Icma.az
close
up
RU
“2030 cu ilə qədər yaşıl enerji təminatı strateji məqsədimizdir” Hikmət Babaoğlu

“2030 cu ilə qədər yaşıl enerji təminatı strateji məqsədimizdir” Hikmət Babaoğlu

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan beynəlxalq siyasi proseslərin təsir dairəsində yerləşən strateji bir ölkədir. Qlobal güclərin regionda atdığı addımlar, xüsusən də enerji, təhlükəsizlik və iqtisadi maraqlar, birbaşa olaraq ölkəmizə yönəlir.

Bu təsirlər həm müsbət imkanlar, həm də müəyyən risklər doğurur. Ona görə də baş verən proseslərin Azərbaycana necə yansıdığı xüsusi diqqət tələb edir.

Gununsesi.info  -ya danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu vurğulayıb ki, yaşıl enerji gələcəyin enerji təminatı, alternativ enerji mənbəyidir:

“Azərbaycan öz enerji ehtiyaclarını ödəmək üçün bu istiqamətdə mühüm addımlar atıb. 2030-cu ilə qədər ölkənin enerji təminatının 30 faizinin məhz yaşıl enerji mənbələrindən qarşılanması ilə bağlı qərarlar qəbul olunub.

Azərbaycan Prezidentinin Çinə səfəri zamanı bu məsələ Asiya İnkişaf Bankı ilə də müzakirə olunub, həmçinin yaşıl enerji mənbələrinin yaradılması ilə bağlı danışıqlar aparılıb.

Məlumdur ki, tükənən və tükənməyən, həmçinin zərərli və zərərsiz enerji mənbələri mövcuddur. Yaşıl enerji isə məhz tükənməyən enerji mənbəsi hesab olunur. Onun istehsalı və təkrar istehsalı nə ekologiyaya, nə də təbiətə zərər vurmur”.

Deputatın sözlərinə Türk Dövlətləri Təşkilatının ümumi əlaqələr kontekstində yaşıl enerji məsələsi xüsusi aktuallıq kəsb edir:

“Çünki yerləşdiyimiz coğrafiya həm yeraltı sərvətlərlə zəngindir, həm də istehsal əmsalı baxımından günəş enerjisinin əldə olunması üçün olduqca münasibdir.

Fərqli coğrafiyalarda eyni texniki qurğularla müxtəlif miqdarda enerji əldə etmək mümkündür ki, bu da coğrafi mövqedən asılıdır. Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün ərazisində yüksək istehsal əmsalı ilə günəş enerjisini istehsal etmək mümkündür. Çünki coğrafi şərait buna imkan verir və günəşli günlərin sayı kifayət qədərdir.

Azərbaycanda da bu imkanlar mövcuddur. Bu səbəbdən Türk Dövlətləri Təşkilatı digər bir çox məsələlərdə olduğu kimi, gələcək üçün enerji təminatında da ümumi məqsədlər müəyyənləşdirə bilər”.

Gülxanım Əliyeva

Gununsesi.info 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 04 Sentyabr 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri