Icma.az
close
up
RU
“27 sentyabr Azərbaycanın qələbələr və suverenlik tarixində dönüş nöqtəsidir” MÜNASİBƏT BİLDİRİLDİ

“27 sentyabr Azərbaycanın qələbələr və suverenlik tarixində dönüş nöqtəsidir” MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

"Müstəqillik dövründə xalqımız yalnız dövlət quruculuğu və iqtisadi inkişaf sahəsində deyil, həm də özünün milli müharibələr və milli qələbələr tarixini öyrənmək xoşbəxtliyinə nail oldu. Bu, Azərbaycan xalqının taleyində dönüş nöqtəsi idi". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, müstəqilliyə qədər bizə yad olan dövlətlərin müharibələrini, onların qələbələr tarixini öyrənməyə məcbur idik. 70 ildən artıq müddətdə həmin ideologiyanın təsiri altında yaşasaq da, xoşbəxtlik ondadır ki, yad müharibələrin və yad qələbələrin ruhu heç vaxt xalqımızın ruhuna köçə bilmədi: "Əksinə, milli ruhumuz, milli azadlıq istəklərimiz daim yaşadı və tarixi məqam yetişəndə özünü böyük bir güc kimi büruzə verdi. Məhz müstəqillik dövründə bizim tariximizdə yeni bir səhifə açıldı. Bu səhifədə 27 sentyabrın xüsusi yeri var. 27 sentyabr yalnız bir tarixi gün deyil, Azərbaycan xalqının müasir dövrdə öz gücünü, birliyini və mübarizə əzmini göstərdiyi simvolik bir tarixdir. Bu günün əlamətdar olmasının bir neçə əsas səbəbi var: Birincisi, düşmənin təxribat və hücum aktı qarşısında Azərbaycan Ordusu qətiyyətlə dayandı, qısa müddətdə əks-hücuma keçərək əməliyyatı qələbələrlə başa çatdırdı. Bu, xalqımızın döyüş ruhunun, dövlətimizin hərbi gücünün və komandanlığın peşəkarlığının bariz nümunəsi oldu.

İkincisi, 27 sentyabrda başlanan Vətən müharibəsi cəmi 44 gün ərzində Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi. On illərlə davam edən işğala son qoyuldu, torpaqlarımız azad edildi, tarixi ədalət bərpa olundu.

Üçüncüsü, Azərbaycan düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi. Bu, təkcə hərbi qələbə deyil, həm də siyasi, diplomatik və mənəvi qələbə idi. Çünki dünya gördü ki, Azərbaycan öz gücü ilə, heç bir xarici dəstək almadan haqq işini həyata keçirə bildi.

Dördüncüsü, Azərbaycan suverenliyini və ərazi bütövlüyünü tam bərpa edən dövlət kimi beynəlxalq aləmdə yeni status və nüfuz qazandı. Əgər 27 sentyabr olmasaydı, ölkəmiz hələ də beynəlxalq müstəvidə işğal qurbanı, məğlub mövqedə göstəriləcəkdi. Lakin 27 sentyabrdan sonra Azərbaycan artıq qalib, öz sözünü deyən, siyasətini diktə edən, nüfuzlu bir dövlət kimi tanındı.

27 sentyabrda başlayan proseslər təkcə hərbi uğurlarla bitmədi. Bu, həm də ölkəmizin suverenliyinin tam təmin edilməsinə, regionda yeni reallıqların formalaşmasına gətirib çıxardı. Bu yolun sonunda Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, dünyada qalib dövlət imicini formalaşdırdı və xalqımız özünün müstəqilliyinə sahib çıxmağın necə böyük xoşbəxtlik olduğunu bütün dünyaya nümayiş etdirdi.

Ona görə də 27 sentyabr yalnız bir müharibənin başlanğıcı deyil, həm də qələbələrə, suverenliyə, milli birliyə və müasir Azərbaycan dövlətinin daha güclü şəkildə möhkəmlənməsinə aparan yolun başlanğıcıdır. Bu gün yeni nəsil - müstəqillik dövründə formalaşmış gənclik üçün 27 sentyabr həm sınaq, həm də qürur günüdür. Çünki gənclər məhz bu tarixi proseslərin içində xalqımızın əzmini, dövlətimizin qüdrətini və Vətən sevgisinin böyüklüyünü görərək böyüyürlər".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 Sentyabr 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see186

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see169

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri