Icma.az
close
up
RU
Oser faciəsi təkrarlana bilərmi? ŞƏRH

Oser faciəsi təkrarlana bilərmi? ŞƏRH

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Azərbaycan millisi bu gün DÇ-2026-nın seçmə mərhələsində Fransanın qonağı olacaq. Bu komandalar tarixdə 3-cü dəfə qarşılaşacaq. Əvvəlki iki oyunda Azərbaycan 0:2 və 0:10 hesabı ilə məğlub olub. İkinci məğlubiyyət millimizin tarixində ən böyükhesablı məğlubiyyətidir. Oyun Parisdə, “Park de Prens” stadionunda Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Redaktor.az-a açıqlamasında "Kəpəz"in keçmiş baş məşqçisi, premyer liqa təcrübəli Etibar İbrahimov bildirdi ki, bugünkü oyunda Fransa millisi ilə qarşılaşmaq Azərbaycan milli komandası üçün ciddi sınaq olacaq:

“Fransa millisinin güclü komanda olduğunu qeyd etmək lazımdır. Azərbaycan millisi ilə daha öncə iki dəfə qarşılaşmışdılar. Biri Trabzonda, o vaxt Azərbaycanın ev oyunlarını Türkiyədə keçirdiyi dönəmdə 0:2 hesabı ilə məğlub olmuşduq. Digəri isə Fransada, Oserdə keçirilən və "Oser faciəsi" adlandırılan oyunda 10:0 hesabı ilə uduzduq. Həm o zaman, həm də indi Fransa millisi həqiqətən güclü komanda kimi diqqət çəkir. Heyətə baxdıqda, komandanın dünyanın aparıcı klublarında çıxış edən oyunçulardan ibarət olduğunu görürük: Luka Şevalve (PSJ), Mayk Menyan (Milan), Jül Kunde (Barselona), Dayo Upamekano (Bayern Münhen), Eduardo Kamavinqa (Real Madrid), Kilian Mbappe (Real Madrid) və digər futbolçuları görürük. Bu, Fransa komandasının gücünü açıq şəkildə göstərir. Hazırda Fransa milli komandası dünya reytinqində ikinci yerdədir və İspaniya millisindən çox az geri qalır”.

Müsahibimiz qeyd etdi ki, bugünkü oyunda dünyanın ən güclü komandalarından birinə qarşı oynanacaq.

“Azərbaycan millisinin performansı hələ də inkişaf mərhələsindədir. Seçmə oyunlarının ilk turunda məğlubiyyət əldə etdikdən sonra, Ayxan Abbasovun təyinatından sonra komanda qısa müddətdə mübariz, döyüşkən bir kollektivə çevrildi. Ayxan Abbasovun taktiki disiplini və müdafiə anlayışı komandaya sabitlik gətirdi. Komandanın kompakt müdafiə ilə çıxış etməsi, 90 dəqiqə ərzində taktiki disiplini qoruması uğurlu nəticə üçün əsas şərtdir. Bugünkü oyunda böyükhesablı məğlubiyyət olmasa belə, nəticə Azərbaycan millisinin mövcud vəziyyəti nəzərə alındığında uğurlu hesab edilə bilər. Fransa millisinin oyunçuları böyük klublarda çıxış edir və komandanın reytinqi yüksəkdir. Buna baxmayaraq, Azərbaycan komandası meydançada mübariz ruhunu göstərəcək və döyüşkənliyi ilə seçiləcək.

Ayxan Abbasovun milli komandadakı ikinci oyunu olan bu qarşılaşmada Azərbaycan millisinin uğurlar qazanmasını arzulayırıq və komandaya dəstəyimizi bildiririk” - deyə Etibar İbrahimov vurğuladı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:281
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 Oktyabr 2025 21:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see314

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see308

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see306

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see291

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see290

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see282

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see272

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see272

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see270

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see256

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see241

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see231

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see230

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see225

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see225

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see223

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see216

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see189

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri