2028 ci il Yay Olimpiya Oyunlarının futbol yarışları bu şəhərlərdə keçiriləcək
Icma.az, Qol.az saytına istinadən bildirir.
2028-ci ildə ABŞ-də keçiriləcək Yay Olimpiya Oyunlarının futbol yarışlarına ev sahibliyi edəcək şəhərlər açıqlanıb.
QOL.az xəbər verir ki, bu barədə olimpiadanın rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, futbol matçları yalnız Kaliforniya ştatı ilə məhdudlaşmayacaq və ölkə üzrə 6 şəhəri əhatə edəcək.
Los-Anceles-2028-in icraçı direktoru Reynold Huver Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvlərinə açıqlamasında qrup mərhələsinin oyunları üçün ABŞ-ın Əsas Futbol Liqasına (MLS) məxsus mövcud ən yaxşı stadionlardan istifadə olunacağını bildirib.
Futbol oyunlarını qəbul edəcək şəhərlər bunlardır: Nyu-York (şərq sahili), Kolumbus (Ohayo ştatı), Neşvill (Tennessi ştatı), Sent-Luis (Missuri ştatı), San-Dieqo (Kaliforniya ştatı) və San-Xose (Kaliforniya ştatı). Pley-off mərhələsinin və medal uğrunda oyunların isə daha əvvəl razılaşdırıldığı kimi, Los-Anceles yaxınlığındakı Pasadenada yerləşən əfsanəvi “Rouz Bouul” stadionunda keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, 2028-ci il Yay Olimpiya Oyunları qadın futbolu baxımından da tarixi olacaq. İlk dəfə olaraq qadınlar arasında keçiriləcək futbol turniri miqyasına görə kişilərin yarışını üstələyəcək. Belə ki, qadınların turnirində 16, kişilərin yarışında isə 12 milli komanda iştirak edəcək.
Xatırladaq ki, Paris-2024 Olimpiadasında bu göstərici əksinə idi — kişilər 16, qadınlar isə 12 komanda ilə təmsil olunmuşdu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 04 Fevral 2026 10:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















