Icma.az
close
up
RU
“30 il əvvəl Fransaya uduzan yığmamız indiki heyətdən daha güclü idi” “Oser faciəsi”nin iştirakçısı Şahin Diniyevin ə MÜSAHİBƏSİ

“30 il əvvəl Fransaya uduzan yığmamız indiki heyətdən daha güclü idi” “Oser faciəsi”nin iştirakçısı Şahin Diniyevin ə MÜSAHİBƏSİ

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsində növbəti oyunu oktyabrın 10-da keçiriləcək. Yığmamız səfərdə dünyanın ən güclü komandalarından biri – Fransa ilə üz-üzə gələcək.

İdman.biz xəbər verir ki, Fransa millisi ilə görüşlər Azərbaycan futbolu üçün xoş xatirələrlə yadda qalmayıb. Düz 30 il əvvəl, 1995-ci il sentyabrın 6-da Oser şəhərində keçirilən AVRO-1996-nın seçmə mərhələsində yığmamız tarixinin ən ağır məğlubiyyətini almışdı. Ağasəlim Mircavadovun rəhbərlik etdiyi komanda fransızlara 0:10 hesabı ilə uduzmuşdu.

Həmin seçmə mərhələdə komandalar ilk dəfə 1994-cü il dekabrın 13-də Trabzonda qarşılaşıblar və Fransa 2:0 hesabı ilə qalib gəlib.

Fransa ilə qarşıdakı oyun ərəfəsində İdman.biz-ə danışan təcrübəli mütəxəssis Şahin Diniyev 30 il əvvəl futbolçu kimi çıxış etdiyi həmin görüşləri xatırlayıb və yeni matç barədə fikirlərini bölüşüb.

– Fransa yığmasına qarşı keçiriləcək qarşıdakı oyunla bağlı gözləntiləriniz necədir?

– Düşünürəm ki, istənilən azərbaycanlı mütəxəssisdən soruşsanız, kimsə nikbin nəsə cavab verməz. Real vəziyyəti anlamalıyıq, optimist olmaq olmur. Buna baxmayaraq, biz millimizi dəstəkləməliyik. Rəqib kim olur-olsun, hamımız istəyirik ki, Azərbaycan futbolu adına uğurlu çıxış olsun.

Aydındır ki, Fransa yığması bizdən qat-qat güclüdür. Bizim futbolçular yalnız döyüşkənlik hesabına müqavimət göstərə bilər. Nə qədər bacaracağımızı bilmirəm, amma çalışmalıyıq. Bu, çox çətin oyun olacaq. Ümid edirəm, bu görüşdə bəxtimiz gətirər.

– Fransızlara qarşı keçirilən həmin məşum oyunu çoxları indi də xatırlayır. Siz də həmin görüşdə meydanda idiniz…

– Bilirsiniz, o vaxt indiki kimi taktiki hazırlıq üçün vaxtımız yox idi. Komandaya bir çox futbolçular xaricdən gəlirdi – Vəli Qasımov, mən, Nizami Sadıqov, Aleksandr Jidkov və başqaları. Həmin matç üçün də xüsusi taktiki planımız yox idi, hər kəs öz oyununu oynayır, fərdi ustalığını göstərməyə çalışırdı. Komanda şəklində hazırlıq üçün vaxt çatmırdı.

– O oyunun gedişatını necə xatırlayırsınız?

– Maraqlıdır ki, görüşə çox yaxşı başladıq, rəqibin qapısı qarşısında üç qol epizodu yaratdıq. Xatırlayıram, mən, Yunis Hüseynov və Rasim Abışov qapıya zərbələr endirdik. Yəni oyunun əvvəlində üstünlük bizdə idi.

Sonra isə hər şey dəyişdi (gülür). O, çox güclü Fransa yığması idi və bizə onlara qarşı oynamaq çox çətin idi. Qapımıza hər nə vurulurdusa, qol olurdu. Əslində, hesab oyuna görə deyildi. 5–6 top fərqi ilə uduzmalıydıq, 10 yox. Elə qollar buraxırdıq ki, indi xatırlayanda həm gülməli, həm də dəhşətlidir.

– Bu dəfə fransızların bəxtinin əvvəlki kimi gətirməyəcəyinə inanırsınızmı?

– Düşünürəm ki, belə hesab bir daha təkrarlanmayacaq. Fransızların bu oyuna İspaniya, İtaliya kimi top komandalarla oyunlardakı kimi yanaşacağını düşünmürəm. Yəqin ki, bizi rahat udacaqlarına inanacaqlar. Bu faktor bizə müəyyən üstünlük verə bilər.

– 30 il əvvəlki Fransa və Azərbaycan yığmalarını indiki komandalarla müqayisə etsək, sizcə, hansı daha güclü idi?

– Məncə, hər iki yığma o vaxt daha güclü idi. Xüsusilə bizim komanda fərdi ustalıq baxımından indiki heyətdən üstündür. Bəli, komanda oyununda zəif idik, çünki taktiki sistem yox idi, hazırlıq üçün də vaxt az idi. Amma fərdi keyfiyyətlərə baxsaq, 30 il əvvəlki Azərbaycan yığması indiki komandadan xeyli güclü idi.

Teymur Tuşiyev

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 07 Oktyabr 2025 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see756

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see226

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see155

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see143

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see137

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see137

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see136

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see136

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see133

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see130

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri