Icma.az
close
up
RU
3 faydalı ənənəvi yağ kərə, əridilmiş və piy!

3 faydalı ənənəvi yağ kərə, əridilmiş və piy!

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əsrlər boyu əcdadlarımızın faydalandığı bir sıra ənənəvi yağlara 50 ildən artıq bir vaxt ərzində müasir tibb tərəfindən “zərərli” damğası vurularaq insanlara rasionlarından çıxarılması tövsiyyə edilirdi.

Lakin son zamanların araşdırmaları təbii yağların faydalarını bir daha sübut edərək, şübhələrin və tənqidlərin “qara buludlarını” dağıtmaqdadır. Məsələn, dünyada rəğbət qazanan “TIME” jurnalının yağlar haqda müxtəlif illərdə nəşr etdiyi məlumatların təkamülü: 1961-ci ildə yağların zərəri barədə xəbərdarlıq, 1984-cü ildə yağın tərkibindəki xolesterolun ziyanı haqda məlumat və nəhayət 2014-cü ildə “Yağ yeyin” deyə təbii yağların faydası haqda bundan öncəki illərdə verilən məlumatların təkzibi.

Ənənəvi yağlar marqarin və bitki yağı istehsalçılarının çoxsaylı təbliğatları və reklamlarının nəticəsi kimi uzaq durulan, yeyilməsi ziyanlı olan bir qidaya çevrildi. Əslində isə fabrikalarda istehsal olunan bitki yağları və marqarin heç  də göründüyü kimi günahsız deyil. Araşdırmalar nəticəsində sintetik əsasları olan marqarinin və ifrat dərəcədə emal olunmuş bitki yağlarının kanserogen təsirləri sübut olunmuşdur.

Əsas günahkar kimi göstərilən isə təbii yağların tərkibindəki xolesteroldur. Otla bəslənilmiş, GMO-lar verilməyən heyvanlardan alınan təbii yağların tərkibindəki emal edilməmiş xolesterolun bir sıra mühüm bioloji faydaları mövcuddur:

- Stres, ürək xəstəlikləri və xərçənglə mübarizə aparan hormonları balanslaşdırır.

- Bütün cinsi hormonların bədəndə istehsalı üçün mühüm materialdır.

- Həyati vacib olan vitamin D-nin bədən tərəfindən sovrulmasında xolesterol mühüm rol oynayır.

- Qaraciyər və mədə-bağırsaq sisteminin fəaliyyəti üçün önəmlidir.

- Güclü antioksidantdır-sərbərt radikalların toxumaları zədələməyinin qarşısını alır.

- Beynin fəaliyyəti və psixoloji durumun sabitliyi üçün mühümdür.

- Zədələnmiş hüceyrələrin bərpası üçün vacibdir.

Təbii ənənəvi yağların üstünlükləri

Əridilmiş (el arasında “ərinmiş”) yağdan qədim zamanlarda həm dərman, həm təmizləyici maddə, həm də qida kimi istifadə edilibdir. Ərinmiş yağda A, D, E və K2 kimi vitaminlər mövcuddur. Ərinmiş yağ çətin parçalandığına görə əksər hallarda onu saxlamaq üçün soyuducuya ehtiyac duyulmur. Onu da qeyd edək ki, otla bəslənən inəklərdən əldə edilmiş yağda xərçəng əleyhinə olan turş yağlar var. İfrata varmadan, miqdarında istifadə edilən bu yağ eyni zamanda artıq çəkidən əziyyət çəkənlərin çəkisinin aşağı salınmasında böyük rol oynayır. Yüksək yanma və tüstülənmə dərəcəsinə malik olduğundan qızartmalar üçün idealdır.

Kərə yağı inək, qoyun, keçi və camış südündən əldə edilir. Zülal, vitamin və minerallar baxımından olduqca zəngin və qidalandırıcıdır. Kanadada aparılan araşdırmalara əsasən kərə yağın ürək xəstəlikləri  riskini aşağı salması, davamlı olaraq  istifadəsi bədəndəki yağ balansını qoruduğunu, mədə-bağırsağlarda yara olmasının qabağını  aldığı isbat olunmuşdur. Ot yeyən inəklərdən itehsal olunmuş kərə yağı xərçəng əleyhinə maddələrlə, həmçinin A1, B1, B2 və s.maddələrlə zəngindir. Qızartmalardan başqa bütün qalan bişirmə növləri xüsusən qənnadı üçün yararlıdır.

Piy yağı ürəyin sağlamlığı üçün xeyirlidir. Qəbul etməliyik ki, uzun illərdir “Piydə yuxarı göstəriciyə malik xolesterol var, və bu ürək xəstəliklərinin əsas səbəblərindəndir” fikrinə inanmışıq. Halbuki bizim ulu nənə-babalarımız yüksək miqdarda piy istifadə etmələrinə baxmayaraq, ürək xəstəliklərinə az rast gəlirdilər. Əslində piy sağlam pəhrizin əsasını təşkil edir. “Amerikanın Klinik Qidalanma” jurnalının 300.000 insan üzərində keçirtdiyi araşdırmaların nəticəsində doymuş yağların ürək xəstəliklərinin riskinin artmasında heç bir səbəbinin olmadığı aşkarlanmışdır. “Qadın Sağlamlığının Təşəbbüsü” araşdırma mərkəzi klimaks dönəmini keçmiş 50.000 qadını 2 qrupa bölüb birinci qrupa normadan az, ikinci qrupa isə normada yağ qəbul etməsini istədi. 8 il keçən araşdırma nəticəsində hər iki qrup insanların heç birinin nə ürək, nə də xərçəng xəstəliklərində bir fərqliliyin olmadığı nəticəsinə gəldi.

Müəllif: Səbinə Kərimova

Vib.az

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see291

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see287

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see272

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see267

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see266

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see265

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see260

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see254

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see252

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see242

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see233

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see229

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see228

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see226

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see220

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see214

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see213

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see210

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see207

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri