Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

32 il əvvəl imzalanmış tarixi sənəd

32 il əvvəl imzalanmış tarixi sənəd

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın müasir iqtisadi və siyasi tarixinin ən mühüm dönüş nöqtələrindən biri olan “Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür. Hesab edirəm ki, bu müqavilənin əhəmiyyətini yalnız bir neft sazişi kimi qiymətləndirmək düzgün olmaz. “Əsrin müqaviləsi” müstəqilliyimizin ilk illərində Azərbaycanın iqtisadi gələcəyinin formalaşdırılması və ölkənin beynəlxalq mövqeyinin möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyan hadisə idi.

Biz müstəqilliyimizi 1991-ci ildə bərpa etdikdən sonra çox ağır problemlərlə üzləşdik. Ölkədə siyasi və iqtisadi sabitlik pozulmuş, istehsal müəssisələrinin fəaliyyəti zəifləmiş, işsizlik və yoxsulluq artmışdı. Dövlətin maliyyə imkanları məhdud idi. Neft sənayesi də uzun illər ərzində kifayət qədər investisiya və müasir texnologiya əldə edə bilməmişdi. Digər tərəfdən, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi ölkənin qarşısında ciddi humanitar, sosial və iqtisadi problemlər yaratmışdı.
Belə bir şəraitdə Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri ölkənin iqtisadi əsaslarını yaratmaq idi. Azərbaycanın zəngin neft və qaz ehtiyatları var idi, amma həmin resursları müasir texnologiyalarla işləmək və dünya bazarlarına çıxarmaq üçün böyük investisiyalara ehtiyac vardı.
Ümummilli Lider Heydər Əliyev böyük dövlətçilik təcrübəsinə əsaslanaraq Azərbaycanın gələcək inkişafında neft strategiyasının mühüm rol oynayacağını görürdü. Buna görə də xarici şirkətlərin və investisiyaların Azərbaycana cəlb edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi.
Amma həmin dövrdə xarici investorları Azərbaycana cəlb etmək asan məsələ deyildi. Ölkədə müharibə gedirdi, iqtisadi vəziyyət mürəkkəb idi və investorlar üçün ciddi risklər mövcud idi. Ona görə də aparılan danışıqlarda əsas məsələ Azərbaycanın milli maraqları ilə xarici şirkətlərin maraqları arasında balans yaratmaq idi.
Bu danışıqlarda o dövrdə Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olan İlham Əliyevin də mühüm rolu oldu. Danışıqlar nəticəsində Azərbaycanın maraqlarını nəzərə alan şərtlərin formalaşdırılmasına nail olundu.
Nəhayət, 1994-cü il sentyabrın 20-də Bakıda, Gülüstan sarayında “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin işlənməsi üzrə hasilatın pay bölgüsü haqqında saziş imzalandı. Sazişdə 7 ölkəni təmsil edən 11 beynəlxalq şirkət iştirak edirdi.
Bu hadisə Azərbaycanın enerji tarixində yeni mərhələnin başlanğıcı oldu. Böyük həcmdə xarici investisiyalar ölkəyə gəlməyə başladı, müasir texnologiyalar tətbiq edildi və Azərbaycan Xəzər dənizindəki karbohidrogen ehtiyatlarını daha geniş miqyasda işlətmək imkanları əldə etdi.
“Əsrin müqaviləsi”nin mühüm nəticələrindən biri də Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılması üçün yeni infrastrukturun yaradılması oldu. Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan neft kəmərlərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin və sonrakı mərhələdə digər enerji layihələrinin həyata keçirilməsi Azərbaycanın regional enerji xəritəsində rolunu əhəmiyyətli dərəcədə artırdı.
Burada bir məqamı xüsusi qeyd etmək lazımdır: “Əsrin müqaviləsi” ilk növbədə neft layihəsi idi. Lakin onun yaratdığı iqtisadi və siyasi imkanlar sonrakı mərhələdə Azərbaycanın qaz strategiyasının da həyata keçirilməsinə şərait yaratdı. Beləliklə, Azərbaycan təkcə neft deyil, həm də qaz ixrac edən və Avropanın enerji təhlükəsizliyində rol oynayan ölkəyə çevrildi.
Neft strategiyasının digər mühüm istiqaməti isə əldə olunan gəlirlərin idarə olunması idi. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Dövlət Neft Fondunun yaradılması neft gəlirlərinin toplanması və həmin vəsaitlərin ölkənin uzunmüddətli sosial-iqtisadi inkişafına yönəldilməsi üçün mühüm institusional mexanizm yaratdı.
Sonrakı illərdə enerji sektorundan əldə olunan gəlirlər hesabına Azərbaycanın iqtisadi imkanları genişləndi. Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları həyata keçirildi, yeni yollar, məktəblər, xəstəxanalar, sənaye müəssisələri və digər infrastruktur obyektləri yaradıldı. Qeyri-neft sektorunun inkişafına daha böyük imkanlar yarandı.
Eyni zamanda, ölkənin iqtisadi imkanlarının genişlənməsi dövlət və ordu quruculuğuna da mühüm təsir göstərdi. Azərbaycan ordusunun müasirləşdirilməsi, müdafiə qabiliyyətinin gücləndirilməsi və müasir hərbi imkanların yaradılması üçün daha geniş maliyyə imkanları formalaşdı.
Bunun nəticələrini biz 2020-ci ildə Vətən müharibəsində də gördük. 44 günlük müharibə Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi. Bu gün isə qarşımızda tamamilə yeni vəzifə dayanır: işğaldan azad edilmiş ərazilərin bərpası və keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışının təmin olunması.
Hazırda Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri aparılır. Yeni yollar, enerji və kommunikasiya infrastrukturu, sosial obyektlər, şəhər və kəndlər inşa olunur. İnsanların öz doğma torpaqlarına qayıdışı təmin edilir.
Ona görə də mən hesab edirəm ki, “Əsrin müqaviləsi”nin əsas əhəmiyyətini bir neçə istiqamətdə qiymətləndirmək olar: birincisi, Azərbaycanın neft sənayesinin müasir əsaslarla inkişafına yol açdı; ikincisi, ölkəyə böyük həcmdə xarici investisiyaların gəlməsini təmin etdi; üçüncüsü, Azərbaycanın dünya enerji bazarlarına çıxış imkanlarını genişləndirdi; dördüncüsü, iqtisadi və maliyyə imkanlarımızın artmasına şərait yaratdı.
Ən əsası isə odur ki, 1994-cü ildə əsası qoyulan neft strategiyası Azərbaycanın sonrakı iqtisadi və siyasi inkişafı üçün mühüm baza yaratdı. Bu gün Azərbaycanın regionda və beynəlxalq enerji bazarında əldə etdiyi mövqeni, həyata keçirdiyi böyük layihələri və işğaldan azad edilmiş ərazilərdə apardığı genişmiqyaslı bərpa prosesini qiymətləndirərkən həmin strateji qərarın əhəmiyyətini də nəzərə almaq lazımdır.
Bu baxımdan “Əsrin müqaviləsi” bizim üçün yalnız 32 il əvvəl imzalanmış tarixi sənəd deyil. O, müstəqil Azərbaycanın iqtisadi dayaqlarının formalaşdırılması baxımından mühüm mərhələnin başlanğıcı və gələcək inkişaf üçün yaradılmış strateji əsaslardan biridir.

Azər Badamov
Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Sentyabr 2026 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see700

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see406

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see275

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see271

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see261

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see257

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see254

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see239

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see237

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see224

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see220

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see217

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see216

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see216

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see215

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see211

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see201

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see195

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see193

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri