Icma.az
close
up
RU
Suriyanın O ÜZÜ: “Dünənə qədər baş kəsənlər bu gün dünyəvi mesajlar verir” Səxavət Məmməd yazır

Suriyanın O ÜZÜ: “Dünənə qədər baş kəsənlər bu gün dünyəvi mesajlar verir” Səxavət Məmməd yazır

Icma.az, Adelet.az portalına istinadən məlumat verir.

Qardaşı Basil Əsədin ölümü ilə taxtın varisinə çevrilən Bəşər Əsəd atası Hafiz Əsədin ölümü ilə prezident oldu. Ölümlərlə postunu uzun illərlə qorudu, ancaq sonda ölümlər dalğası ilə getdi.

4 il nisbi sakitlik olsa da, Suriya reallıqda hər an alovlanmağa hazır münaqişə ocağı idi. Bir ölkənin ərazisindəki milli və dini münaqişə və saysız hesabsız olan qrupların hər birinin arxasında müxtəlif dövlətlər varsa, o ölkədə partlayış olması qaçılmazdır. Bəşər Əsədi dəstəkləyən əsas iki dövlət Rusiya və İranın maraqları tamamilə dəyişib. Rusiya üçün ən önəmli faktor hazırda müharibə apardığı Ukrayna varsa, İran proksilərə pul çatdırmaqdan loru dildə ifadə etsək, boğaza yığılmışdı. İranın heç şübhəsiz ki, bir nömrəli strateji hədəfi Yaxın Şərqdə möhkəmlənmək idi. Bunun üçün İran milyardlarla vəsait xərcləmişdi. Məsələ ondadır ki, İran bu qədər xərclərin qarşılığında istəyinə nail ola bilmirdi. Əvvəl İraqda baş verən proseslər, hazırda da Suriyada baş verən proseslər onu göstərir ki, nə qədər ideoloji qruplar kimi özlərini təqdim etsələr də, əslində, bütün qrupların bir tək ideologiyası var: kim daha çox versə, onun üçün çalışacaqlar. İraq ordusunun generalları Səddam Hüseyni necə satmışdısa, Bəşər Əsədin də güvəndiyi hərbçilər onu elə satdı. Bir neçə min hərbçinin İraqa keçərək silah təhvil vermək yarışına girməsi hər şeyi ortaya qoyur. Rusiya və İrandan əlavə “Hizbullah” da əvvəlki qüdrətində deyil. Təşkilatın demək olar ki, rəhbər şəxsi qalmayıb. İsrail onların hamısını bir-bir sıradan çıxardı.

Rusiya Ukraynada müharibəyə başlayaraq hərbi bazaları boşaltdı, Afrikadakı proseslərə qoşulanda isə silahlı təşkilatlarını ora yönləndirdi. Ukraynada cəbhə xəttinin min km-dən çox olmasını nəzərə alsaq, fiziki olaraq Rusiyanın Bəşər Əsədə dəstək verməsi imkansız idi. İran isə proksilərdən canını qurtararaq gücü daxilə vermək niyyətindədir. Yəni nə Rusiya, nə də İran praktiki olaraq ciddi fəaliyyətin içərisində olmadı.

Türkiyə böyük rola bürünmüş kimi görsənsə də, əslində, rəsmi Ankaranın da Suriyadakı işlərinin hamar olmadığını görə bilərik. Prosesin sonunda kürd dövlətinin qurulma ehtimalı da son dərəcə yüksəkdir. İraqdakı muxtariyyət, Suriyada PKK və PYD/YPG-nin gücünü nəzərə almamaq olmur. Düzdür, bu qruplar Münbiçdən geri çəkilsələr də, əslində, böyük əraziyə nəzarət etdiklərini deməliyik. Osmanlının içərisində ermənilərin mübarizəsi sonda Türkiyə torpaqlarında olmasa da, Ermənistan dövlətinin qurulması ilə nəticələndi. Hazırkı prosesin sonunda da kürd dövlətinin yaranma ehtimalı var. Ermənistan strateji baxımdan Türkiyə üçün təhlükə sayılmır. Ən azı insan resursu buna imkan vermir. Ancaq kürdlər üçün belə bir problem yoxdur. ABŞ açıq şəkildə “Kürdüstan” layihəsinə dəstək verir. İraq və Suriyadakı neft yataqlarının böyük hissəsinə kürdlər nəzarət edir. Maliyyə problemi yoxdur, silah problemi də heç yoxdur. Yanlış bir siyasət Türkiyənin özü üçün bir problemə çevrilə bilər.

Suriyadakı prosesin ölkəyə əmin-amanlıq gətirəcəyi qətiyyən inandırıcı deyil. Dünənə qədər baş kəsən, meyitin üzərinə bir daraq gülləni buraxan qrupların birdən-birə amnistiya, dünyəvi mesajlar verməsi onları oynadanların verdiyi sifarişdən başqa bir şey deyil. Dünən bir cür, bu gün başqa cür oynadırlar. Sabah daha çox pul verən, həmin qrupları başqa istiqamətə çəkəcək. Xatırlayıram, kürdlər Münbiçi nəzarətə götürəndə xalq alqışlarla qarşılamışdı, bu gün daş-qalaq edərək yola salır, sabah eyni prosesin təkrar olacağına heç bir şübhə yoxdur.

Suriyaya demokratiya gələcək? Suriyada, Yaxın Şərqdə, ümumiyyətlə, müharibə olan ərazilərdə insan haqları, hüquqlar, ülvi dəyərlər kimsəyə maraqlı deyil. Xüsusilə Yaxın Şərqdə öldürmək istəyən də, ölmək istəyən də n qədərdir. Önəmli olan maraqlar həyata keçsin. Siyasi xəritələr dəyişməz deyə də bir anlayış yoxdur. İkinci Dünya müharibəsinin bitməsi ilə əldə edilən yeni nizam əsrin sonunda SSRİ dağılması ilə yenidən dəyişdi. İndi də yenidən dəyişmək mərhələsindədir. Misal üçün Suriya ərazisinin ilk müştərisi də çıxıb. İsrail bufer zona adı altında Qolan təpələrinin bir hissəsini götürüb və çıxmayacağını da bəyan edir.

Hazırkı münaqişələr beynəlxalq tranzit yollarının üzərində və əsas səbəbin də bu yollara nəzarəti ələ keçirmək üstündə gedir desək, yanılmarıq. “Bir kəmər, bir yol” layihəsinin Azərbaycan ərazisindən keçməsinin müsbət tərəflərindən çox danışılıb. Gəlirlər hesablanır, gələcəkdə əldə ediləcək dividentlərdən bəhs edilir. Tarixə və yaşadığımız çağa baxdıqda, beynəlxalq tranzit yolların üzərindəki ölkələrin taleyini gördükdə neqativ şeylər də düşünməyimizdə fayda var. Layihə sahibləri yolların üzərindəki ölkələrin əsnək, sözəbaxan, hər an dəyişməyə meylli, hakimiyyətlərin isə güclü olmamasında maraqlı olurlar. Risk hər zaman qapıda olacaq. Suriyadakı proseslərin bizim regiona birbaşa təsiri olmasa da, Türkiyə ilə Rusiya arasında yarana biləcək konflikt Zəngəzur dəhlizinə təsirsiz ötüşməyəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://adalet.az
archiveBu xəbər 11 Dekabr 2024 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

15 Aprel 2025 18:32see159

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see133

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see126

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see126

12 ton saxta spirtli içki ələ keçirildi

15 Aprel 2025 15:55see123

Maştağa qəbiristanlığı SU ALTINDA: Məzarlar yararsız vəziyyətə düşdü

15 Aprel 2025 10:39see120

Ana 3 oğlunu 2 həftə hamamda ac saxladı

15 Aprel 2025 14:23see119

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see119

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

15 Aprel 2025 18:44see118

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

15 Aprel 2025 20:14see118

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see117

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

15 Aprel 2025 21:20see116

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see116

Yanğına görə Mərkəzin vəzifəli şəxsi cərimələndi

15 Aprel 2025 13:00see115

Süni intellekt: Əyləncəli görünən bu trend sonda problemə səbəb ola bilər

15 Aprel 2025 11:40see115

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see115

Keçmiş baş nazir öz sosial şəbəkəsini yaradır

16 Aprel 2025 00:30see112

“Arzulara qanad verək” çağırışı ilə qanvermə aksiyası keçiriləcək

15 Aprel 2025 11:56see112

Avropalılar Ukraynaya yardımda ABŞ ni ötdülər

15 Aprel 2025 11:19see112

Ərdoğan: Suriyada sabitliyi pozmaq istəyən öz qarşısında Türkiyəni görəcək

15 Aprel 2025 20:13see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri