Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

Xocalı sakini: “32 il sonra atamın nəşi tapıldı”

Xocalı sakini: “32 il sonra atamın nəşi tapıldı”

News24 saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün Xocalı soyqırımının 33-cü ildönümü anılır. Ermənistanın insanlığa qarşı törətdiyi bu cinayət zamanı səkkiz ailə yer üzündən silinib.

News24.az xəbər verir ki, Bakuplus.az-ın müsahibi 1992-ci il fevralın 25-dən 26-a keçən gecə əsir götürülən Xocalı sakini Lamiyə Qarayevadır. Qətliam günü onun atası itkin düşüb.

Lamiyə Qarayeva o müdhiş gecəni belə xatırlayır:

“Xocalı soyqırımı zamanı iki yaşım var idi. Uşaq olduğuma görə, hadisələri tam xatırlamıram. Amma uşaqlıqda yaşadıqlarımı şüuraltına ötürmüşəm. Dərk edə biləcəyim anlar xatirimdədir”.

Müsahibəni təqdim edirik:

–  Xocalılı günlərinizdən danışmağınızı istərdim. Xocalı nə zamandan mühasirəyə alındı?

– Mən Xocalı soyqırımının şahidiyəm. O zaman cəmi iki yaşım var idi, amma faciənin izləri bütün həyatım boyunca məni təqib edib. O gün nə baş verdiyini tam xatırlamasam da, anamın göz yaşları, qohumlarımızın fəryadı və davam edən qaranlıq illər mənə yaşadığımız dəhşətləri anlatmağa bəs etdi.

O zaman uşaq olsam belə, hər gün atışma səslərini eşitdiyimi xatırlayıram. Xocalı soyqırımı baş verən günə kimi, yəni fevralın 25-dən 26-a keçən gecəyə qədər 4 ay idi ki, Xocalı blokadada idi. Gediş-gəliş tam məhdudlaşdırılmışdı. Biz həmin vaxtlar ancaq zirzəmilərdə günümüzü keçirirdik. Hər gün atışma səsləri olurdu. Hücum təhlükəsi ilə yaşayırdıq.

Vahid ordu olmadığı üçün Xocalının cavan oğlanları, ürəkli gəncləri könüllü şəkildə Xocalının müdafiəsinə qalxmışdılar. Nəticə olaraq Tofiq Hüseynovun rəhbərliyi ilə özünümüdafiə batalyonu yarandı. Atam və dayım özünümüdafiə batalyonunun döyüşçüsü idi. Həmin gecə evə gəlib, bildirdilər ki, artıq Xocalıya giriblər. Hücuma hazırlaşıblar. Xocalını tərk etmək lazımdır.

– Xocalılar sonuna kimi mübarizə apardılar…

– Həmin gecəni xocalıların mübarizliyinin, qəhrəmanlığının bariz nümunəsi idi. Xocalıda əhalinin ehtiyaclarının ödənilməsi kimi problemlər var idi. Bu qədər təhlükə ilə yaşadılar. Xocalılar bilirdilər ki, belə bir dəhşətli gecə yaşana bilər. Lakin heç kəs öz evini, elini, obasını qoyub getmədi. Bu da xocalıların mübarizliyinin, qəhrəmanlarının bariz nümunəsidir.

– Siz uşaq olmusunuz. Ailə üzvlərimiz həmin gün haqqında nələr danışır?

– Anamın dediklərinə görə, dəmiryol vağzalı var imiş. Bir müddət orada qalmışıq. Orada belə ümidimizi itirmədik, evimizə qayıdacağımızı düşünürdük.

– Lamiyə xanım, qətliam gecəsini necə xatırlayırsınız?

– Həmin gecə sanki təbiət də qan ağlayırdı.. Ermənilərin həmin gecəni seçmələri təsadüf deyildi. Əhalinin oradan çıxmasına məhdudiyyət üçün sırf belə bir gecə seçilmişdi. Xocalı olduqca əhəmiyyətli bir mövqedə yerləşirdi. Həmin ərazidə ən çox azərbaycanlılar yaşayırdılar, Qarabağda yeganə aeroport da orada yerləşirdi. Həm də həmin gecə guya onlar əhalinin təhlükəsiz çıxması üçün dəhliz açıblar. Amma elə ən çox meyit dəhliz dedikləri yerdə var idi. Ən çox orada qətliam törədilmişdi.

Dəmiryol vağzalından istiqamətimizi tutduq. Hətta Xocalıya illərlə bələd insanlar da yolu tapmaqda çətinlik çəkirdilər. Əhali pərəm-pərəm oldu. Hər dəstə bir istiqamət tutdu. Biz Ağdamın Abdal Gülablı kəndi istiqamətində gedişi planlaşdırmışdıq. Lakin yolu tapa bilmədik. Dəhraz kəndinə üz tutduq. Orada ermənilərin pusqusuna düşdük. Atışma oldu. Bizim 200-300 nəfərlik dəstədə qətlə yetirilənlər oldu. Başqa çarəmiz olmadığı üçün təslim olduq. Əsir götürüldük.

Biz Xocalıdan çıxanda Qarqar çayını keçəndə çətinlik çəkdik. Ac-susuz qaldıq. Kətik meşəsindən çıxmağa çalışırdıq, lakin yenə də gəlib eyni nöqtəyə çatırdıq.

– Əsirlikdən danışmağınızı istərdim.

– Əsirlikdə bizimlə bərabər olanlar içərisində özünümüdafiə batalyonun döyüşçüləri var idi. Atamla bərabər 13 nəfər. Çox böyük işgəncələr verilib. Bizə yemək, su vermədilər. Heç kəsə mərhəmət göstərmədilər. Döyüb, təhqir edirdilər.

– Atanızın taleyi necə oldu?

– Özünümüdafiə batalyonunun üzvlərini, o cümlədən atamı seçib apardılar. Bundan sonra çöldə 13 güllə səsi gəldi. Biz bu gün də bilmirik ki, hədəfə tuşlanmış güllə səsi imiş, yoxsa o insanlardan ümidimizi kəsmək üçün ediblər. Hələ də ümidimiz var ki, sağdılar. Məlumatımız yoxdur. Sağ olduqlarına güman edirik. Çünki əsirlikdə olan qadınlardan birinin dediyinə görə, çölə çıxarılanlardan 10 dəqiqə sonra qadın da çölə çıxıb, qayıdanda yerdə qan izi görməyib. Bir ümiddir. İçimizdə yaşadırıq. Uşaqkən ən böyük xəyalım atama qovuşmaq idi. Atam Yusifəli Qarayev 25 yaşında şəhid oldu.

Bir qız övladı üçün atanın olmamağı çox ağırdır. Çox böyük itkidir. Xəyallarımı gerçəkləşdirə bilməmişəm. Atamın yoxluğunu hiss edirəm. Həmin qarlı qış gecəsində yaxınlarını itirən hər kəs itkinin nə demək olduğunu bilir.

Biz xocalıların itkilərinin təsəllisi yoxdur. Həmin gecə yaşadığımız, aldığımız travmalar unudulmayacaq. Razılaşmıram ki, Xocalı soyqırımının 613 şəhidi var. Xeyr, belə deyil. Xocalı soyqırımı zamanı olan itkilər həmin gecə ilə yekunlaşmır. Xocalı soyqırımından sonra 3-4 ay erməni əsirliyində qalanlar oldu. Azad olduqdan sonra əsirlikdəki fiziki, psixoloji təzyiqlərdən dünyasını dəyişənlər də az olmadı. Bütün bu itkilər Xocalı soyqırımının itkiləridir.

– 32 il sonra atanızın nəşi tapıldı.

– Atamın bir şəkli vardı – köhnə, saralmış bir fotoşəkil. Mən onu bu şəkillə tanıdım. Hər dəfə gözlərimi yumanda atamın üzünü xatırlamağa, səsini, qoxusunu hiss etməyə çalışırdım.

2024-cü il fevralın 26-da Xocalı soyqırımının 32-ci ildönümü münasibətilə keçirilən anım tədbirində Prezident İlham Əliyev Xocalıdan olan bir qrup ziyalı və gənclərlə görüşdü. Bu görüşdə mən çıxış edərək, atamın Xocalı özünümüdafiə batalyonunun döyüşçüsü olduğunu və onun sonrakı taleyi barədə heç bir məlumatımızın olmadığını demişdim  və “məzarsız şəhid” ifadəsini  işlətmişdim.

Bu görüşdən bir neçə ay sonra aidiyyəti qurumların apardığı araşdırmalar nəticəsində atamın nəşi tapıldı. Dövlət səviyyəsində təşkil edilən mərasimlə dəfn edildi. Bu hadisə itkin düşən Xocalı şəhidlərinin ailələri üçün bir ümid işığı oldu və onların ağrı-acılarının az də olsa yüngülləşməsinə səbəb oldu.

Atamı Xocalı şəhər Şəhidlər Xiyabanında torpağa tapşırdıq. Onun məzarının başında dayananda uşaqlığım, Xocalısız ötən illərim, hər il fevralın 26-da çəkdiyim ağrılar gözümün önündən keçdi. Onun bir qəbir daşının olması, adının unudulmaması bizim üçün təsəlli idi.

Xocalı faciəsi zamanı itkin düşənlərin taleyinin aydınlaşdırılması və onların layiqli şəkildə dəfn edilməsi istiqamətində dövlət tərəfindən görülən işlər davam etdirilir.

– Xocalını bir sözlə ifadə etsəniz, o nə olardı?

– Xocalı hələ də mənim üçün qanayan yaradır. O gün həlak olanlar, itkin düşənlər, analarını-atalarını gözləyən uşaqların taleyi mənim hekayəmdir. Mən bu ağrını heç vaxt unutmayacağam, çünki Xocalı yalnız tarixin bir səhifəsi deyil – bu, mənim həyatımın gerçəkliyidir.

Biz Xocalıya qayıtdıq. Yarımçıq qalan həyatlarımızı yenidən qurmağa çalışırıq. Amma itirdiklərimiz heç vaxt geri qayıtmayacaq. Mən atamın səsini heç vaxt eşidə bilməyəcəyəm. Amma onun adı yaşayacaq. Biz Xocalını unutmadıq. Və unutmayacağıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://news24.az
archiveBu xəbər 26 Fevral 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see349

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see345

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see333

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see292

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see262

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see243

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see224

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see208

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see189

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see187

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see186

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see186

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see184

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see175

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see172

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see171

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see169

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see160

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see160

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri