Bakının kəndinə enən müəmmalı təyyarə: içində nələr olub? KQB nin gizlətdiyi sirr
Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.
Maraqlı hadisələr öyrənmək üçün Bakının kəndlərini, qədim məhəllələrini gəzir, yaşlılarla söhbət edirəm. Bu günlərdə İçərişəhərdə yaşlı insanlardan İkinci Dünya müharibəsi illərində İrana uçan Avropa təyyarəsinin içindən tonlarla qızıl tapılması barədə əhvalat eşitdim.
“Qızıl təyyarə” barədə xüsusi xidmət orqanlarının arxivləri hələ də bağlıdır.
1940-cı illərdə Tehran bütün Müttəfiq güclərin missiyalarını qəbul edən mühüm bir mərkəz idi. Onda Bakı təkcə neft mərkəzi deyil, həm də Trans-İran Dəhlizinin mühüm mərkəzi idi. Müttəfiqlərin yardımı (Lend-Liz) İran vasitəsilə SSRİ-yə axırdı və yüklər, insanlar da əks istiqamətdə hərəkət edirdi. Bakı NKVD, Britaniya MI6 və Almaniyanın Abver agentləri ilə dolu idi.
Həmin il Bakı səmasına daxil olan bir təyyarə ilə əlaqə qurmağa çalışdılar. Təyyarə Britaniya “Douglas” şirkətinə məxsus idi. Havaya qalxan sovet təyyarəçiləri naməlum təyyarənin dərhal eniş etməsi əmrini verirlər və istiqamət Qala kəndindəki hərbi aerodrom oldu. Pilot yanacaq doldurmaq üçün Bakı səmasına daxil olduğunu əlaqə ilə bildirsə də, təyyarənin yoxlanması tələbi irəli sürüldü.
Hərbçilər təyyarəni yoxlamağa başlayanda təəccüblərini gizlədə bilmədilər. İçi qızıl kərpic və qızıl əşyalarla dolu olan təyyarədə bahalı geyimli bir neçə nəfər var idi. Onlar özlərinin Avropada faşistlərdən qaçan çox nüfuzlu ailələr olduğunu bildirirlər. Onlar ümid edirdilər ki, “müttəfiq” statusları onlara Sovet ərazisindən keçərək neytral Asiya ölkələrinə uçmağa, aktiv döyüş zonalarını keçməyə imkan verəcək.
Deyirlər ki, təyyarənin sərnişinləri uçuş zolağında olarkən zabitlərlə danışıqlar aparmağa çalışıblar və uçuşu davam etdirmək üçün “istənilən məbləği” təklif ediblər.
Sovet hökuməti müharibə şəraitində belə bir yükü buraxa bilməzdi. Nəticədə qızıl “müdafiə fondu üçün” müsadirə edildi. Bəzi hesablamalara görə, tərkibində bir neçə yüz kiloqram qiymətli metal var idi. Sərnişinlər və ekipaj bir neçə ay təcrid olunmuş vəziyyətdə saxlanılır. Güman edilir ki, onlara “razılaşma” təklif edilib: sükut müqabilində azadlıq və faşizmlə mübarizə üçün “könüllü ianə” vədi verən sənədləri imzalamaq. (Bir neçə yaşlı insan isə onların həbs edilərək uzaq həbs düşərgələrinə göndərdildiyini eşitdiyini dedi)
O dövrdə içi sərvətlə dolu təyyarənin ələ keçirilməsi barədə məlumatın yayılması sovetlərin Qərb müttəfiqləri ilə münasibətlərinə xələl gətirə bilərdi. Buna görə də hadisə “xüsusi əməliyyat” adı altında gizlədildi və tam məxfi qrifi ilə arxivə göndərildi.
Deyilənə görə, əldə edilən qızıllar əridilərək istifadə edilib, digər əfsanəyə görə Sovet rəhbərləri arasında bölüşdürülüb.
Prof.Dr.Zaur Əliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 20 Dekabr 2025 06:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















