220 kiloluq repçi sürücünü məhkəməyə verdi Maşına sığmayacağını demişdi
Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Məşhur repçi, özünü BBW - "böyük gözəl qadın" adlandıran Denk Demos “Lyft” şirkətini məhkəməyə verib. O, şirkətin bir sürücüsünün ona maşınına sığmayacağını söyləməsinə görə məhkəməyə müraciət edib.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, təxminən 220 kiloqram çəkisi olan Denk Demos hadisənin bu ayın əvvəlində Detroitdə baş verdiyini iddia edir. “Lyft” sürücüsü "Mercedes-Benz" markalı maşını ilə gəlib və dərhal qapıları bağlayıb.
Repçi bildirib: "Mən bu maşına sığaram".
"İnanın mənə, siz sığa bilməzsiniz", - sürücü cavab verib. Daha sonra maşının arxasında yer olmadığını və təkərlərin bu çəkini daşıya bilməyəcəyini əlavə edib.
Sürücü viral olan videoda İbrahim adını istifadə edərək, Demosdan üzr istəyib, amma səfəri ləğv edib və ona XL ölçülü avtomobil sifariş etməyi tövsiyə edib.
Demos bu həftə Lyft şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. "Mən kiçik maşınlara da minmişəm", - o, məhkəmə iddiasını təqdim etdikdən sonra FOX2-yə bildirib. "Sadəcə bilsinlər ki, bu, mənim hisslərimi incitdi".
Onun videosu, çərşənbə günündən etibarən “TikTok”da 340,000-dən çox baxış toplayıb.
"Lyft"in nümayəndəsi, şirkətin xüsusi hadisələr barədə şərh verə bilməyəcəyini, amma ayrı-seçkiliyi qınadığını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 29 Yanvar 2025 19:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















