4 səhvin 1 düzü aparması buraxılış imtahanlarında da tətbiq olunsa, ürəkaçmayan nəticələrin şahidi olacağıq ETİRAZ
Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
Təhsil eksperti Məzahir Məmmədli təklif edib ki, ali məktəblərə qəbul zamanı blok imtahanında 4 səhvin 1 düzü apardığı kimi, buraxılış imtahanlarında da 4 səhv 1 düzü aparsın.
Bəs bunu tətbiq etməyə ehtiyac varmı?
Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri Redaktor.az-a səsləndirilən fikri şərh edərkən bildirdi ki, bu məsələ ilə bağlı fikri dəyişməzdir:
"Biz buraxılış imtahanlarında hələlik 4 sualın bir doğru cavabı silməsi qaydasının tətbiqinə tələsməməliyik. Dövlət İmtahan Mərkəzinin bu istiqamətdəki qərarını həm hörmətlə qarşılayır, həm də abituriyentlərimiz üçün fürsət olaraq dəyərləndirirəm. Əmin olun ki, adıçəkilən yenilik buraxılış imtahanlarında tətbiq olunsa, heç də ürəkaçmayan nəticələrin şahidi olacağıq".
Tətqiqatçı vurğuladı ki, reallığı unutmamaq lazımdır:
"Son iki ildə buraxılış imtahanlarında abituriyentlərin nəticələri yaxşılaşsa da, maksimal bal toplayanların sayı artsa da, vəziyyət hələ də çox yaxşı deyil. Hələ də abituriyentlərin bir qismi buraxılış imtahanlarında 100 ballıq həddi aşa bilmirlər. Bu isə onlara ixtisas seçimi zamanı yalnız və yalnız “150 ballıq ixtisasları” seçməyə məcbur edir.
Bu ixtisaslar uğrunda mübarizənin nə demək olduğunu prosesin içində olan şəxslər daha yaxşı bilirlər. Odur ki, buraxılış imtahanlarında tətbiq olunmayan bu mexanizmin istifadəsinə tələsməməliyik. Bunun ən azından psixoloji ağırlığı da var. Təsəvvür edin ki, buraxılışa yollanan və bu qaydadan xəbərdar olan abituriyent özünü əlavə psixoloji yüklə yükləmiş olacaq. Doğrudur, bu, onda imtahan zamanı ehtiyatlılığı artırsa da, əlavə gərginlik yaratmaqla faydalılığına ciddi təsir edəcək".
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 15 Yanvar 2026 17:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















