Icma.az
close
up
RU
30 il yığılan nifrəti yox etmək mümkündürmü? Sosioloq konkret addımları açıqladı

30 il yığılan nifrəti yox etmək mümkündürmü? Sosioloq konkret addımları açıqladı

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Müharibə yalnız əraziləri dağıtmır, həm də insanların şüurunda dərin izlər buraxır. Onilliklər boyu davam edən münaqişələr xalqlar arasında kin, nifrət və qarşılıqlı etimadsızlıq hisslərini möhkəmləndirir. Bu zərərli miras nəsildən-nəslə ötürülərək, sülhün bərpasını daha da çətinləşdirir. 30 ilə yaxın davam edən gərginlik və təcrid şəraitində formalaşmış mənfi stereotiplər bu gün regionda sülh və barış prosesinin qarşısında duran ən böyük maneələrdən biridir.

Bu şəraitdə vətəndaş cəmiyyəti institutlarının, QHT-lərin, ictimai birliklərin, media və ziyalıların üzərinə mühüm vəzifələr düşür. Onlar yalnız rəsmi diplomatiyanın yaratdığı imkanlarla kifayətlənməməli, həm də xalqlar arasında birbaşa dialoqun qurulmasına, qarşılıqlı anlaşmanın formalaşmasına xidmət etməlidirlər. Sülhün yalnız dövlət rəhbərlərinin razılığı ilə deyil, cəmiyyətlərin könüllü şəkildə qəbul etdiyi bir dəyərə çevrilməsi üçün sosial layihələr, mədəniyyət mübadilələri, gənclər proqramları və təhsil təşəbbüsləri həyati əhəmiyyət daşıyır.

Ancaq bu yolda əsas sual budur: 30 il ərzində yığılıb qalmış kin və nifrət yükünü necə aradan qaldırmaq olar? Stereotipləri sındırmaq üçün hansı addımlar daha effektivdir? Və ən əsası, keçmişin ağır xatirələrini unutmadan, gələcəyin ortaq dəyərlərini necə qurmaq mümkündür? pizza sifarişi

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən sosioloq Mail Yaqub bildirib ki, müqavilənin bağlanması bizim hamımızı sevindirir:

“Bu məsələdə yazıçıların, alimlərin, ictimai xadimlərin özlərinin missiyası olmalıdır. Əgər siyasi rəhbərlik hər hansı bir məsələ ilə bağlı qərar qəbul edibsə, onu tətbiq etməyi bacarmalıyıq. Bir müddət öncə bağlanan sülh müqaviləsi də buraya aiddir. 

Təbii ki, müqavilənin bağlanması bizim hamımızı sevindirir. Bu proseslə həmahəng olaraq, bütün ziyalı cəmiyyət üzvləri öz yazılarına və çıxışlarında öz mövqelərini ortaya qoymağı bacarmalıdır. Eynilə Ermənistan dövləti də paralel olaraq, bu təşəbbüsə qoşulmalıdır. Çalışmaq lazımdır ki, bu məsələni aradan qaldırmaq üçün yazıçılar öz yazıları sülhəyönlük formada cəmiyyətə təqdim etsinlər”.

O həmçinin qeyd edib ki, düşmənçilik toxumlarını bizim aramıza yad ünsürlər səpib:

“Biz qonşuyuq və əbədi olaraq düşmən ola bilmərik. Düşmənçilik hər iki dövlətin xalqına da, dövlətçilik ənənələrinə də ziyandır. Bu düşmənçilik toxumların da bizim aramıza yad ünsürlər səpib. Əks halda, niyə iki qonşu dövlət biri-biri ilə müharibə etsin? 

Qonşular mehriban olanda həyat öz axarında davam edir. Bizim ictimai xadimlərimiz də cəmiyyətin düşünən beyinləridir. Ona görə də həmin şəxslər öz fikirləri və çıxışları ilə insanları sülhə yönləndirməyi bacarmalıdırlar. Bunun üçün də əlverişli şərait artıq gəlib, çatıb. Bu təşəbbüslər də ardı-arası kəsilmədən davam etməlidir. Arada olan konfliktlərə yavaş-yavaş son qoymağı bacarmalıyıq”.

Sosioloqun sözlərinə görə cəmiyyəti sülh vəziyyətinə öyrəşdirmək lazımdır:

“Dediyim kimi, bu mövzuda natiqlərin məntiqli çıxışlarına və yazıçılarımızın yeni əsərlərinə ehtiyac var. Kitabdan çox, çıxışlara diqqət yetirmək lazımdır. Çünki insanların kitab oxumağa o qədər də həvəsi qalmayıb. Bu çıxışları sosial mediada da yaymaq lazımdır. 

Təbii ki, insanları bir gündə sülhə məcbur etmək olmaz. Bu mərhələ yavaş-yavaş davam etməlidir. 30 ildə yaranan aqressiyanı, kini və nifrəti bir günə yox etmək olmaz. Xalqın etimad göstərdiyi insanlar bu yolda addım atmalıdır ki, prosesi sürətləndirə bilək. Bir sözlə, cəmiyyəti sülh vəziyyətinə alışdırmaq lazımdır. Azərbaycanda elə ziyalılar var ki, cəmiyyət onlara nifrət edir. Çalışmaq lazımdır ki, həmin çıxışları o insanlar etməsin. Cəmiyyəti başa salmaq lazımdır ki, bu kin və nifrət hər birimizin ziyanınadır. Millətin də, dövlətin də”.

Mail Yaqublu diqqətə çatdırıb ki, bu sahədə QHT-lər də cəmiyyətə yol göstərməlidir:

“Bununla yanaşı, QHT-lər də bu yolda insanlara istiqamət verməlidir. Təəssüflər olsun ki, bizdə QHT-lərin çoxunun rəhbəri savadsız adamlardır. Mən düşünürəm ki, onlar çox ciddi qurumlardır. Ona görə də işlərini laiqincə yerinə yetirməlidirlər. Bu sülh sazişini insanlara qəbul etdirmək üçün aşağısəviyyəli yox, normal insanları ictimaiyyətə təqdim etmək lazımdır. Həmin insanların cəmiyyət arasında şəxsi nüfuzu olmalıdır.Eyni zamanda iki dövlət arasında mədəni və iqtisadi əməkdaşlığı yaratmaq üçün insanların təfəkkürünü dəyişdirmək lazımdır.

Onun fikrinə görə, iki dövlət arasında mədəni və iqtisadi əməkdaşlıq qurulmalıdır:

“Təbii ki, ilk addım mədəniyyət sahəsində atılmalıdır. Çünki xalqların mədəniyyət olaraq birləşməsi bütün sahələrdə ilk addımın atılması deməkdir. Əks halda indiki şəraiti nəzərə alsaq, heç bir iş adamı gedib hansısa erməni şirkəti ilə əməkdaşlıq etməz. Əgər mədəni əməkdaşlıq yaranarsa, yavaş-yavaş iş adamlarının da münasibətlərini tənzimləyə bilərik. 

Siyasət, iqtisadiyyat və mədəniyyət sahələri biri-birinə bağlı olmalıdır. Prosesə də addım-addım yaxınlaşmaq lazımdır. Çünki sülh prosesinin ləngiməsi bizi istəməyən dövlətlərin xeyrinə ola bilər. Bizə isə müharibə lazım deyil. Sülh və iqtisadi tərəfdaşlıq lazımdır. Müharibə dövrü ilə bağlı çəkiləcək filmlərə də diqqət yetirmək lazımdır. Bu filmlərin çəkiliş prosesini də siyasi rəhbərlik təyin etməlidir ki, hansısa rejissor özündən Amerika kəşf etməsin”.

Aydan Hacı 

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanmışdır.   


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 15 Avqust 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see242

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see176

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see169

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see158

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see151

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see146

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see144

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see139

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see136

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri