Icma.az
close
up
RU
Menu

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

Payızda bu 2 qida mütləq yeyilməlidir

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

2040 cı ildə Bakı necə olacaq? Dəyişəcək ƏRAZİLƏR

2040 cı ildə Bakı necə olacaq? Dəyişəcək ƏRAZİLƏR

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı şəhərinin 2040-cı ilədək Baş Planı paytaxtın iqtisadi və şəhərsalma strukturunda uzunmüddətli dəyişikliklər üçün əsas yaradır. Sənədin uğurlu icrası isə şəhərin yaşayış keyfiyyətinin yüksəldilməsi, torpaq resurslarından səmərəli istifadə və daşınmaz əmlak bazarında proqnozlaşdırıla bilən mühitin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.

Bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müşaviri Asif İbrahimov Bakı 2040 Baş Planının daşınmaz əmlak və torpaq bazarına təsirlərini Modern.az-a şərh edərkən bildirib.
Ekspert qeyd edib ki, sənəd çərçivəsində paytaxtın bir sıra ərazilərində nəqliyyat əlaqələrinin, yaşayış sahələrinin və yerli iqtisadi fəaliyyətin inkişafı nəzərdə tutulur. Məsələn, Binəqədi rayonunun yeni inkişaf sahələrində təqribən 75 000 nəfərlik əlavə yaşayış potensialı göstərilir ki, bu da ərazinin gələcək şəhərsalma əhəmiyyətini nümayiş etdirir. Bu istiqamətdə torpaq alışı zamanı nəqliyyat qovşaqlarına yaxınlıq, tikinti təyinatı, kommunal infrastruktur və hüquqi sənədlər əsas meyar olmalıdır.

"Bakının şərq hissəsində yəni, Zığ və Hövsanda da yaşayış və sahilyanı inkişaf prioritet təşkil edir. Baş Planda Zığda təqribən 11 min, Hövsanda isə 23 min nəfərlik əlavə yaşayış potensialı nəzərdə tutulub. Lakin bu istiqamətlərdə torpaq bazarı potensialı araşdırılarkən sahilyanı mühafizə zolaqları, ekoloji məhdudiyyətlər və torpağın məqsədli təyinatı mütləq nəzərə alınmalıdır. Eyni zamanda, Mərdəkan, Qala, Buzovna və Zirə əraziləri regional yaşayış, xidmət və istirahət infrastrukturu baxımından diqqət çəkir. Qala üçün 40 168, Mərdəkan üçün 18 839, Buzovna üçün 14 000, Zirə üçün isə 7 200 nəfərlik əlavə yerləşdirmə potensialı müəyyən edilib. Həmin ərazilərdə torpaq alışı zamanı yalnız bugünkü qiymətə əsaslanmaq kifayət deyil, gələcək nəqliyyat bağlantıları, kommunal təminat, tikinti sıxlığı və real bazar tələbatı qiymətləndirilməlidir".

A.İbrahimov Bakı 2040 Baş Planının ən həssas istiqamətlərindən birinin də köhnəlmiş yaşayış fondunun yenilənməsi olduğunu vurğulayıb. 
"Paytaxtda istismar müddətini başa vurmuş, texniki vəziyyəti qənaətbəxş olmayan və müasir yaşayış standartlarına cavab verməyən binaların yenilənməsi zərurəti var. Yasamal, Nəsimi, Nərimanov, Xətai, Sabunçu, Suraxanı və Binəqədi rayonlarında bu istiqamətdə layihələr diqqətdə saxlanılmalıdır. Söküntü zamanı vətəndaşın əmlakının bazar dəyəri düzgün müəyyən edilməlidir. Kompensasiya məbləği vətəndaşa yaşadığı əraziyə yaxın yerdə alternativ mənzil əldə etmək imkanı verməlidir. Qiymətləndirmə zamanı mənzilin sahəsi, yerləşməsi, mərtəbəsi, texniki vəziyyəti, ətraf infrastruktur, bazar analoqları və digər dəyər amilləri nəzərə alınmalıdır. Bütün əmlaklara eyni kompensasiya məbləğinin tətbiqi iqtisadi baxımdan əsaslandırılmış yanaşma deyil".

Baş Planın torpaq bazarında yeni investisiya marağı yaradacağını deyən AQC sədrinin müşaviri xəbərdarlıq edib ki, bu, torpaqların hamısının eyni sürətlə bahalaşacağı anlamına gəlmir.

"İnvestorlar üçün torpağın mülkiyyət hüququ və çıxarışının olması, Baş Plan üzrə funksional zonanın müəyyən edilməsi, torpağın məqsədli təyinatı və tikinti hüququ xüsusi əhəmiyyət daşıyır. Məsələn, sənaye təyinatlı torpaqların yaşayış və ya kommersiya məqsədilə istifadə ediləcəyini əvvəlcədən qəbul etmək olmaz, bunun üçün müvafiq şəhərsalma və hüquqi prosedurlar tamamlanmalıdır. Həmçinin nəqliyyat və mühəndis-kommunikasiya infrastrukturunun mövcudluğu, ərazidə gələcək yaşayış və kommersiya tələbatının qiymətləndirilməsi vacibdir. Torpağın bugünkü bazar dəyəri ilə gələcək inkişaf potensialı ayrı-ayrılıqda qiymətləndirilməli, hələ reallaşmamış layihələrin yaratdığı gözləntilər torpağın hazırkı bazar dəyərinə avtomatik əlavə edilməməlidir".

Müsahibimiz qeyd edib ki, gələcək inkişaf baxımından Lökbatan–Xocahəsən, Sabunçu-Zabrat, Binəqədi-Biləcəri, Zığ-Hövsan və Mərdəkan-Qala istiqamətləri daha ətraflı araşdırılmalıdır. Qarşıdakı illərdə torpaq və daşınmaz əmlak bazarında ən mühüm məsələlərdən biri şəhərsalma qərarlarının iqtisadi dəyərə necə təsir etməsi olacaq. Düzgün şəhərsalma qərarı, şəffaf torpaq bazarı və obyektiv əmlak qiymətləndirilməsi bir-biri ilə birbaşa əlaqəlidir və bu prosesdə peşəkar qiymətləndirmənin rolu durmadan artacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Noyabr 2026 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see322

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see313

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see305

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see303

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see295

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see293

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see292

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see263

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see244

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see239

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see238

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see235

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see229

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see227

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see225

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see206

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see205

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see197

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri