Icma.az
close
up
RU
28 May Müstəqillik Günü Almaniyanın Münster şəhərində geniş qeyd olunub

28 May Müstəqillik Günü Almaniyanın Münster şəhərində geniş qeyd olunub

Icma.az bildirir, Azertag portalına istinadən.

Berlin, 25 may, AZƏRTAC

28 May - Müstəqillik Günü Almaniyanın Münster şəhərində xüsusi coşqu ilə qeyd olunub. Tədbir Avropa Azərbaycan Mərkəzinin və Almaniya Azərbaycanlıları Alyansının birgə təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Himn Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fəaliyyət göstərən Həftəsonu məktəbinin şagirdləri tərəfindən ifa edilib. Sonra Azərbaycanın azadlığı və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Qəhrəman şəhidimiz Xudayar Yusifzadənin ifa etmiş olduğu və 44 günlük Vətən müharibəsinin rəmzinə çevrilmiş “Vətən yaxşıdır” mahnısının səsləndirilməsi tədbir iştirakçılarında dərin emosional təsir yaradıb, azadlıq, Vətən, şəhidlik kimi ali dəyərlərin nə qədər müqəddəs olduğunu bir daha xatırladıb.

Filologiya və fəlsəfə elmləri doktoru, Həftəsonu məktəbinin müəllimi Sahibə Payıküçük tədbirdə çıxış edərək bu əlamətdar günün milli dövlətçilik tariximizdəki önəmini vurğulayıb.

Avropa Azərbaycan Mərkəzinin sədri və Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü Zaur Əliyev 28 May tarixinin yalnız keçmişin deyil, bu gün güclü dövlətimizin və xalqımızın iradəsinin rəmzi olduğunu bildirib. Vurğulayıb ki, bu gün Azərbaycan bölgənin lider ölkəsi, mühüm qlobal layihələrə imza atan güclü dövlətdir.

Həmçinin qeyd olunub ki, bu gün Azərbaycan öz tarixinin ən qüdrətli və şərəfli dövrünü yaşayır. Bu, Azərbaycanın real və tam suverenliyinin, müstəqil qərarvermə imkanlarının və milli təhlükəsizlik sisteminin uğurla formalaşmasının bariz göstəricisidir. Bu uğurun əsasını isə Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli, uzaqgörən və məqsədyönlü siyasəti təşkil edir. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixi torpaqlarını işğaldan azad edib, beynəlxalq arenada nüfuzunu daha da artırıb, regionda və dünyada siyasi və iqtisadi güc mərkəzinə çevrilib. Bu siyasətin nəticəsi olaraq dövlətimiz bu gün öz daxili və xarici məsələlərini tam müstəqil şəkildə müəyyənləşdirir və strateji hədəflərinə ardıcıl şəkildə çatır.

Sonra Həftəsonu məktəbinin şagirdləri Azərbaycan şairlərinin Vətən, torpaq və milli kimlik mövzusunda şeirlərini deyiblər.

Tədbirə dəvət olunmuş qonaqlar, diaspor nümayəndələri və fəallar da çıxışlarında 28 May – Müstəqillik Gününün Azərbaycan tarixində şərəfli yer tutduğunu vurğulayıb, bu əlamətdar günlə bağlı təbriklərini ifadə ediblər.

Sonra musiqili və əyləncəli proqram təqdim olunub, iştirakçılar arasında fikir mübadiləsi aparılıb.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 May 2025 19:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri