Icma.az
close
up
RU
40 ildən sonra U 20 sevdası

40 ildən sonra U 20 sevdası

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Futbol üzrə gənclərin Dünya çempionatı yenidən Azərbaycanda keçirilə bilər

1985-ci il avqust günləri idi. İsti havalar kimi, “Neftçi”nin də çıxışı azarkeşlərin ürəyini sıxırdı – komanda SSRİ çempionatında ardıcıl üç matçda məğlub olmuş, Rostovda OİK (1:2), Moskvada “Spartak” (0:2) və Leninqradda “Zenit”dən (1:3) xal ala bilməmişdi. Düzdür, daha sonra Ruslan Abdullayevin yetirmələri 6 oyunluq məğlubiyyətsiz seriyaya da imza atdılar, amma bu artıq başqa söhbətin mövzusudur.

O günlərdə başqa futbol havası da vardı Azərbaycanda. Avqustun sonu – sentyabrın əvvəlində SSRİ-də gənclər arasında (U-20) Dünya çempionatı keçirilirdi və bir qrupun oyunları, həmçinin dörddəbir finalın bir qarşılaşması respublikamızda – Bakıda və hətta Sumqayıtda oldu. Azarkeşlər Meksika, Çin, Paraqvay, İngiltərə və Nigeriyanın gənc futbolçularının çıxışını izləyə bildilər.

Zaman keçdi, siyasi xəritələr dəyişdi, müstəqillik qazandıq. 40 il sonra artıq Azərbaycan dost və qardaş Özbəkistanla birlikdə 2027-ci ildə bu mötəbər turnirə ev sahibliyi etmək üçün namizədliklərini irəli sürürlər. Bu xəbəri ilk dəfə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iyulun əvvəlində Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən sonra mətbuata birgə bəyanatları zamanı açıqladı: “Azərbaycanın minifutbol üzrə yığmasını bir daha təbrik edirəm. Onlar Dünya çempionu oldular. Biz Azərbaycan futbolçularının uğurlarına sevinirik. Qərara aldıq FIFA-ya birlikdə müraciət edək ki, Azərbaycan və Özbəkistan bu kateqoriyada futbol üzrə Dünya çempionatını birgə təşkil etsinlər. Düşünürəm ki, bu, gənclərimiz üçün ortaq uğur olacaq”.

O zaman söhbətin konkret hansı yarışdan getdiyi açıqlanmasa da, bir neçə gün sonra hər şey aydınlaşdı. İki ölkə müxtəlif sahələrdə sıx əməkdaşlığı futbolda da davam etdirmək qərarına gəliblər. Xeyirli olsun!

***

Azərbaycan artıq bu cür böyük futbol tədbirlərinin təşkilində təcrübəli sayılır. Müstəqillik dövründə AVRO-2020-nin oyunları, UEFA Avropa Liqasının finalı, U-17 Avropa çempionatı və 17 yaşadək qızlar arasında Dünya çempionatına ev sahibliyi etmişik. Özbəkistan da bu mənada geridə qalmır – Asiyanın U-20 və U-23 çempionatları, futzal üzrə Dünya çempionatının keçirilməsi ölkənin təşkilatçılıq bacarığına olan inamı göstərir.

Bəli, Azərbaycan futbolda Avropanı, Özbəkistan isə Asiyanı təmsil edir. Özü də indiyədək U-20 Dünya çempionatı, eyni zamanda, birdən artıq ölkədə keçirilməyib. Azərbaycan və Özbəkistanın ortaq layihəsi sözügedən yarış üçün ilk təcrübə və iki qitənin təşkilatçılıq səylərinin birləşməsi, həm də futbolun qlobal ruhunu əks etdirən simvolik bir addım olacaq.

U-20 Dünya çempionatı özbəklərə də yad turnir deyil. Onlar gənclərin mundialında 5 dəfə iştirak edib, 2 dəfə də yarımfinala yaxınlaşıblar. 2024-cü ildə ilk dəfə Olimpiya Oyunlarının futbol turnirində təmsil olunublar. 2026-cı ilin Dünya çempionatı isə əsas milli komandaları üçün yeni tarix olacaq. Futbolçularının “Mançester Siti” (Abdukodir Xusanov) və “Roma” (Eldor Şomurodov) kimi klublarda oynaması ilə Özbəkistan futbolu adından daha çox söz etdirməyə başlayıb.

Ölkəmiz ev sahibi seçilsə, Azərbaycan komandası da ilk dəfə U-20 Dünya çempionatında iştirak hüququ qazanacaq. Amma futbolçularımızın vaxtilə SSRİ yığmasının heyətində bu yarışa qatılmaları danılmaz faktdır. 1979-cu ildə “Neftçi”nin 19 yaşlı oyunçuları İqor Ponomaryov və Vladimir Mixaylevski finalda Maradonalı Argentinaya qarşı mübarizə aparmışdılar. O vaxt Ponomaryov hesabı açsa da, oyunda sonuncu qola Dieqo özü imza atmışdı - 1:3. 1989-cu il mundialında isə 18 yaşlı Arif Əsədov SSRİ komandasının heyətində yer alsa da, meydana çıxmaq ona nəsib olmamışdı...

FIFA üzvlərinin 20 yaşadək futbolçulardan ibarət kişi milli komandaları arasında iki ildən bir təşkil edilən və hazırda rəsmən “FIFA U-20 Dünya kuboku” adlanan turnirin 1977-ci ildə Tunisdə keçirilən ilk yarışında da azərbaycanlı imzası var. Gənclər mundialının ilk hakimlərindən biri azərbaycanlı Eldar Əzimzadə olub!

***

Ümumi nəticələrə baxsaq, gənclər futbolunda cənubi amerikalıların aşkar üstünlüyü diqqəti çəkir. Argentinalıların altı, braziliyalıların isə beş U-20 Dünya çempionluğu var. Böyük futbolda hərəyə dörd Dünya kubokuna sahib İtaliyanın gənclər mundialında heç vaxt birinci olmaması, Almaniyanın yalnız uzaq 1981-ci ildə zirvəni fəth etməsi də turnirlə bağlı maraqlı faktlardandır.

FIFA U-20 Dünya çempionatını “sabahın super ulduzlarının turniri” kimi təqdim edir ki, bu da təsadüfi deyil. Vaxtilə gənclər mundialında əfsanəvi Dieqo Maradonadan (1979) başqa sonralar Azərbaycan millisinin baş məşqçisi olmuş Robert Prosineçki (1987), həmçinin Lionel Messi (2005), Pol Poqba (2013), Erlinq Haaland (2019) kimi futbolçuların ulduzu parlayıb – onlar turnirin “Qızıl top” və ya “Qızıl buts” mükafatlarını qazanıblar. Norveçli forvard 6 il bundan əvvəl Hondurasa 12:0 hesabı ilə qalib gəldikləri oyunda 9 qol vurması ilə də tarix yazıb!

Gənclərin Dünya çempionatı bu il də keçiriləcək – yarış bizə uzaq Çilidə olacaq. Sentyabr-oktyabrda 24 komandanın qatılacağı turnirdə bayrağı bizim rənglərə oxşayan Okeaniya təmsilçisi Yeni Kaledoniya da ilk dəfə qüvvəsini sınayacaq.

2027-ci ildə təşkil ediləcək növbəti U-20 Dünya çempionatı ev sahibinin müəyyənləşməsi ilə bağlı isə FIFA artıq bu il qərar verməlidir. Azərbaycan və Özbəkistan tandemi seçilsə, bu, “tarix təkrarlanır” ifadəsinin doğruluğunu bir daha sübut etmiş olacaq. Bu, həmçinin Azərbaycan futbolunun 1985-in ruhuna, o günlərin xatirəsinə qayıdışı deməkdir.

Rasim MÖVSÜMOV,
idman icmalçısı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 İyul 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see751

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see304

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see285

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see274

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see254

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see244

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see238

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see235

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see219

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see208

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see196

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see190

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see190

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see185

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see184

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see184

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see179

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see176

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see175

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri