4 yaşlı uşağı maşın vurdu Qonşusu gəzintiyə çıxarıbmış
Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.
Lənkəranda uşağı maşın vurub.
Hurriyyet.az xəbər verir ki, hadisə rayonun Nərimanabad qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə sakini idarə etdiyi “VAZ-2106” markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən 4 yaşlı A.Makarovanı vurub. Sürücü dərhal azyaşlını Lənkəran rayon xəstəxanasının təcili yardım şöbəsinə çatdırıb.
Xəstəxanadan bildirilib ki, Lənkəran rayonu Nərimanabad qəsəbəsi ərazisində piyadavurma hadisəsi səbəbi ilə 2022-ci il təvəllüdlü azyaşlı təcili yardım şöbəsinə hospitalizasiya olunub: “Ona travmatik şok, qapalı kəllə-beyin travması, sağ alın nayihəsinin açıq yarası, hematoma diaqnozları təyin olunub. Yaralı reanimasiya şöbəsinə yerləşdirilib”.
Qeyd edək ki, hadisədən əvvəl uşağın anası evdə olmayıb. Qonşu uşağı parkda gəzdirmək üçün anası ilə əlaqə saxlayıb razılıq aldıqdan sonra, onu evdən götürüb gəzintiyə aparıb.
Faktla bağlı araşdırma aparılır.
(Qafqazinfo)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 27 Mart 2026 06:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















