Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Bunları hər kəs bilməlidir!

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Həkim həzm sisteminin sağlamlığı üçün axşam yeməyində bir vərdişdən imtina etməyi tövsiyə ETDİ

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

27 Sentyabr Azərbaycan tarixində ən önəmli günlərdən biridir ŞƏRH EDİLDİ

27 Sentyabr Azərbaycan tarixində ən önəmli günlərdən biridir ŞƏRH EDİLDİ

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"27 Sentyabr göstərdi ki, ideoloji baxımdan da təsisatlanmağı bacarmışıq. Bu tarix Azərbaycan tarixində ən önəmli günlərdən biridir. Ona görə ki, bu gün sadəcə Azərbaycan dövlətinin gücünün sübut olunduğu tarix deyil, eyni zamanda milli yaddaşımızın və vətənpərvərlik hisslərimizin cuşa gəldiyi, ləyaqətimizin bərpa olunduğu gündür". Bu sözləri SİA-ya açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, illər ərzində Ermənistan və ona havadarlıq edən məkirli qüvvələr bir yandan bizə təlqin etməyə çalışırdılar ki, məsələnin hərbi həll variantı mövcud deyil, digər yandan isə danışıqları tormozlamaq üçün bütün güclərini səfərbər edirdilər: "Zənnimcə, ən qorxulu amil o idi ki, ədalət məfhumunu bizə fərqli şəkildə təlqin etməyə çalışırdılar. Belə olmasa idi, dünya nizamına nəzarət edən ən böyük təsisat verdiyi qətnamələri icra edərdi.

Bu təsisatda köklü səlahiyyətlərə malik dövlətlər işğalçı ilə işğala məruz qalan dövlət arasında açıq fərq qoyan bəyanatlar vermədilər, sanksiya tətbiq etmədilər. Əksinə, nəyin şahidi olduq? Dişsiz, ünvansız bəyanatların, söz xətrinə deyilən sözlərin, bərli-bəzəkli cümlələrin. Bir milyondan artıq məcburi köçkün və qaçqınların fundamental hüquqları görməzdən gəlinirdi.

Dünyada beynəlxalq hüququn deyil, güc amilinin həlledici olduğunu görən uzaqgörən Azərbaycan Lideri zamanı qabaqlamağı bacardı. Müzəffər Ali Baş Komandanımız hər zaman deyir ki, “Zəfərimizi qəhrəman əsgər və zabitlərimizə borcluyuq”. Azərbaycan xalqı həqiqətən də öz igid və mərd oğullarının sayəsində Zəfər qazandı. Ədaləti bizə vermədilər, biz ədaləti özümüz təmin etdik. Açdığımız bu yol, bu cığır dünyada böyük dövlətlərin selektiv yanaşmasının qurbanına çevrilən xalqlara imkan yaratdı.

Əldə etdiyimiz Zəfərin igid oğullarımızın canı-qanı bahasına qazandığını deyən Azərbaycan Prezidenti şəhidlərin ruhunu hər zaman uca tutur. Hər bir çıxışının əvvəlində və sonunda onları böyük ehtiramla yad edir, şəhidlərin ailələrinə, qazilərimizə qayğı göstərir, onların həyat və mənzil şəraitlərinin yaxşılaşdırılması istiqamətində qərarlar qəbul edir, müvafiq tapşırıq və tövsiyələr verir.

Azərbaycanı güclü edən amil də budur: şəhidə hörmət, tarixi unutmamaq və gələcəyimizin daha güclü olması üçün çalışmaq. Biz illər ərzində sadəcə siyasi, iqtisadi və hərbi baxımdan deyil, ideoloji baxımdan da təsisatlanmağı bacarmışıq. Bunun nəticəsi idi ki, hər bir azərbaycanlının ürəyi səngərdəki əsgər ilə döyünürdü. Hər bir kəs özünü öz sahəsində Müzəffər Ali Baş Komandanın əsgəri hesab edirdi.

Bu gün şərəfli gündür. Biz bu şərəfli tarixi, onun anlam və önəmini dərindən dərk etməli və gələcək nəsillərimizə ötürməliyik".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://sia.az
archiveBu xəbər 26 Sentyabr 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see557

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see306

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see260

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see252

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see243

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see237

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see231

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see229

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see220

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see218

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see211

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see210

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see202

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see202

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see199

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see195

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see192

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see191

Həkim həzm sisteminin sağlamlığı üçün axşam yeməyində bir vərdişdən imtina etməyi tövsiyə ETDİ

03 Noyabr 2026 20:40see179

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri