorunun) yanına gedəcəyəm, oradan qoşunlarla qayıdandan sonra Məhəmməd bin Abdullahı və onun səhabələrini Mədinədən çıxaracağam.” Bundan sonra münafiqlər Mədinədə, Quba məscidinin yaxınlığında Dirar (Zirar) məscidini (مسجد ضرار ) tikmişdilər. Həmin məscidi inşa etdikdən sonra  Peyğəmbərə xəbər vermişdilər ki,  xəstə və ehtiyac içində olanlar, yağışlı və soyuq gecələr üçün bir məscid tikmişik. Sizin orada bizim üçün namaz qılmağınızı və ALLAHdan bizə bərəkət diləməyinizi çox istəyirik. ALLAH Rəsulu “Mən səfər ərəfəsindəyəm və hazırda başqa işlərlə məşğulam” – cavabı verərək o məscidə getməmişdi. Rəvayətlərə görə, başlanğıcda Mədinədən olan ənsarlardan bəziləri həmin məscidə gedib bir müddət orada namaz qılırlarmış. İslam Peyğəmbərinin  oraya getmədiyini gördükdən sonra həmin ənsarlar da bir daha həmin məscidə ayaq basmamışdılar.  Peyğəmbər Təbuk səfərindən qayıtdıqda münafiqlər yenidən ondan həmin məscidə gəlməsini xahiş etmişdilər.  Tövbə surəsinin 108-ci ayəsi nazil olandan sonra Peyğəmbər həmin məscidin   dağıdılmasını buyurmuş və tezliklə bu buyruq  yerinə yetirilmişdi. Dirar ( Zirar) məscidi ədəbiyyatda “Məscidi- viranə” adı ilə qalmışdır.

Bizim fikrimizcə, Əliağa Vahid “Qeyrilər tək məscidi-viranələrdən çıxmışıq” deyərkən meyxana əhlini  ilk vaxtlarda Mədinədəki Dirar ( Zirar) məscidinə gedib orada namaz qılan Mədinə ənsarlarına bənzətmişdir. Yəni, biz də bir zamanlar yanlış məkanda olmuşuq, sonra isə ALLAHın inayəti və hidayəti ilə o yanlışlıqdan uzaqlaşmışıq, səhvdən qurtulmuşuq.

Qəzəlin sonuncu beytində Ə. Vahid Şərq ədəbiyyatında istifadə olunan  rəddül - qafiyə (ردالقافیه) adlanan tərzi tətbiq edərək “viranələrdən” sözünü məqsədyönlü şəkildə 2-ci dəfə  işlətmişdir:

Qədrü qiymətsiz bizi zənn etmə, Vahid, arif ol,
Pürbəha gəncinəyik, viranələrdən çıxmışıq.

Yayğın olan inanca görə, gizli xəzinələrin əksəriyyəti viranəliklərdə mövcud olur. Şair qeyd edir ki, siz bizim  aldadıcı, nimdaş üst- başımıza, sadə geyimimizə baxmayın; əslində, bizim dərunimizdə çox bahalı,  dünyada heç kimin  pulla ala bilməyəcəyi xəzinə  yerləşir. Əliağa Vahidin  bu fikri məşhur hədisə bir göndərmədir: لِلَّهِ كَنْزٌ فِي الْأَرْضِ، وَمِفْتَاحُ هَذَا الْكَنْزِ تَحْتَ أَلْسِنَةِ الشُّعَرَاءِ - ALLAHın Yer üzündə açarı şairlərin dilinin altında olan bir xəzinəsi var.

 Vahid çox vaxt əksəriyyətin düşündüyü kimi düşünməmiş,  oxucuları məsələlərin məğzini idrak etməyə səsləmişdir. Məsələn, çoxlarının dəli zənn etdiyi Qeysi, yəni, Məcnunu o, başqa baxış  açısından görmüşdür:

Demə Məcnuna dəli, bəlkə də Leyla dəlidir?
Eşq olan yerdə bütün aqil ü dana dəlidir.

Başqa sözlə, Vahid cəmiyyətdəki stereotip düşüncə tərzindən uzaqlaşmış, baş vermiş hadisələri məhz öz məntiqi ilə saf-çürük etmiş, fərqli qənaətə gəlmişdir. Əliağa Vahid, həqiqətən, bənzərsizdir, təkdir. Özü bu xüsusda çox doğru buyurub:

Gözəl həyatını, Vahid, fənaya sərf etmə,
Səni zəmanə yetirməz dübarə, bir dənəsən!

Dahi Füzulinin yadigarı olan nadidə istedad sahibi Vahidin söz mülkünə nüfuz etmək, onun haqqında yadda qalacaq  bir söz söyləmək, namütənahi şeiriyyətinin dərinliklərinə   dalmaq, hikmət dolu  fikrlərinə işıq tutmaq  olduqca müşkül işdir.  Ona görə də bizə sonda, sadəcə, etiraf etmək qalır: Açmaq olmur fəlsəfəsin Vahidin...



prof. Ramazan SİRACOĞLU

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Noyabr 2026 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see305

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see298

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see295

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see280

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see279

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see273

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see264

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see261

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see261

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see246

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see245

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see234

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see224

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see223

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see220

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see218

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see216

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see209

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see208

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri