“3 4 diplom alan adam problemli və xəstədir” Şərurlu İsfəndiyardan qalmaqallı sözlər
Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Əgər bir insan həm ağıllı, həm savadlı olsa, bunun qiyməti yoxdur. Amma gedib 3-4 dənə diplom alırsa, demək problemli, şübhəli, xəstə adamdır. Adamda nəsə çatışmır. O, yerini tapa bilmir. Heç axıra qədər də tapa bilmir. 10 institut da qurtarsa, mümkün deyil”.
Hurriyyet.Media bildirir ki, bu sözləri Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov “Zarafat bir yana” verilişində bildirib.
İş adamı çoxsaylı diplom sahibi olan insanların əzbərçiliyə üstünlük verdiyini də iddia edib:
“Onlar beynini idarə eləyə bilmir. Onlar əzbərçidirlər. Beyni idarə etmək yoxdursa, bir neçə diplomun mənası yoxdur. 3-4 nəfərin də diplomunu məhv edir. Onun əvəzinə başqaları oxuyacaqdı. Əgər sən birini oxudun, yaxşıdır. Amma üçüncü-dördüncü diploma gedirsənsə, şübhəlisən”.
“Şərurlu İsfəndiyar” özünün vaxtilə kifayət qədər təhsil ala bilməməsindən də təəssüfləndiyini deyib:
“Allah mənə verdiyi ağılla yanaşı savad da versəydi, mən yəqin ki, Azərbaycanda olmazdım. Dünyanın ən milyarderlərindən biri olardım. Çünki mən elə yerlərdən, elə sahələrdən düşünüb pul çıxartmışam. Bunu bacarmışamsa, savadım da olaydı, buna dəstək olsaydı, həyatım daha yaxşı, min dəfə bundan yaxşı olardı”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 11 Avqust 2026 20:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















