Icma.az
close
up
RU
“42 ildir savadlı müəllim idim, 20 dəqiqədə oldum savadsız” İmtahandan narazılıq Video

“42 ildir savadlı müəllim idim, 20 dəqiqədə oldum savadsız” İmtahandan narazılıq Video

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Mədəniyyət Nazirliyi tərəfindən keçirilən attestasiya imtahanlarının nəticələri bəzi müəllimləri qane etməyib. İmtahandan kəsilən müəllimlər arasında 30 nömrəli Uşaq Musiqi Məktəbinin 22 müəllimi də var. 

Hurriyyet.az Xəzər TV-yə istinadən xəbər verir ki, şikayətçi müəllimlərin iddiasına görə, imtahanda istifadə edilən musiqi aləti işləməyib, imtahan deyilən saatdan xeyli gec başlayıb, suallar isə proqramdan fərqli olub. Odur ki, həmin müəllimlər barələrində verilən qərarla razı deyillər. 

30 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimləri bildiriblər ki, martın 2-si baş tutan attestasiya imtahanı qeyri-şəffaf keçirilib. Məlumata görə, təkcə bu məktəbdən 18 fortepiano müəllimi və 4 nəzəriyyə müəllimi imtahandan keçə bilməyib. Onların arasında 62 yaşlı pensiya yaşına bir neçə il qalmış işdən azad edilən müəllim - pedaqoq da var: “42 ildir savadlı müəllim idim, 20 dəqiqədə oldum savadsız. Saat 3-də başlanmalı imtahan 18:30-da başlayıb. Təzyiqim qalxıb...” 

20 ildən çox təcrübəsi olan, konsertmeyster kimi çalışan Ülviyyə Məmmədova deyir ki, tam cavablandırmadığı suallar da olub. Lakin ifasını nəzərə almamaqlarını ədalətsiz qərar hesab edir.

Nəticələrin onu təəccübləndirmədiyini deyən musiqi məktəbinin direktoru Zakir Əsədov isə bildirib ki, ümumi olaraq 48 müəllim attestasiyada iştirak edib, onlardan 4 nəzəriyyə, 18 fortepiano müəllimi imtahandan kəsilib. Həmin müəllimlərin məktəbdə fəaliyyətinə bu ayın 7-si xitam veriləcək.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən bildirilib ki, sözügedən müəllimlərin şikayəti üzrə nazirlikdə araşdırma aparılır. O da qeyd olunub ki, 650 nəfər attestasiya prosesindən uğurla keçib, 492 müəllim isə tutduğu vəzifəyə uyğun hesab edilməyib. Onlardan 37 nəfər Əmək Məcəlləsinin 79-cu maddəsinin təsir dairəsinə düşdüyünə görə əmək müqavilələrinə xitam verilməyəcək.

Həmçinin, yaşı 60-dan yuxarı olan, habelə ağır xəstəliklərdən əziyyət çəkən təxminən 40 nəfərə alternativ iş yeri təklif olunacaq. Attestasiyada 2 lehinə, 3 əleyhinə səslə tutduğu vəzifəyə uyğun hesab edilməyən 112 nəfər təlimlərə cəlb ediləcək və müəyyən müddətdən sonra təşkil olunacaq imtahanın nəticələrinə əsasən əvvəlki iş yerlərinə qəbul edilə biləcəklər. 

Daha ətaraflı videomaterialda: 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 04 Aprel 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Elgünün işi ilə bağlı rəsmi çağırış: Kimdə varsa, gətirsin

20 May 2025 14:19see183

BDU nun Psixoloji yardım sektoru Gənc istedadlar liseyində Sənin peşən, sənin gələcəyin adlı təlim keçirib

20 May 2025 10:51see133

Elgünün dostları və qohumları da dindirilib RƏSMİ AÇIQLAMA

20 May 2025 13:17see130

Bakı Quba yolunda zəncirvari qəza olub, ölən və yaralananlar var FOTO VİDEO

21 May 2025 06:36see124

Bakıdakı dünya çempionatına start verildi Azərbaycan Bəhreynə qarşı

21 May 2025 09:47see116

Bu kolbasalar böyrəkdə daş yaradır

20 May 2025 11:31see116

Bakıdan Tehrana və Təl Əvivə mesaj: Azərbaycan heç kimə hesabat vermir

20 May 2025 18:07see116

Texnologiya Universiteti ilə İRİA arasında kibertəhlükəsizlik sahəsində birgə əməkdaşlığa start verilir

21 May 2025 18:04see114

Bu meyvə ürəyin dərmanı imiş MÖCÜZƏ

20 May 2025 13:20see114

Azərbaycanda bir nəfərin aylıq xərci nə qədərdir?

21 May 2025 07:16see114

Qarabağ FCSB matçı Avropa Liqasının TOP 10 da

20 May 2025 21:07see114

NATO bu ölkədə əməliyyat mərkəzi yaradır

20 May 2025 18:10see114

Bakıda qadın avtobusda bıçaqla sərnişinləri hədələdi Video

20 May 2025 10:09see113

"İsrail özünü dostlarından təcrid edir"

20 May 2025 22:39see113

Dünən bank kartlarından oğurlanan vəsait açıqlanıb

20 May 2025 11:29see113

Ukrayna Rusiyanın mühüm zavodunu vurdu

21 May 2025 10:06see113

Məhkəmə dövlətə xəyanətdə ittiham olunan şəxsə ağır cəza verdi

20 May 2025 12:07see112

Lavrov: Rusiya və Ermənistan inamsızlıq məsələsini geridə qoyub

21 May 2025 19:43see111

Türkiyə minifutbol yığmasının baş məşqçisi: Bakıda möhtəşəm təşkilatçılıq var, hər şey yüksək səviyyədədir

21 May 2025 16:39see111

Sabunçu və Suraxanıda bu gün qaz olmayacaq

20 May 2025 08:48see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri