Icma.az
close
up
RU
3 illik qeyr rəsmi münasibətin axırı polisdə bitdi Bakıda qadın sevgilisini döydü

3 illik qeyr rəsmi münasibətin axırı polisdə bitdi Bakıda qadın sevgilisini döydü

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Xırdalan şəhərində 1984-cü il təvəllüdlü Qəmər qeyri-rəsmi münasibətdə olduğu tanışı Pərvizə (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2024-cü ilin dekabrın 21-də baş verib. Qəmər həmin gün gecə saatlarında yaşadığı evdə qeyri-rəsmi ər-arvad münasibətində olduğu tanışı Pərvizlə yemək yeyib, alkoqollu içki qəbul edib. 
Daha sonra sərxoş vəziyyətdə həmin gecə saat 5 radələrində ona intim münasibətdə olmaq istədiyini bildirən Pərvizə etiraz edib, irad bildirib. Həmin vaxtı tərəflər arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. 
Narazılıqla əlaqədar mübahisə baş verdikdən sonra Qəmər Pərvizin üzərinə hücum edib, əvvəlcə əlləri ilə onun boğaz nahiyəsindən tutaraq dırnaq nahiyələri ilə boğazından sıxıb, əlləri ilə sinəsindən itələyib. Pərvizin kürək nahiyəsinin stula dəyməsinə səbəb olub. Ardınca masanın üzərindəki boş araq şüşəsini götürüb və Pərvizin başına vurub. 
Qəmərin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Qəmər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, barəsində şikayət edən Pərviz onun qeyri-rəsmi münasibətdə olduğu şəxsdir:
“Hazırda subay olsam da, əvvəlki nikahımdan 2 azyaşlı övladım var. Təxminən 3 ildir ki, Pərvizlə qeyri-rəsmi münasibətdə birlikdə Xırdalan şəhərində yerləşən nömrəsiz fərdi yaşayış evində kirayədə yaşayırıq. Tez-tez Pərvizlə aramızda sözlə mübahisələrim olur”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə dekabrın 20-də, saat 23 radələrində Pərvizlə kirayə yaşadığı evdə birlikdə yemək yeyib, bir qədər spirtli içki qəbul edib:
“Saat 5 radələrində yerimə uzandım və yatmaq istəyən zaman Pərviz mənə yaxınlaşaraq əlaqədə olmaq istədiyini bildirdi. Onun bu istəyinə etiraz etdim. Bu səbəbdən həmin vaxt aramızda mübahisə yarandı. Mən əlim ilə Pərvizin boğaz nahiyəsindən tutaraq dırnağımla onun boğazının sağ nahiyəsinə xəsarət yetirdim. Pərviz üstümə gələn zaman əlim ilə onun sinəsindən tutaraq kənara itələdim. Bu zaman onun belinin sağ nahiyəsi stula dəydi”. 
Qəmər ifadəsində göstərib ki, mübahisə davam edərkən Pərviz onu təhqir etdiyi üçün yemək yedikləri masanın üzərində olan boş araq şüşəsini götürüb və onun başına vuraraq xəsarət yetirib: “Boş araq şüşəsi zərbədən sınaraq yerə dağıldı. Sonra Pərviz yerə yıxıldıqdan sonra evdən getdim. Sonra mənə məlum oldu ki, Pərviz barəmdə Abşeron Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etdi. Baş vermiş hadisə zamanı Pərviz məni vurmayıb, heç bir xəsarət yetirməyib. Mübahisə zamanı səs-küy yaranmayıb, yanımızda başqa şəxs olmayıb”. 
Zərərçəkmiş Pərviz ifadəsində göstərib ki, hazırda subay olsa da, əvvəlki nikahından 1 azyaşlı övladı var:
“Təxminən 3 ildir ki, Qəmərlə qeyri-rəsmi münasibətdə birlikdə kirayədə yaşayırıq. Tez-tez Qəmərlə aramızda sözlə münaqişələrimiz yaranır. Sonuncu dəfə Qəmər ilə kirayə yaşadığım evdə birlikdə yemək yeyib, bir qədər alkoqol spirtli içki qəbul etdik. Gecə saat 5 radələrində Qəmərə cinsi əlaqədə olmaq istədiyimi bildirdim. O, isə etiraz edən zaman aramızda mübahisə yarandı. Qəmər ayağa qalxaraq əli ilə boğaz nahiyəmdən tutdu, dırnağı ilə sıxaraq mənə xəsarət yetirdi. Həmin vaxt onun üstünə gedərək sakitləşdirmək istədim. Bu zaman Qəmər əli ilə sinəmdən tutaraq itələdi, belimin sağ nahiyəsi stula dəyərək xəsarət aldım. Mübahisə davam edən zaman Qəmər yemək yediyimiz masanın üstündə olan boş araq şüşəsini götürərək başıma vurdu”. 
Abşeron Rayon Məhkəməsinin hökmü ilə Qəmər 1000 manat məbləğində cərimə edilib. 
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 Mart 2026 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri