Icma.az
close
up
RU
“37 il öncə Azadlıq meydanında ərazi bütövlüyümüz uğrunda ilk mitinq belə keçirildi...”

“37 il öncə Azadlıq meydanında ərazi bütövlüyümüz uğrunda ilk mitinq belə keçirildi...”

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

“Bәlkә dә bu, bütün canlılarda olduğu kimi insanlarda da bu, qarşıdan gәlәn dәһşәtlәrә qarşı ictimai bir hazırlıq - özünühazırlama prosesi idi...”

Düz 37 il bundan öncə - 1988-ci il fevralın 19-da həmin vaxt Moskvadakı imperiya rəhbərlərinin fətvası və İrəvandakı qatı millətçi erməni qruplaşmalarının dəstəyi artıq bir həftə öncə Xankəndində Qarabağın Ermənistana birləşdirilməsi tələbi ilə başlanmış aksiyalara etiraz olaraq Azərbaycan paytaxtında ilk yürüş-mitinq keçirildi...

Həmin mitinqin fəal iştirakçılarından biri olmuş hazırda AMEA Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri vəzifəsində çalışan Ənvər Əliyev Moderator.az-a açıqlamasında o günlər yazdığı gündəliklər əsasında bu xatirəni nəql edib: 

“Bəli, çox həyəcanlı və möhtəşəm günlər idi... 37 il bundan öncə bugünkü tarixdə -fevralın 19-da səhər evdən gec çıxmışdım. Pilləkənlərlə Bakı Dövlət Universitetinin yataqxanalarından çıxıb dərsə gedən 20-30 nəfərlik bir tələbə dəstəsi ilə aşağı düşdüm. Nəriman Nərimanov (indiki Hüseyn Cavid) prospektinə çatanda İnşaat Mühəndisləri və Politexnik İnstitutunun xeyli tələbəsi də bu dəstəyə qoşuldu. Prospektə çıxan kimi hamı xorla “Qa-ra-bağ!”, “A-zər-bay-can!” qışqırırdı. M.Əzizbəyovun heykəlinə(hazırda FHN yerləşən əraziyə) çatanda, dəqiq deyə bilmərəm, artıq 1000-1500 nəfər qədər olardıq...  

Sonra Ali Sovetin qabağından keçib aşağı düşdük.  İran konsulluğunun yanından keçəndə ha-mı xorla “Təb-riz”, “Təbriz” deyə qışqırırdı. Burada bir qədər yubandıq. Əvvəlcə yol açıq olduğu üçün Mərkəzi Komitəyə(indiki Prezident Adnministrasiyası-S.L.) tərəf getmək istədik. Ancaq milis tələsik o yolu bağladı və biz Kommunist (indiki İstiqlal) küçəsi ilə aşağı – Sabir bağına tərəf endik. Yolda bizə Xalq Təsərrüfatı İnstitutunun tələbələri ilə bərabər xeyli başqa adamlar da qoşuldu. Dəstəmiz Nizami Muzeyinin yanından sağa dönüb Azərbaycan kinoteatrının yanı ilə (köhnə “Bakı” Univermağı tərəfdən) Neftçilər prospektinə çıxdı. Oraya çıxan kimi sürətimizi artırdıq. Artıq sayı 3-4 minə (bəlkə də çox) çatan dəstəmiz ucadan şüarlar deyə-deyə Lenin meydanına doğru, demək olar ki, yüyürürdü. Hava günəşli olsa da, soyuq idi... 

Lenin meydanına çatanda yaxşı tanıdığım EA-nın Şərqşünaslıq İnstitutunun elmi işçisi Mənsur Əliyevlə birlikdə idik. Mən onu başa saldım ki, hökumət adamları gələnədək mitinqi ələ almaq lazımdır. Mənsur müəllim tribunaya çıxanda orada heç kəs yox idi. O, qovluğunu tribunanın üstünə qoyub, eynəyini silə-silə sözə başladı. O, sözə Akademiyanın zalında dəfələrlə danışdığı məruzəsi ilə başladı. Əvvəlcə Qarabağ, onun tarixi, oranın heç vaxt ermənilərə mənsub olmaması və onlara verilməyəcəyi barədə danışdı. O, cəsarətlə ermənilərin tarixi cinayətlərindən danışdı və Muxtar Vilayəti adi bir rayona çevirmək təklifini verdi. Bir neçə çıxışdan sonra şair Rüstəm Behrudi “Vətən” şeirini dedi. Tanımadığım bir neçə nəfər də danışdı. Hamı tamam səfərbər olmuşdu. Anar və Elçin müəllimi camaat gurultu ilə alqışladılar. Anar müəllimin “Bu gün xalqımızın bayramıdır, milli birlik bayramı, özünü dərketmə bayramıdır!” sözləri hamımızın ürəyindən oldu. Elçin müəllim də danışdı... 

Artıq tribunada hökumət adamları  - bir-iki il əvvəl 70 nəfər yataqxana qonşularımla birgə ev məsələmizdən ötrü MK-nın qəbul otağında əlbəyaxa olduğum yüksək partiya rəhbərləri ilə bərabər xeyli adam vardı. Sonra təklif olundu ki, söhbətimizi MK qarşısında davam etdirək, qoy rəhbərlərimiz də səsimizi eşitsin. Neftçilər prospekti ilə geri qayıdanda yolda bizə APİ-nin(indiki N.Tusi adına APDU-S.L.) xeyli tələbəsi də qoşuldu. Camaatın sayı yol boyu çoxalırdı. Mənsur müəllim və Hatəmi ilə söhbət edə-edə qabaqda gedirdik... 

MK-nın qarşısına çatanda camaat “Pəncərələri açın, səsimizi eşidin” - deyə qışqırırdı. Nəqliyyat tamam dayanmışdı. Camaatın bir ucu Filarmoniyanın, bir ucu BK-nın (indiki İncəsənət muzeyi), başqa bir ucu isə Göz Xəstəlikləri institutunun qabağında idi. On minə qədər adamın olduğuna söz yox idi. Çox bərk sıxlaşsaq da, hamı bir-birini gözləyirdi. Xüsusilə də qadınlara diqqət çox böyük idi. Tribunada xeyli adam var idi. Yenə də birinci Mənsur müəllim danışdı. M.İbrahimovun çıxışı xalqlar dostluğundan olduğu üçün dərhal fitə basıldı. Camaatın tələbi ilə Anar və Elçin müəllim yenә də danışdılar. Onu da deyim ki, danışanların kimliyindən asılı olmayaraq, “öyüd-nəsihətə” keçən kimi dərhal fitə basılırdı. Süleyman Rüstəm də gəlib çıxdı. Deyəsən, xəstə idi, Cabir Novruz qolundan tutmuşdu. Onun dağılmaq təklifi də etirazla qarşılandı. Camaat möhkəm qızışmışdı. Hər dəqiqə təhlükə gözlənilirdi. Bu vaxt Azərbaycan KP MK-nın inzibati orqanlar şöbəsinin müdiri, əfsanəvi generalımız Məhəmməd Əsədov cəsarətli bir çıxış etdi. Camaat bir qədər sakitləşdi... 

Günortadan az keçmiş tribunadan “Sözümüzü dedik, indi də sakitcə dağılışaq” təklifinə əsasən camaat nizamla dağılışmağa başladı. Mәn bir qrup tanışla lap axıra qaldım. Әtrafdakı ağacların budaqlarında bir neçә dәsmal, һәtta xırda әl çantaları da asılmışdı. Adәtәn bu cür faktları Avropa vә Pribaltika ölkәlәrindәn misal çәkәrdiksә, indi bunları öz gözlәrimizlә görürdük. Camaatın bir-birinә olan bu cür doğma münasibәti adamı çox tәsirlәndirirdi. Bu sәmimiyyәt şәһәrdә dә aydın һiss olunurdu. Bәlkә dә bu, bütün canlılarda olduğu kimi insanlarda da bu, qarşıdan gәlәn dәһşәtlәrә qarşı ictimai bir hazırlıq - özünühazırlama prosesi idi...”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://moderator.az
archiveBu xəbər 19 Fevral 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri