24 gün meteor yağışı müşahidə ediləcək
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından “Qafqazinfo”ya verilən məlumata görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir.
Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağı proqnozlaşdırılır.
Azərbaycan ərazisində Leonidləri müşahidə etmək üçün ən əlverişli dövr noyabrın 17-dən 18-nə keçən gecə saat 02:00-dan sübhədək olan müddətdir. Maksimuma yaxın saatlarda Ayın batması zəif meteorların görünməsi üçün də nisbətən əlverişli şərait yarada bilər.
Leonidlər yüksək sürətləri ilə seçilir. Onların Yer atmosferinə daxilolma sürəti təxminən 71 km/s, yaxud saatda 255 min kilometr təşkil edir. Leonidlərin radiantı, yəni meteorların səmada zahirən çıxdığı nöqtə Şir (Leo) bürcündə yerləşir. Meteor yağışının adı da məhz bu bürclə əlaqədardır.
Leonidlər astronomiya tarixində güclü meteor fırtınaları ilə də tanınır. Xüsusilə 1833, 1866, 1966, 1999-2002-ci illərdə qeydə alınan intensiv hadisələr böyük elmi marağa səbəb olub.
Baxış sayı:130
Bu xəbər 02 Noyabr 2026 10:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















