36 yaşlı arvadının başını daşa vuraraq öldürmüşdü: Xüsusi amansızlıqla qətl törədən Rəşada HÖKM OXUNDU
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Qaradağ rayonunda həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan təqsirləndirilən Rəşad Tağıyevin məhkəməsi yekunlaşıb.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
O, Rəşad Tağıyevin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Daha sonra məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən Rəşad Tağıyev 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə iyunun 30-da gecə saatlarında Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Massiv 1 adlı ərazidə baş verib. Məlumata görə, Rəşad Tofiq oğlu Tağıyev həmin ərazidə arvadı 36 yaşlı Sevinc İnşallah qızı Hüseynovanı aralarında yaranmış mübahisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək qəsdən öldürüb.
Rəşad Tağıyev barəsində Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan olunub.
Xatırladaq ki, Rəşad Tağıyev həyat yoldaşı Sevinc Hüseynovanı xüsusi amansızlıqla qətlə yetirib. Belə ki, O, həyat yoldaşı S.Hüseynovanı əvvəlcə bıçaqlasa da, sonradan ölmədiyini görüb, başını gölün kənarındakı böyük daşa vurub. R.Tağıyev qadının başını dəfələrlə daşa vuraraq əzib öldürüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 31 Oktyabr 2025 20:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















