Icma.az
close
up
RU
38 ildir fəaliyyət göstərən müəllim: Sertifikasiya biliklərimi zənginləşdirdi

38 ildir fəaliyyət göstərən müəllim: Sertifikasiya biliklərimi zənginləşdirdi

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsi davam edir.
Bizim.Media xəbər verir ki, “AzEdu.az” Təhsil Portalı sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak edən müəllimlərin təəssüratlarını öyrənib.
Müsahibədə iştirak edənlərdən biri də Əməkdar müəllim Yeganə Əfəndiyevadır.
Prezident tərəfindən “Tərəqqi” medalına layiq görülən müsahibimiz pedaqoji fəaliyyəti barədə məlumatla sözə başladı:
"1983-cü ildə orta təhsilimi fərqlənmə attestatı ilə başa vuraraq Bakı Dövlət Universitetinin Biologiya fakültəsinə daxil oldum. 1987-ci ildə universiteti bitirdikdən sonra Ağstafa şəhəri Asif Abdullayev adına 2 nömrəli orta məktəbdə biologiya müəllimi kimi fəaliyyətə başladım.
Artıq 38 ildir pedaqoji fəaliyyətlə məşğulam. Bu illər ərzində daim yeniliklərə açıq, məsuliyyətli bir müəllim kimi çalışmışam. Şagirdlərimin maraq və potensialını nəzərə alaraq, onlara uyğun təlim metodları seçmişəm. Biologiyanı sevdirmək üçün dərslərimi təcrübələrlə zənginləşdirmişəm: rayon xəstəxanalarında, laboratoriyalarda praktiki məşğələlər keçərək, heyvanlar aləmindən ibarət canlı güşə yaradaraq, bitkilər aləminin zəngin florasını bilogiya kabinetində şagirdlərimlə birgə yetişdirərək onlarda fənnə böyük maraq yaratmışam.
Rayon rəhbərliyi tərəfindən keçirilən "Yaşıl Dünya naminə" müsabiqədə məktəbimizin bologiya kabineti təşəkkürnamə ilə təltif olunub.
Özümü sınamaq məqsədilə mütəmadi olaraq MİQ imtahanlarında iştirak edib yüksək bal toplamışam. Əmək fəaliyyətim dövründə müxtəlif müsabiqə və olimpiadalarda şagirdlərim uğurlar qazanıblar. Məktəb və rayon rəhbərliyi tərəfindən dəfələrlə mükafatlandırılmışam.
Azərbaycan Qadınlarının VI Qurultayında iştirak etmişəm. Elm və təhsil naziri tərəfindən Fəxri fərmana, Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı və 2019-cu ildə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşəm. Bu mükafatlar mənim üçün böyük qürur mənbəyidir, həm də məsuliyyətimi artırır.
Bütün pedaqoji faəliyyətim boyunca Ağstafa rayonunda yerləşən Asif Abdullayev adına 2 nömrəli tam orta məktəbdə biologiya müəllimi kimi çalışmışam, hazırda da faəliyyət göstərməyə davam edirəm.
Proses çox rahat və şəffaf şəkildə baş tutdu. Müsahibə müddətində həm psixoloji, həm də peşə sualları verildi. Bundan başqa, dərslərin qruplarla necə təşkil ediləcəyi, əməkdaşlıq və refleksiya prosesləri barədə suallar ünvanladılar. Mən də geniş cavablandırdım.
Test mərhələsində 58, diaqnostik qiymətləndirmədə isə 55 bal toplamışam. Nəticənin uğurlu olacağına ümid edirəm. Mənim üçün əsas məqsəd bal toplamaqdan daha çox, öyrəndiklərimi tətbiq etmək və peşəkar fəaliyyətimi daha da zənginləşdirməkdir".
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://bizim.media
archiveBu xəbər 20 Sentyabr 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri