Icma.az
close
up
RU
40 il əvvəlin bir teatr müzakirəsi

40 il əvvəlin bir teatr müzakirəsi

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu günlərdə Xalq artisti, görkəmli rejissorumuz Mərahim Fərzəlibəyov haqqında kitab üzərində işləyərkən Milli Kitabxanada araşdırma aparırdım, qarşıma maraqlı bir yazı çıxdı. “Azərbaycan” jurnalı 1986-cı il fevral sayında “Teatr və dramaturgiya: problemlər, mülahizələr” mövzusunda diskussiya mətnini dərc edib. O zaman müzakirədə Xalq şairi Bəxtiyar Vahabzadə, Xalq yazıçısı Anar, Xalq artistləri Nəsibə Zeynalova, Həsənağa Turabov, bir də Əməkdar İncəsənət Xadimi Mərahim Fərzəlibəyov iştirak ediblər.

Onlar teatrın problemlərindən açıq-aşkar söz açıblar, dramaturqların həyatla, zamanın çağırışları ilə ayaqlaşa bilmədikləri qeyd olunub. Rejissorların yersiz eksperimentlərə yer verməsi də tənqid edilib. Amma zaman göstərdi ki, bu eksperimentlərə ehtiyac var imiş. Vaqif İbrahimoğlunun “Yuğ” teatrının ilkin cücərtiləri məhz də həmin axtarışlardan boy atdı. Bu diskussiyada bir sıra maraqlı fikirlər də səslənib ki, bugünkü oxucu üçün maraqlı görünə bilər.

40 il əvvəl Bəxtiyar Vahabzadə deyib:

– Niyə bizim teatrlarımız müasir dövrün tələbləri səviyyəsinə qalxa bilmir? Mən bu sualı kinomuz haqqında da verə bilərəm. Nə üçün və hansı səbəbə görə bəzi tamaşalar həyəcansız, sürəksiz, təsirsiz keçir, tamaşaçılar teatra həvəslə gəlmir? Adil İsgəndərov, Mehdi Məmmədov, Məhərrəm Haşımov, Tofiq Kazımov kimi qüdrətli rejissorlar, Cəfər Cəfərov kimi teatr tənqidçilərini əvəz edə biləcək mütəxəssislərimiz varmı?

Bəxtiyar müəllim rejissorlar haqda nikbin danışıb və Mərahim Fərzəlibəyovun da adını qeyd edib: “Son illərdə Hüseynağa Atakişiyev, Vaqif Həsənov (İbrahimoğlu), Mərahim Fərzəlibəyov, Oruc Qurbanov kimi cavan rejissorlar yetişib, əlbəttə, bu, sevindiricidir. Onların hazırladıqları bir sıra tamaşalar teatr ictimaiyyətində və tamaşaçılarda böyük maraq doğurub”.

Mərahim Fərzəlibəyovun duyğu-düşüncələrini olduğu kimi təqdim edirik:

– Hər bir teatrın əsasını, özülünü onun repertuarı təşkil edir; əgər repertuarda əsrin, zamanın böyük həqiqətləri əks olunan pyeslər varsa, o zaman teatr da, bu teatrı hərəkətə gətirən rejissor və aktyor, həmçinin tamaşaçılar da özünü xoşbəxt hiss edəcək. Azərbaycan teatrının belə dövrləri az olmamışdır; Hüseyn Cavidin, Cəfər Cabbarlının, Səməd Vurğunun, Sabit Rəhmanın, keçən onilliklərdə isə İlyas Əfəndiyevin pyesləri təkcə teatrın repertuarını zənginləşdirməyib, həm də bir sıra qüvvətli rejissorların, aktyor nəslinin inkişafına təkan verib.

Lakin onu da qeyd edək ki, ədəbiyyatın digər növləri ilə müqayisədə dramaturji əsər mürəkkəbdir, elə buna görə də çətin yaranır. Dahi Çexov əbəs yerə deməyib: “Dramaturgiya hər bir yazıçı üçün dar ağacıdır”.

Təsəvvür edin, hər bir qələm sahibi (şair, nasir, tədqiqatçı, jurnalist və s.) pyes yaza bilər, əsərləri tamaşaya da qoyular, ola bilsin, bir-iki il repertuara yol tapar, amma “dramaturq” adını daşımaq çox çətindir. Bu janrın özünəməxsus poetikası və incəlikləri var. Azərbaycan ədəbiyyatında (eləcə də digər xalqların ədəbiyyatında) onlarla istedadlı şair və yazıçı adı çəkə biləcəyimiz halda, özünün məxsusi teatr məktəbi, dramaturji prinsipləri olan dramaturqların sayı o qədər də çox deyil. C.Cabbarlı və H.Caviddən, S.Vurğun və S.Rəhmandan sonra... bizim teatr pyes sarıdan heç bir qıtlıq çəkməyib, amma sözün əsl mənasında, öz teatr məktəbi olan bircə dramaturqumuzun – İlyas Əfəndiyevin adını çəkə bilərik.

Azərbaycan teatrının yaradıcılıq istiqamətinə gəldikdə isə deməliyəm ki, bizdə romantik-poetik teatr məktəbi mövcud olub. Hüseyn Cavidin əsərləri ilə başlayan bu istiqamət S.Vurğunun mənzum pyesləri ilə özünü doğrultdu. Lakin teatrımız uzun müddət bu ənənəni sanki unutmağa başladı.

Biz bilirik ki, tamaşaçılar çox zaman səhnədə ürəyə toxunan, onların hisslərini ələ alan hər şeyə dərhal reaksiya verirlər. Lakin bir var, hind filmlərindəki və bizim bəzi “gözyaşardıcı” romanlardakı melodramatik ünsürlər, bir də var “Od gəlini”, “Vaqif”, “Şeyx Sənan”, “Siyavuş” kimi romantik pyeslərdəki təsiredici, insanın hissləri ilə bərabər zehninə də işıq saçan səhnələr. Romantik-poetik teatrın, milli teatrımızın yolu budur.

Nəhayət, son illərdə teatrımız həmin ənənələrə qayıdır. Nəriman Həsənzadənin “Atabəylər”, Bəxtiyar Vahabzadənin “Fəryad”, Nəbi Xəzrinin “Torpağa sancılan qılınc” mənzum pyesləri ilə romantik-poetik teatr yeni mərhələsinə qədəm basır. Müasirlik, ictimai pafos bu əsərlərin də başlıca məziyyətidir.

Əlbəttə, mən romantik-poetik teatrın mövcudluğunu mütləqləşdirmək və bunu yeganə yaradıcılıq istiqaməti hesab etmək niyyətində deyiləm. Bizim teatrda dövrün mühüm həqiqətlərini əks etdirən pyeslərə böyük ehtiyac duyulur. Son illərdə Akademik Teatrda müasir həyatdan bəhs edən çoxlu pyes oynanılıb, lakin onlardan ancaq ikisinin (İlyas Əfəndiyevin “Büllur sarayda”, Anarın “Şəhərin yay günləri” əsərləri) uğurlu olduğunu qeyd edə bilərəm.

Müasir həyatdan, dövrün problemlərindən bəhs edən pyeslərdə, təbii ki, insan mənəviyyatının təsviri, daxili aləmin tədqiqi başlıca yer tutur. Mənəvi aləmin təsvirini təkcə ailə-məişət planında məhdudlaşdırmaq, insanın ictimai mühitlə əlaqəsini unutmaq olmaz. Gennadi Bokarevin “Poladəridənlər” pyesini yada salaq. Bu əsərdə hadisələr zavodda cərəyan edir.

Müəllif, əslində, istehsalat məsələlərini mənəvi-əxlaqi problemin şərhi üçün fon seçmişdir. Dramaturq, sanki, bu ideyanı təlqin edir: əgər insanın mənəviyyatı güclüdürsə, o, ailədə olduğu kimi, zavodda da, kənar yerdə də hər bir çətinliyə qalib gələcək. Bax, bizə bu cür mənəviyyatı güclü, mübariz müsbət qəhrəmanlar lazımdır. Teatrımızda oynanılan bir sıra əsərlərdə, adətən, müsbət qəhrəmanlar antipodlardan zəif nəzərə çarpırlar. Müsbət qəhrəman təkcə sözdə yox, işdə, əməldə özünü doğrultmalıdır. Tamaşanın sonunda onun üzünü antipoda tutub: “Biz sizə qalib gələcəyik” – deməsi hələ heç nə vəd eləmir. Qeyd edim ki, şüarçılıq, ritorik hay-haray bizim bir çox müsbət qəhrəmanların başlıca nöqsanıdır.

Hər bir teatrın taleyi müəyyən mənada dramaturqlardan asılıdırsa, onda deməliyəm ki, bizdə cavan, istedadlı dramaturqlara böyük ehtiyac duyulur. İstedadı olan, lakin hələlik istedadını pyeslərində tam şəkildə aşkara çıxara bilməyən cavan dramaturqlarımız var (Ramiz Fətəliyev, Rövşən Ağayev, Rəhman Əlizadə və b.), onların haçansa püxtələşəcəyinə şübhə eləmirəm. Lakin cavan dramaturqlarımız milli teatrımızın ənənələrinə üz tutmalıdırlar, xaricdəki hər hansı ədəbi məktəbdən təqlid onları yolundan sapdıra bilər. Bizim klassik dramaturgiyamız bu mənada cavanlar üçün örnək olmalıdır.

Yeri gəlmişkən, teatrımızın klassik dramaturgiyaya münasibəti barədə. Klassik əsəri teatrın güzgüsü hesab edənlərin fikirlərində müəyyən həqiqət var. Teatrın klassikaya hər bir müraciəti onun həyatında müəyyən bir iz buraxır. Lakin hər klassik pyes teatrda hadisəyə çevrilmir. Bunun üçün qüvvətli rejissor lazımdır ki, həmin əsər öz müasir təfsirini, şərhini tapa bilsin. Bu baxımdan, istedadlı rejissorlarımız Tofiq Kazımovun və Mehdi Məmmədovun bir çox tamaşaları diqqətəlayiqdir. Söz ki, rejissor probleminə gəlib çıxdı, onda bir vacib məsələni unutmayaq. Teatrın inkişafı müəyyən mənada rejissordan asılıdır.

Mərahim Fərzəlibəyovun mülahizələri bu sözlərlə bitmişdi:

– Ötən onilliklərdə bizim teatrda Hidayətzadə, Yusif Yulduz, Ələsgər Şərifov, Adil İsgəndərov, Mehdi Məmmədov kimi istedadlı rejissorlar fəaliyyət göstəriblər. Onların hər biri teatrda öz üslubunu yaratmağa çalışıb. Ələsgər Şərifov Ostrovski əsərlərini müvəffəqiyyətlə tamaşaya qoyurdu, hətta bu tamaşalar ölkəmizin digər sənət ocaqlarında da böyük rəğbətlə qarşılanırdı. Adil İsgəndərov “Vaqif”, “Qaçaq Nəbi”, “Qatır Məmməd” kimi monumental pyeslərin quruluşu ilə şöhrət qazanmışdı, onun teatrda fəaliyyəti dövründə romantik-poetik teatr ənənələri güclü idi.

Mehdi Məmmədovun quruluşları öz fəlsəfi səciyyəsi, Tofiq Kazımovun tamaşarı isə novatorluğu ilə seçilirdi. Onların teatrda yaratdıqları ənənələri indi də yaşayır, davam və inkişaf etdirilir”.

Yazını hazırladı:
Kənan HACI,
yazıçı-publisist

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Yanvar 2026 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see407

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see318

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see298

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see292

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see279

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see278

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see271

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see269

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see267

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see244

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see231

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see225

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see223

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see222

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see222

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see219

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see215

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see210

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see209

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri