Icma.az
close
up
RU
2050 ci ilə qədər dünyada hər iki insandan biri belə olacaq Xəbərdarlıq edildi

2050 ci ilə qədər dünyada hər iki insandan biri belə olacaq Xəbərdarlıq edildi

Icma.az, Tribuna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yeni bir araşdırmaya görə, 2050-ci ilə qədər dünyada böyüklərin yarısından çoxu və uşaqların üçdə biri piylənmədən əziyyət çəkə bilər.

Tribunainfo.az xəbər verir ki, “Lancet” jurnalında dərc olunan bu araşdırma qlobal piylənmə böhranının sürətlə artdığını və bunun gələcəkdə ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyini göstərir.

Hazırda 2,11 milyard böyüklər və 493 milyon uşaq artıq çəkidən və ya piylənmədən əziyyət çəkir. Bu rəqəmlər 1990-cı illə müqayisədə kəskin artıb. 2050-ci ilə qədər böyüklərin 50 faizinin və uşaqların üçdə birinin obez və ya artıq çəki problemi yaşayacağı gözlənilir.

Tədqiqatçılar xüsusilə uşaq və yeniyetmələr arasında piylənmə nisbətinin 121 faiz artacağını proqnozlaşdırır və 2050-ci ilə qədər 360 milyon uşağın piylənmədən əziyyət çəkəcəyini bildirir.

Bu artımın əsas səbəbi, yüksək kalorili qidalar, fiziki fəallığın azaldılması və səhiyyə sahəsindəki qeyri-kafi tədbirlərdir. Piylənmə, 2-ci tip diabet, yüksək qan təzyiqi, ürək xəstəlikləri və xərçəng kimi ciddi xəstəliklərin riskini artırır.

Tədqiqatçılar vəziyyətin daha da pisləşməməsi üçün təcili siyasət islahatları və müdaxilələrin həyata keçirilməsini tələb edir. Aşağı gəlirli ölkələr, piylənmənin iqtisadi və sağlamlıq təsirlərinin idarə edilməsi baxımından daha böyük çətinliklərlə üzləşəcək.

Araşdırma müəllifləri, piylənmə böhranının qarşısını almaq üçün qlobal səhiyyə siyasətində əsaslı dəyişikliklərə ehtiyac olduğunu bildirirlər. Onlar həmçinin, piylənmənin təsirlərini azaltmaq üçün yeni müalicə metodlarının və dərmanların tətbiqini də vurğulayır.

Bu araşdırma dünya üzrə bir çox ölkənin gələcəkdə daha sağlam nəsillər yetişdirmək üçün ciddi tədbirlər görməli olduğunu ortaya qoyur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 04 Mart 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri