Icma.az
close
up
RU
30 illik qurum üçün kritik mərhələ başladı Əhalinin gözlədiyi qərar...

30 illik qurum üçün kritik mərhələ başladı Əhalinin gözlədiyi qərar...

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda gömrük islahatları illərdir davam etsə də, gözlənilən nəticələr hələ də özünü göstərmir. Qaydalar sərtləşdirilir, prosedurlar dəyişdirilir, rəhbərlik yenilənir, amma nə sıravi vətəndaş rahatlıq hiss edir, nə də sahibkarlar sistemdən məmnundur. Texniki yeniliklər tətbiq olunsa da, Gömrük Komitəsinin iş tərzində, xüsusilə də vətəndaşa və biznesə münasibətdə real dəyişiklik baş vermir. Üstəlik, DGK-nin Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Vergilər Xidmətinə birləşdiriləcəyi barədə yayılan məlumatlar qurumdakı problemlərin dərinliyini yenidən gündəmə gətirib. Bildirilir ki, qurumla bağlı kritik mərhələ uzun müddətdir başlayıb, sadəcə qərar gözlənilir.

Azərbaycanda gömrük islahatları, yenilikləri niyə özünü tam doğrultmur?

Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, Azərbaycan gömrük sistemindəki islahatlar gözlənilən nəticəni vermir:

“Səbəb həm struktur, həm də idarəetmə səviyyəsində problemlərlə bağlıdır. Gömrük Komitəsi çox vaxt qısamüddətli tədbirlərə üstünlük verir. Yeni qaydalar tətbiq edilir, cərimələr artırılır, yoxlamalar sərtləşdirilir, amma bu, uzunmüddətli strateji plan və bazar ehtiyacları ilə əlaqələndirilmir. İslahatların məqsədi formal olaraq “gömrük nəzarətini gücləndirmək” kimi göstərilsə də, əslində iqtisadi aktivliyi stimullaşdırmaq və sahibkarlığın inkişafına dəstək vermək kimi hədəflərlə uyğunlaşdırılmır.

Gömrük prosedurları çox zaman mürəkkəb, təfsilatlı və dəyişkəndir. Bu, sahibkarları çaşdırır, sərmayə və idxal-ixrac əməliyyatlarını gecikdirir. Yeniliklər sadəcə “sərtlik” şəklində tətbiq olunur, amma onların tətbiq mexanizmi və sahibkarlar üçün sadələşdirilmiş praktikası yoxdur. Gömrük prosesi elektronlaşdırılmağa çalışılsa da, sistemlərin əhatə dairəsi və inteqrasiyası hələ tam deyil. Elektron gömrük portalının istifadəsi praktikada problemlidir. Çünki sənədlərin qəbulu, rəqəmsal imza sistemləri və avtomatlaşdırılmış risk-analiz mexanizmləri ya tam işlək deyil, ya da sahibkarlar üçün əlçatan olmur”.

Akif Nəsirli

İqtisadçı bildirib ki, gömrük orqanlarında hələ də bürokratik yanaşma və şəffaflıq çatışmazlığı qalır:

“Bu sahədə rüşvət və qeyri-rəsmi ödənişlər də müəyyən hallarda mövcuddur. İşçilərin təhsili və motivasiyası ilə bağlı sistematik tədbirlər zəifdir, bunun nəticəsində prosedurlar yalnız formal olaraq icra olunur. İslahatların uğurunu qiymətləndirən obyektiv göstəricilər yoxdur. Komitə yeni qaydalar tətbiq edir, amma bunun sahibkarlıq və idxal-ixrac dövriyyəsinə təsiri, vətəndaşların həyatına faydası ölçülmür. Bu da nəticəsiz siyasətin davam etməsinə səbəb olur”.

Ekspert qeyd edib ki, hər yeni islahat sahibkarlıq və iqtisadi təsirləri ilə əlaqələndirilməlidir:

“Sənədləşmə və prosedurlar minimuma endirilməli, sahibkarlar üçün praktik və aydın olmalıdır. Elektron gömrük, avtomatlaşdırılmış risk analizləri və sənəd dövriyyəsinin tam onlayn olması təmin edilməlidir. Gömrük işçilərinin fəaliyyətinə nəzarət, rüşvətsiz və obyektiv qiymətləndirmə mexanizmlərinin yaradılması vacibdir. Problemin kökü yalnız sərt qaydalarda deyil, həm də planlaşdırma, tətbiq və monitorinqin yetərsizliyindədir. Ümumiyyətlə, islahatlar formal xarakter daşıyır, sahibkar və vətəndaşların real ehtiyacları ilə uyğunlaşdırılmır. Bu sistematik yanaşma olmadan heç bir yeni qayda müsbət nəticə verməyəcək”.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsi 1992-ci ilin 30 yanvar tarixində yaradılıb. Bir neçə müddətdir ki, qurumun ləğv edilməsi məsələsi gündəmdədir.

Ləman İmran
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Dekabr 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri