Azərbaycan həm Xəzər, həm də Ermənistan istiqamətindən müəyyən təhlükələrlə qarşılaşa bilər
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
"Şəhidlərin əziz xatirəsi həmişə qəlbimizdə yaşamalıdır və heç vaxt şirin sözlərə uymamalıyıq. Bax, bunu mən bir də deyirəm. Mən bunu birinci dəfə deyil ki, deyirəm. Ayıq olmalıyıq, daim güclü olmalıyıq. Ona görə biz son 5 ildə ordu potensialımızı böyük dərəcədə gücləndirmişik və keçən ay hərbi paradda bütün dünya bunun bir hissəsini görə bildi. Əbədi sülhə nail olmaq üçün biz hər zaman potensial düşmənlərimizdən bir neçə dəfə güclü olmalıyıq. Bunu təmin edirik və edəcəyik".
Bunu Prezident İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında oraya köçən sakinlərlə görüş zamanı deyib.
Prezidentin bu çıxışını Redaktor.az-a şərh edən hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, Silahlı Qüvvələrimizin müzəffər Ali Baş Komandanı artıq müharibə səhifəsinin bağlandığını elan edib:
"Biz ilk dəfə Ermənistana sülh təkliflərimizi müharibə başa çatdıqdan sonra təqdim etmişdik. Antiterror əməliyyatlarını da həyata keçirmişik. Ermənistan məcbur olaraq Azərbaycanın təkliflərini artıq qəbul edib. İqtisadi əlaqələr də qurulur. Lakin Ermənistanda hələ də revanşist qüvvələr qalmaqdadır. Onların bəziləri digər ölkələrdən idarə olunur. Bura həm Qarabağ klanı, həm Erməni Kilsəsi, həm də daha əvvəl Ermənistanı idarə etmiş yüksək vəzifəli cinayətkarlar aiddir. Cənab prezident baş verən prosesləri unutmamağa, sülh sazişi ilə Ermənistanla bağlı olan bütün problemlərin tam həll olunmasına çalışır. Lakin Azərbaycan elə bir coğrafiyada yerləşir ki, bir çox qlobal güclər və qonşu ölkələr Azərbaycana müəyyən təzyiq və təsirlər göstərməyə çalışa bilərlər. Odur ki, cənab prezident bu açıqlaması ilə təhlükəsizlik məsələlərinin daim prioritet olaraq saxlanılmasını, ordumuzun, Silahlı Qüvvələrimizin təminat və təchizatının gücləndirilməsinin, hərbi potensialımızın artırılmasının zəruri olduğunu dolayısı ilə bir daha bəyan edib. Buna görə də daim potensial təhlükələri nəzərə almalıyıq, çağırışlar və təhdidlərə qarşı tədbirli olmalıyıq. Azərbaycan həm Xəzər dənizi istiqamətindən, həm də Ermənistan istiqamətindən müəyyən təhlükələrlə qarşılaşa bilər. Belə ehtimallar daim olub, indi də var. Bu təhlükələrin vaxtında aşkarlanması və preventiv olaraq qarşısının alınması üçün təhlükəsizlik qüvvələrimizi daim yüksək döyüş hazırlığı vəziyyətində saxlamalıyıq".
Müsahibimiz əlavə etdi ki, Ermənistanla sülh sazişinin bağlanması 30 illik işğalı bizə unutmaq üçün əsas vermir.
"Ermənistan bu gün sülh sazişini məcburiyyətdən irəli gələrək imzalayıb. Ermənistanın uzun onilliklər boyu törətdiyi, dövlət səviyyəsində həyata keçirdiyi vəhşiliklər, ərazilərimizin dağıdılması, vətəndaşlarımızın, o cümlədən mülki əhalinin qətlə yetirilməsi, 4 min nəfərə qədər itkinimizin taleyinə aydınlıq gətirilməməsi, min kvadrat kilometrlərlə yaşayış məntəqələrinin, min kilometrlərlə əraziyə malik ərazilərin darmadağın edilməsi, bütöv şəhər, rayon, qəsəbə və kəndlərin yer üzündən tamamilə silinməsi, eləcə də xalqımıza qarşı törədilən soyqırımlar və etnik təmizləmələr bizə imkan vermir ki, tarixi unudaq.
Biz Ermənistanla sülh sazişi imzalayırıq, regionda təhlükəsizliyin təmin olunması üçün addımlar atırıq, amma bu, hələ Ermənistanla dost olmaq, tərəfdaş olmaq anlamına gəlmir. Sülh ilə dostluq arasında çox böyük məsafə var və Ermənistan hələ ki, bu münasibətlərin tam qaydaya düşməsi üçün real addımlar atmır. Biz bəyanatlar eşidirik, imzaları, kapitulyasiya aktlarında atılmış imzaları görürük, lakin real olaraq ərazidə Ermənistan Azərbaycanla münasibətlərin tam normallaşması üçün real fəaliyyətlər həyata keçirmir. Təbii ki, bu baxımdan Azərbaycan daim güclü Silahlı Qüvvələrə malik olmalıdır. Azərbaycan regionun ən güclü dövləti kimi beynəlxalq proseslərə təsir imkanlarını qoruyub saxlamalıdır", - deyə Ədalət Verdiyev qeyd etdi.
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 25 Dekabr 2025 17:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















