261 dövlət qurumunun əməkdaşları üçün “e mühasibat” təlimləri başa çatıb
Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Maliyyə Nazirliyinin Rəqəmsal Maliyyə Mərkəzi büdcə təşkilatlarının nümayəndələri üçün keçirilən 5 günlük “e-mühasibat” təlimlərini yekunlaşdırıb.
“Yeni Sabah” xəbər verir ki, “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi (RDMİS) çərçivəsində təşkil olunan təlimlərdə 261 dövlət qurum və təşkilatından 412 maliyyə-mühasibatlıq mütəxəssisi iştirak edib.
Təlimin əsas məqsədi elektron mühasibatlıq sisteminin tətbiqinə hazırlığı təmin etmək, istifadə qaydalarını və praktiki bacarıqları mənimsətmək olub. Proqram çərçivəsində iştirakçılara ilkin qalıqların daxil edilməsi, əsas vəsaitlərin və ehtiyatların uçotu, yerdəyişmə əməliyyatları, eləcə də konsolidə edilmiş maliyyə hesabatlarının tərtibi sistem üzərində praktiki olaraq nümayiş etdirilib. pizza
İnteraktiv formatda keçirilən təlimlərin növbəti mərhələdə digər dövlət qurumlarının nümayəndələri üçün də davam etdirilməsi planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 31 Avqust 2026 22:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















