Icma.az
close
up
RU
26 İyun Azərbaycan xalqının minillik hərb tariximizin yenidən boy göstərdiyi, şanlı zəfərləri müjdələyən gündür!

26 İyun Azərbaycan xalqının minillik hərb tariximizin yenidən boy göstərdiyi, şanlı zəfərləri müjdələyən gündür!

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün şanlı Azərbaycan Ordusunun yaradılmasından 107 il ötür. 107 il öncə, 26 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti öz suverenliyini təmin etmək, onu möhkəmləndirmək üçün Azərbaycan Silahlı Qüvvələrinin yaradılması haqqında qanun qəbul etdi. Bu, minillik hərb yaddaşımızın bütün dünyanın və tarixi gözü qarşısında yenidən təzələnməsi idi. Cəmi 22 ay ərzində hələ tam formalaşmamış Azərbaycan Silahlı Qüvvələri Qafqaz İslam Ordusu ilə birlikdə Bakının işğaldan azad edilməsinə nail oldu. Qarabağda və Qərbi Zəngəzurda baş qaldırmış separatçı erməni daşnak dəstələrinin başını əzdi.

1919-cu ilin yayında bu şanlı zəfər münasibəti ilə Həbibbəy Səlimovun komandanlığı altında Xankəndidə şanlı parad keçirdi. Həmin dövrdə hərbi nazir olan Səməd bəy Mehmandarov Nazirlər Şurasının Sədri Nəsib bəy Yusifbəyli ilə birlikdə qəbul etmişdilər. Hətta 1920-ci ilin aprel ayında Azərbaycan əsgəri Xaçmazda rus işğalına qarşı rəşadətli dirəniş göstərdi. Qeyri-bərabər döyüşdə ordumuzun şəxsi heyəti işğalçılara əsl savaş dərsi keçdilər.

Sovet dövründə Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Cəmşid Naxçıvanski adına hərbi lisey yaradıldı. Hərbi liseyin məzunları Azərbaycan müstəqillik əldə etdikdən sonra Azərbaycan ordusunun yaranmasında yaxından iştirak etdilər. Ölkənin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə oldular. C. Naxçıvanski adına hərbi liseyin məzunlarından 1000 nəfərdən çoxu göstərdikləri şücaətə görə orden və medallarla təltif edildi. Onlardan 11 nəfəri Azərbaycanın Milli Qəhrəmanı, 19 nəfər isə Vətən Müharibəsi Qəhrəmanı fəxri adına layiq görüldü.

XX əsrin sonlarında müstəqilliyini yenidən qazanan ölkəmiz ordu quruculuğunda yeni mərhələyə qədəm qoydu. 1918-ci ildə yaradılan Əlahiddə Azərbaycan Korpusu Cümhuriyyət Ordusunun hüquqi bazasını təşkil etdi. 22 may 1998-ci ildə ümummilli Liderimiz varislik prinsipini əsas götürərək 26 iyun tarixini müasir Azərbaycan Silahlı Qüvvələrinin yaradılması günü elan etdi. 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzalandı.

2011-ci il iyunun 26-da Bakıda Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi, 2013-cü ildə isə Silahlı Qüvvələr Gününün yaranmasının 95 illiyi ilə münasibətilə hərbi parad keçirildi. Ordu quruculuğu dövlətin prioritet məsələsi kimi daim ölkə Prezidenti cənab İlham Əliyevin nəzarətində saxlanıldı.

Azərbaycan Ordusunda vahid komandanlığın təmin edilməsi, nizami ordu quruculuğu prosesinin prioritet məsələ elan olunması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin bu istiqamətdə atdığı cəsarətli addımların nəticəsidir.

“Aprel döyüşləri”, “Günnüt əməliyyatı” “Tovuz hadisələri” nəticəsində cinayətkar erməni rəhbərlərinin  “keçilməz erməni səngərləri” haqqında mifi alt-üst edildi. Bütün dünya, o cümlədən Ermənistan rəhbərliyi Azərbaycan Ordusunun gücünə, qələbə əzminə, düşmənə layiqli cavab vermək, torpaqlarını azad etmək iqtidarında olduğuna şahid oldu.

Otuz ilə yaxın bir müddətdə  Azərbaycanın ərazi bütövlüyünün pozulması və Ermənistanın işğalçı siyasətinin dünyada tanıdılması istiqamətində uğurlu diplomatik iş aparan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbənin şahidi oldu. Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Kəlbəcər, Ağdam, Laçın və adıçəkilən rayonların 300-dən çox yaşayış məntəqəsi azad edildi.

Düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir. 44 gün ərzində müntəzəm surətdə fərqli mənbələrdən və ünvanlardan müxtəlif təzyiqlər, təhdidlərin olmasına rəğmən Azərbaycan zəfər çaldı. Müzəffər Ali Baş Komandan bununla tarixi ədaləti bərpa etdi.

Lokal xarakterli uğurlu antiterror tədbirləri nəticəsində Azərbaycan beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində öz suverenliyini tam bərpa etmiş oldu. Vətən müharibəsi silahlı qüvvələrimizin nəyə qadir olduğunu bir daha bütün dünyaya göstərdi. Bu savaş, eyni zamanda XXI əsrin ən sürətli, müasir və ədalətli müharibəsi kimi yaddaşlara həkk olundu.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Xankəndi şəhərində Zəfər meydanında hərbi parad qəbul etməklə, Novruz tonqalını alovlandırmaqla Xalq, Dövlət, Ordu birliyinin təcəssümü olan Böyük Qələbəni təsdiqlədi. İşğaldan azad olunmuş ərazilərimizdə Vətənin müdafiəsində ayıq-sayıq dayanan Azərbaycan Ordusu bərpa-quruculuq işlərinin ən yüksək səviyyədə həyata keçirilməsinə və Böyük Qayıdışa layiqli töhfələr verir. Eyni zamanda, şəhidlərimizin ailə üzvləri və sağlamlığını itirən döyüşçülərimiz, müharibə veteranları daima dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanılır.

Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır.

MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir. Dövlətin gücü Azərbaycan xalqının dəstəyindədir. Dövlət siyasəti xalq tərəfindən dəstəklənir və bu siyasətə böyük inam var.     

Ulu Öndər Heydər Əliyevin apardığı uzaqgörən siyasəti uğurla davam etdirən cənab Prezident İlham Əliyevin əzmi, atdığı müdrik və qətiyyətli addımlar sayəsində regionda sülh və sabitlik təmin edilib. Həm ölkəmiz həm də region xalqları üçün yeni perspektivlər yarandı. Vətən müharibəsi bütün dünyaya azərbaycanlıların azadlıqsevər, mütərəqqi, mərd xalq olduğunu nümayiş etdirdi. Hər kəsə xəyal kimi görünən artıq gerçəkliyimizə çevrilib.

Bu şanlı gün münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edir, şəhidlərimizə Ulu Yaradandan rəhmət diləyir, Vətən uğrunda sağlamlığından keçən bütün övladlarımızın tezliklə şəfa tapmasını arzulayıram!

Elçin Quliyev,

YAP Nərimanov rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 İyun 2025 18:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see224

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see188

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see182

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see167

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see161

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see159

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see150

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see150

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see143

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see139

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see139

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see138

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see136

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see134

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri