Icma.az
close
up
RU
25 yaşında deyiləm, ortada ciddi bir məsələ də yoxdur" Oleq Bakinski

25 yaşında deyiləm, ortada ciddi bir məsələ də yoxdur" Oleq Bakinski

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


Bakıda həbs olunan ukraynalı milyonçu Oleq Krapivinin (Oleq Bakinski) və onunla birgə mühakimə edilən Kuçer Konstantin Antonoviçin məhkəmə araşdırması davam edir.

Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsindəki bugünkü iclasda ittiham tərəfinin şahidləri dindirilib.

Məlumat üçün deyək ki, Oleq Bakinski xuliqanlıqda, Kuçer Konstantin Antonoviç isə xuliqanlıqdan əlavə xüsusilə külli miqdarda dələduzluqda ittiham edilir. Sonuncu əvvəllər Ukraynada müdafiə sənayesi nazirinin müavini işləyib. Təqsirləndirilən şəxslərin birgə ittihamı bir nəfəri silah qismində istifadə edilən əşya ilə döymələri ilə bağlıdır. Onlar isə özlərini təqsirli bilmirlər.

Əvvəlcə Oleq Bakinskinin vəkili onun ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb: “Həbsindən əvvəl müvəkkilimin səhhətində problem var idi. İndi yenidən xəstəliyi baş qaldırıb. Bundan əlavə, şəxsin bəlli yaşayış yeri var, ittiham edildiyi maddə də xüsusilə ağır cinayət deyil. Bütün bu səbəblərdən vəsatət təmin edilməlidir”.

Oleq Bakinski özü də həbsdə saxlanılmasından narazılıq edib: “7 aydır Kürdəxanıda oturmuşam. Ortada ciddi bir məsələ də yoxdur. 25 yaşımda deyiləm ki, deyim bir az da qalım”.

Məhkəmə vəsatəti təmin etməyib.

Prosesin davamında prokuror təqsirləndirilən Kuçer Konstantin Antonoviçi sorğu-sual edib.

Təqsirləndirilən əvvəlcə dələduzluq epizodu ilə bağlı danışıb. Deyib ki, onun zərərçəkmiş şirkətlərlə mülki aviasiya avadanlıqlarının alqı-satqısı ilə bağlı müqaviləsi olub. Sonuncu müqaviləyə görə Ukrayna və digər ölkələrdən gələn avadanlıqlar Hindistana göndərilməli imiş. Bunun üçün də 4 milyon manata yaxın pul “Günay Bank”dakı hesablara köçürülüb. Həmin bank müflisləşdiyi üçün pullar batıb. Buna baxmayaraq, 2 milyon yarımlıq sifariş icra edilib.

Müttəhim xuliqanlıq epizodu ilə bağlı sualı cavablayarkən hadisə baş verən gün görüşü Azərbaycan Karate Federasiyasının (AKF) vitse-prezidenti Füzuli Musayevin təşkil etdiyini deyib. Amma Musayev özü danışıqlarda iştirak etməyib, münaqişə də həmin görüşdə baş verib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər ikisi də həbsdə mühakimə edilirlər.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 07 Fevral 2025 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see291

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see287

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see272

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see267

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see266

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see265

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see260

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see254

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see252

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see242

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see233

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see229

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see228

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see226

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see220

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see214

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see213

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see210

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see207

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri