Icma.az
close
up
RU
Sertifikasiya prosesi müəllim nüfuzunu və məktəblərə inamı artırıb

Sertifikasiya prosesi müəllim nüfuzunu və məktəblərə inamı artırıb

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2025-ci ildə sertifikasiya imtahanında iştirak edən müəllimlərdən 6628 nəfər 51 və yuxarı bal toplayıb. Qeyd olunan nəticəni göstərən müəllimlərin maaşlarına 35 faiz artım əlavə ediləcək. Bundan əlavə, 11 min 316 nəfər iştirakçı 30-50 bal aralığında nəticə göstərib, həmin müəllimlərin maaşlarına isə 10 faiz artım əlavə olunacaq. Test və müsahibə mərhələsində uğur qazanmayan və ya iştirak etməyən 3129 müəllim üçün təlimlər təşkil ediləcək.

Elm və təhsil nazirinin müavini Həsən Həsənli bildirib ki, sertifikasiya prosesi nəticəsində həm müəllimin nüfuzu, həm də məktəblərə inam artıb: "Sertifikasiya prosesi başlayanda narahatlıqlar və suallar var idi. Bu gün demək olar ki, təhsilverənlər prosesi uğurla başa vurublar. Müəllimlərin böyük hissəsi sertifikasiyadan keçib. Onların ciddi bir hissəsi əməkhaqqına 35, digərləri 10 faiz əlavə alır. Bu prosesin nəticəsində həm müəllimin nüfuzu artıb, həm də məktəblərə inam yaranıb. Bu bizi sevindirir. Biz sistemimizdə üzərində işləyən, daha yaxşı təhsil verməyə can atan müəllimlərin yaratdığı müsbət dinamikanı görməkdən şadıq".

Nazir müavini əlavə edib ki, sertifikasiyada istədiyi nəticəni əldə edə bilməyən təhsilverənlərin yenə də şansı var: "2022-ci ildə sertifikasiyadan keçənlər 2027-ci ildə yenə bu prosesdən keçəcəklər. Biz kifayət qədər nikbinik".

Təhsil eksperti Ramin Nurəliyev deyir ki, gələcəyimizi, övladlarımızı əmanət etdiyimiz müəllim öz ixtisası üzrə ümumi balın 50 faizini toplaya bilmir, zəif nəticə göstərir. Gələcək nəslimizə "2" qiymət alan müəllim lazım deyil. Buna görə də həmin müəllimlərin əmək müqaviləsinə xitam verilməlidir. Heç kim övladını ibtidai sinifdə, necə deyərlər, imtahandan keçə bilməyən müəllimə etibar etmək istəməz. Hər bir uşaq ibtidai sinifdə ilkin biliklərə yiyələnir, bu biliklərin bünövrəsi qoyulur. İbtidai təhsil kifayət qədər möhkəm olduqda növbəti təhsil mərhələsi də uğurlu olur. İbtidai sinif üzrə biliyi zəif olanlar növbəti təhsil pilləsində də bunun çətinliyini yaşayırlar. Bu proses vətəndaşın ali məktəblərə qəbul olmasından başlayaraq gələcək karyerasına kimi öz təsirini göstərir: "Hazırda məktəblərdə müxtəlif yollarla diplom almış bir çox ixtisas sahəsi üzrə işləyən müəllimlər var. Onlardan bəziləri əvvəlki illərdə ixtisasartırma yolu ilə, bəziləri ixtisaslarını dəyişməklə əmək fəaliyyətinə davam edirlər. Hazırda kolleci bitirərək məktəblərdə işləyən müəllimlərin arasında müvəffəqiyyət göstəricisi yüksək olanlar da var. Amma təəssüf ki, neqativ vəziyyətlə də qarşılaşırıq. Müsabiqə şərtlərini ödəməyən müəllimlərin əksəriyyətinin ibtidai sinif müəllimi olması və daha çox yaşlı nəslin nümayəndəsi olması, yəni 10 ildən yuxarı pedaqoji fəaliyyətinin olması da bir o qədər acınacaqlıdır. On ildən yuxarı pedaqoji təcrübəyə malik olan bir müəllimin öz ixtisası üzrə ümumi sualların 50 faizindən aşağı nəticə göstərməsi ictimaiyyət tərəfindən heç də xoş qarşılanmadı. Düşünürəm ki, sertifikasiya imtahanı bu kimi neqativ vəziyyəti üzə çıxarmaqla gələcəkdə məktəblərdə savadlı kadrların formalaşmasına töhfə verir".

Ekspert bildirib ki, dünyanın əksər ölkələrində peşə ixtisası üzrə təkmilləşdirici layihələr, sertifikasiya həyata keçirilir: "Fikrimcə, bizdə də keçirilən sertifikasiya imtahanları təhsilin inkişafı istiqamətində yaxın 5-6 ildə özünü doğruldaraq təsirini hiss etdirəcək. Bu proses məktəblərdə peşəkar müəllimlərin işləməsinə səbəb olacaq. Həmçinin müəllimlərdə müəyyən qədər məsuliyyəti də artıracaq, ciddi rəqabət formalaşdıracaq və bu da pedaqoji ixtisaslar üzrə universiteti bitirən gənc kadrlara müsbət təsir edəcək".

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, ümumi təhsil müəssisələrində çalışan müəllimlərin attestasiyası axırıncı dəfə 1994-cü ildə keçirilib. Ondan sonra təhsil sistemində çalışanların biliklərinin yoxlanılması üçün heç bir addım atılmayıb. Yalnız 2014-cü ildən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə başlanıldı. 2017-ci ilə qədər davam edən prosesdə 142 mindən çox müəllim iştirak etdi ki, onlardan 45 faizə qədərinin nəticəsi qənaətbəxş olmadı. Ona görə də yeni bir yoxlama mexanizminə keçmək lazım idi. Artıq iki ildir ki, tətbiq edilən sertifikasiya prosesi bu istiqamətdə atılan addımlardır.

O bildirib ki, sertifikasiya prosesinin mahiyyəti müəllimlərin peşəkarlıq səviyyəsini və peşə yararlılığını ölçməkdir: "Sertifikasiya prosesi ən yaxşı müəllimlərin müəyyənləşdirilməsinə, tədrisin keyfiyyətinin artırılması üçün minimal səviyyədə bir standartın tətbiq edilməsinə imkan verəcək. Sertifikasiya ilə attestasiyanın oxşarlığı olsa da, müəyyən fərqləri var. Belə ki, sertifikasiyadan keçən müəllimə onun bilik və bacarığına müvafiq olaraq diferensial əməkhaqqı da tətbiq edilir. Diferensial əməkhaqqı tətbiq olunandan sonra artıq müəllimə sertifikasiya imtahanında göstərdiyi qabiliyyətə uyğun əməkhaqqı verilir ki, bu da çox ədalətlidir. Qeyd edim ki, diaqnostik qiymətləndirmədə müəllimin ixtisas və metodiki bilikləri nəzərə alınır, amma onun peşəkarlığı ilə bağlı bütün cəhətlər nəzərə alınmır. Çünki diaqnostik qiymətləndirmənin konkret istiqaməti var. Amma sertifikasiyanın daha geniş formatda olması çox yaxşıdır. Sertifikasiya zamanı müəllim yalnız test imtahanı vermir, o, həm də müsahibə mərhələsindən keçir ki, bu da müəllimin bilik və bacarıqlarından başqa pedaqoji bacarıqlarının da yoxlanılmasına imkan verir".

Ekspert bəzi müəllimlərin sertifikatlaşdırma imtahanında keçid balından aşağı nəticə göstərdiyini vurğulayıb: "İndiyə qədər keçirilən sertifikasiya imtahanlarında xoş olmayan hallar da yaşanıb. Bir qisim müəllim imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədini gətirmir. Digər tərəfdən, müəllim olmalarına baxmayaraq, imtahana əlavə köməkçi vasitələr, şparqalka, konspektlər keçirməyə, ətrafdan kömək almağa, köçürməyə cəhd edirlər. Ən təəssüfedici hal isə onların göstərdikləri imtahan nəticələri ilə bağlıdır. Müəllimlər arasında, əsas da ibtidai sinif müəllimləri arasında 4-6 bal toplayanlar var. Bir məqamı da qeyd edim ki, müsahibə mərhələsində müəllimlərin 5 istiqamət üzrə bilikləri yoxlanılır. Bunlar pedaqoji təhsilin təşkili, tədrisin həyata keçirilməsi, ünsiyyət, qiymətləndirmə və təqdimetmə kimi fəaliyyət növləridir. Burada müəllimin kommunikativ bilikləri də nəzərə alınır. İstənilən halda, sertifikasiya hansısa bir müsabiqə deyil, bu imtahan hazırda müəllimlərin peşəkarlıq səviyyəsini yoxlayır. Təhsilverənlərin böyük bir hissəsi hazırlıqlardadır. Bu, qəbuledilməz haldır. Reallıq ondan ibarətdir ki, indiyə qədər müəllimlərin hazırlığı minimum tələblərə cavab verməyib. Amma bundan kədərlənmək də lazım deyil. Reallıq ondan ibarətdir ki, müəllimlər hazırlıqlara, kurslara gedərək nə isə öyrənirlər və öyrəndiklərini sonradan tədrisə tətbiq edəcəklər. Bu da müəllim peşəkarlığının artmasına gətirib çıxaracaq. Növbəti illərdə həmin bu vəziyyətin müsbət nəticələrini görə biləcəyik. Müəllim hər gün mütaliə edib işinə yaradıcı yanaşmalıdır. Artıq müəllimlər sertifikasiya imtahanı ilə bağlı olduqca məlumatlıdırlar, ona görə də bu il böyük çətinlik yaşayacaqlarını düşünmürəm. Sadəcə olaraq xarici dil müəllimlərinin sertifikasiya imtahanına ciddi yanaşmalıyıq. Çünki bu sahədə müəyyən boşluqlar olduğunu görə bilirik".

Təhsil eksperti Əmrah Həsənli bildirib ki, sertifikasiya prosesinin müəllimlərin motivasiyasına, işə münasibətinə və pedaqoji davranışına təsiri çoxşaxəli və dərin xarakter daşıyır. Bu proses artıq sadəcə bir qiymətləndirmə mexanizmi deyil, eyni zamanda müəllim peşəsinin gələcəkdə necə formalaşacağına istiqamət verən mühüm bir dönüş nöqtəsidir. "Müəllimlər üçün sertifikasiya özünü davamlı inkişaf və peşəkar məsuliyyət kontekstində qiymətləndirmə fürsəti kimi qəbul olunur. Bu da onların daxili motivasiyasını artırır, çünki bilirlər ki, bu proses onların bilik və bacarıqlarını təkcə yoxlamaqla qalmır, həm də onları yenidən formalaşdırır və təkmilləşdirir. Beləcə, müəllimlər passiv yanaşmadan aktiv öyrənmə və inkişaf istiqamətinə yönəlir, işə münasibətləri daha məqsədyönlü və məsuliyyətli olur. Bundan əlavə, sertifikasiya müəllimlərin pedaqoji davranışına da təsir edir. Ənənəvi, bəzən birtərəfli və formal dərs modeli yerini daha interaktiv, şagirdmərkəzli və kommunikativ metodlara verir. Müəllimlər dərslərini planlaşdırarkən daha çox şagirdlərin fərdi ehtiyaclarını, onların psixoloji xüsusiyyətlərini nəzərə almağa çalışır. Bu da pedaqoji keyfiyyətin yüksəlməsinə səbəb olur. Sertifikasiya müəllimləri təkcə bilik sahibi olmaqla kifayətlənməməyə, həm də onların tətbiqini, innovativ metodları dərsin içində uğurla həyata keçirməyə təşviq edir".

Ə.Həsənli söyləyib ki, sertifikasiyanın təsiri müəllimlərin özlərinə olan inamını da artırır: "Çünki bu prosesdə uğur qazanmaq üçün ciddi hazırlıq, özünüqiymətləndirmə və peşəkar standartlara riayət etmək tələb olunur. Uğurlu nəticə müəllimlərdə öz peşələrinə hörmət və nüfuz hissini daha da gücləndirir, bu isə işə münasibətdə müsbət dönüş yaradır. Eyni zamanda, sertifikasiya müəllimləri peşəkar cəmiyyətin bir hissəsi kimi birləşdirir, onların əməkdaşlıq və təcrübə mübadiləsinə marağını artırır.

Təbii ki, sertifikasiya prosesində hələ də bəzi çətinliklər, xüsusən bərabərsizlik, resurs çatışmazlığı və psixoloji yük kimi məsələlər mövcuddur: "Lakin mən inanıram ki, bu mexanizm təkmilləşdikcə, müəllimlərə yalnız yoxlama deyil, həm də dəstək və inkişaf üçün şərait yaradıldıqca, təhsilin keyfiyyəti fundamental şəkildə yüksələcək. Sertifikasiya müəllim peşəsinin modernləşməsinə, motivasiyanın artırılmasına və pedaqoji davranışların transformasiyasına real təkan verən sistemə çevrilməkdədir".

Sevinc QARAYEVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://525.az
archiveBu xəbər 31 Oktyabr 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şorba bişirməkdən imtina edən arvadını bıçaqlayıb dərisini soydu

30 Oktyabr 2025 04:15see209

İngiltərə çempionu 90 il sonra bu aqibətlə üzləşdi Antirekord

30 Oktyabr 2025 09:02see185

PKK Türkiyəni tərk edir bəs sonra?

30 Oktyabr 2025 10:18see175

Mayonezlə bağlı şok araşdırma Sağlamlığa ciddi təhlükə imiş...

31 Oktyabr 2025 05:06see143

Nvidia dünyanın ən dəyərli səhmdar şirkəti oldu

30 Oktyabr 2025 03:45see139

Anar Əliyev Naxçıvanda vətəndaş qəbulu keçirib

31 Oktyabr 2025 14:03see139

Teva xərçəng riski ilə əlaqədar olaraq təzyiq dərmanını geri çağırır

31 Oktyabr 2025 14:32see132

İranın məqsədi nüvə silahı əldə etməkdir ŞƏRH

30 Oktyabr 2025 19:31see130

Nazir: Xızı Abşeron KES yaxın vaxtlarda istismara hazır olacaq

31 Oktyabr 2025 15:06see128

Şabran sakinləri təhlükəli vəziyyətlə üz üzə qaldılar

31 Oktyabr 2025 01:36see127

Çin 2030 cu ilə qədər Aya insanlı eniş etməyi hədəfləyir

30 Oktyabr 2025 16:16see127

Acı bibər infarkt riskini azaldırmış

30 Oktyabr 2025 05:12see127

Lukoyl Azərbaycandakı aktivlərini Putinin oliqarx dostuna satmaq istəyir

31 Oktyabr 2025 01:19see126

Slovakiya piyadalar üçün sürət həddi tətbiq edəcək...

30 Oktyabr 2025 21:46see126

Çinin iqtisadi strategiyasında yenilik: Elektromobillər artıq prioritet hesab edilmir

30 Oktyabr 2025 06:45see125

ABŞ ın kommersiya neft ehtiyatları 416 mln. bareldən aşağı enib

30 Oktyabr 2025 09:04see125

Cabir İmanovun çəkildiyi reklamlar niyə hələ də yığışdırılmır? Şirkətdən AÇIQLAMA

31 Oktyabr 2025 14:15see125

Makron: Konqoya 1,5 milyard avro yardım ayrılacaq

31 Oktyabr 2025 02:05see123

“Qarabağ”ın ispaniyalı transferi ilk oyununa çıxa bilər

30 Oktyabr 2025 20:07see120

“Mançester Siti” ilin sonunadək Rodriylə müqaviləni uzatmağı düşünür

31 Oktyabr 2025 03:12see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri