3639,6 milyon manat məbləğində rabitə xidmətləri
Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
2026-cı ilin yanvar-oktyabr aylarında informasiya və rabitə müəssisələri tərəfindən 3639,6 milyon manat məbləğində və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,9 faiz çox xidmət göstərilib. Xidmətlərin 1104,7 milyon manatını (30,4 faizini) mobil telefon rabitəsi, 589,1 milyon manatını (16,2 faizini) internet, 641,5 milyon manatını (17,6 faizini) proqram təminatının işlənməsi və bu sahədə məsləhətlərin verilməsi, 427,7 milyon manatını (11,7 faizini) informasiya, 876,6 milyon manatını (24,1 faizini) isə digər informasiya və rabitə xidmətləri təşkil edib.
XQ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə proqram təminatının işlənməsi və bu sahədə məsləhətlərin verilməsi xidmətlərinin dəyəri real ifadədə 29,0 faiz, internet xidmətlərinin 21,6 faiz, informasiya xidmətlərinin 6,4 faiz, mobil telefon rabitəsi xidmətlərinin 2,7 faiz, digər informasiya və rabitə xidmətlərinin dəyəri isə 2,3 faiz artıb.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 13 Noyabr 2026 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















