Icma.az
close
up
RU
Menu

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

Xarici ticarət: ixrac və idxal azalır

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

İran ayətullahı “anti Azərbaycan xoru”nda

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

31 Dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü: milli birliyin tarixi, siyasi mahiyyəti və davamlı dövlət strategiyası

31 Dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü: milli birliyin tarixi, siyasi mahiyyəti və davamlı dövlət strategiyası

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü Azərbaycan xalqının milli yaddaşında və siyasi tarixində xüsusi yer tutan, ideoloji, mənəvi və strateji əhəmiyyət daşıyan bir gündür. Bu tarix təkcə dünya azərbaycanlılarının birliyinin rəmzi deyil, həm də milli kimliyimizin qorunması, dövlətçilik şüurunun möhkəmləndirilməsi və qlobal miqyasda Azərbaycan həqiqətlərinin vahid mövqedən müdafiəsi baxımından mühüm ictimai-siyasi platformadır.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü 1989-cu ilin dekabrında Araz çayı boyunca baş verən tarixi hadisələr, xalqın sovet ideoloji basqılarına qarşı sərgilədiyi milli iradə və azadlıq arzularının ifadəsi kimi formalaşmışdır. Bu proses Azərbaycan xalqının parçalanmış taleyinə, bölünmüş milli kimliyinə etirazın və milli birliyin açıq təzahürü idi.

1991-ci ilin dekabrında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 31 Dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi rəsmiləşdirilməsi bu ideyanın dövlət səviyyəsində siyasi konsepsiyaya çevrilməsini təmin etdi. Bununla da ilk dəfə olaraq diaspor məsələsi epizodik deyil, davamlı və sistemli dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirildi.

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün ideoloji-siyasi əsasları bilavasitə Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı azərbaycançılıq ideologiyası ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev üçün Azərbaycan anlayışı coğrafi məhdudiyyətlərlə məhdudlaşmırdı. Bu anlayış milli kimlik, mədəni yaddaş, dil, tarix və mənəvi dəyərlərin vəhdəti idi.

Ulu Öndər dəfələrlə vurğulayırdı ki, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Azərbaycan dövlətinin mənəvi dayağıdır. Məhz bu baxış nəticəsində diaspor quruculuğu dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrildi, xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması, hüquqlarının müdafiəsi və milli maraqlar ətrafında birləşdirilməsi istiqamətində mühüm addımlar atıldı.

Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində dünya azərbaycanlılarının həmrəyliyi emosional çağırışdan çıxaraq strateji milli məqsədə çevrildi.

Bu gün Ümummilli Liderin müəyyən etdiyi siyasi xətt Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla və ardıcıl şəkildə davam etdirilir və müasir dövrün çağırışlarına uyğun şəkildə inkişaf etdirilir.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diasporu yeni keyfiyyət mərhələsinə qədəm qoymuşdur. Diaspor təşkilatlarının institusional gücləndirilməsi, onların beynəlxalq platformalarda fəallığının artırılması, vahid mövqedən çıxış etməsi dövlət siyasətinin prioritet istiqamətinə çevrilmişdir.

Xüsusilə 44 günlük Vətən müharibəsi dövründə dünya azərbaycanlılarının nümayiş etdirdiyi həmrəylik, informasiya müharibəsində göstərdikləri fəallıq, Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında oynadıqları rol cənab Prezident İlham Əliyevin diaspor strategiyasının real nəticələrini açıq şəkildə ortaya qoydu.

Dövlət başçısının prinsipial mövqeyi ondan ibarətdir ki, güclü Azərbaycan dövləti – güclü diaspora, güclü diaspora isə güclü milli həmrəylik deməkdir.

Müasir beynəlxalq münasibətlər sistemində diasporlar artıq sadəcə mədəni birliklər deyil, ciddi siyasi təsir imkanlarına malik subyektlərə çevrilmişdir. Bu baxımdan dünya azərbaycanlılarının həmrəyliyi Azərbaycanın milli təhlükəsizliyi, informasiya suverenliyi və xarici siyasət maraqları üçün mühüm strateji resursdur.

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü məhz bu strateji baxışın rəmzi ifadəsidir. Bu gün milli birlik ideyasının möhkəmləndirilməsi, gənc nəslin azərbaycançılıq ruhunda tərbiyəsi, diaspor-dövlət əlaqələrinin daha da dərinləşdirilməsi üçün mühüm ideoloji platforma rolunu oynayır.

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü Azərbaycan xalqının milli iradəsinin, siyasi yetkinliyinin və tarixi yaddaşının parlaq təcəssümüdür. Bu gün Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasi irsinin və cənab Prezident İlham Əliyevin müasir dövlətçilik strategiyasının üzvi vəhdətinin nəticəsi olaraq yaşamaqda və inkişaf etməkdədir.

Dünya azərbaycanlılarının həmrəyliyi bu gün təkcə mənəvi dəyər deyil, milli güc və qlobal siyasi təsir vasitəsidir. Bu həmrəylik Azərbaycan dövlətinin gücünü artırır, milli maraqlarımızın müdafiəsini təmin edir və gələcək nəsillərə güclü, suveren və qalib Azərbaycan miras qoyur.

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birlik, ümummilli şüurun və dövlətçilik ideallarına sədaqətin rəmzidir. Bu əlamətdar gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları vahid amal – müstəqil, güclü və suveren Azərbaycan naminə birləşdirir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu həmrəylik siyasəti bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmlənir və qlobal miqyasda milli maraqlarımızın müdafiəsinə xidmət edir.

Bu əlamətdar gün münasibətilə bütün dünya azərbaycanlılarını təbrik edir, xalqımıza birlik, güc və davamlı inkişaf arzulayıram.

Nicat İsmayılov

YAP Yasamal rayon təşkilatının fəalı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 Dekabr 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see334

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see198

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see197

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see174

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see168

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see167

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see164

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see156

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see154

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see151

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see149

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see148

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see146

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see142

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see139

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see139

İran ayətullahı “anti Azərbaycan xoru”nda

24 Dekabr 2025 16:35see138

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see137

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see137

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri