Icma.az
close
up
RU
“42 ildir savadlı müəllim idim, 20 dəqiqədə oldum savadsız” İmtahandan narazılıq VİDEO KONKRET

“42 ildir savadlı müəllim idim, 20 dəqiqədə oldum savadsız” İmtahandan narazılıq VİDEO KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Mədəniyyət Nazirliyi tərəfindən keçirilən attestasiya imtahanlarının nəticələri bəzi müəllimləri qane etməyib. İmtahandan kəsilən müəllimlər arasında 30 nömrəli Uşaq Musiqi Məktəbinin 22 müəllimi də var. 

KONKRET.az Xəzər TV-yə istinadən xəbər verir ki, şikayətçi müəllimlərin iddiasına görə, imtahanda istifadə edilən musiqi aləti işləməyib, imtahan deyilən saatdan xeyli gec başlayıb, suallar isə proqramdan fərqli olub. Odur ki, həmin müəllimlər barələrində verilən qərarla razı deyillər.

30 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimləri bildiriblər ki, martın 2-si baş tutan attestasiya imtahanı qeyri-şəffaf keçirilib. Məlumata görə, təkcə bu məktəbdən 18 fortepiano müəllimi və 4 nəzəriyyə müəllimi imtahandan keçə bilməyib. Onların arasında 62 yaşlı pensiya yaşına bir neçə il qalmış işdən azad edilən müəllim – pedaqoq da var:

“42 ildir savadlı müəllim idim, 20 dəqiqədə oldum savadsız. Saat 3-də başlanmalı imtahan 18:30-da başlayıb. Təzyiqim qalxıb…”

20 ildən çox təcrübəsi olan, konsertmeyster kimi çalışan Ülviyyə Məmmədova deyir ki, tam cavablandırmadığı suallar da olub. Lakin ifasını nəzərə almamaqlarını ədalətsiz qərar hesab edir.

Nəticələrin onu təəccübləndirmədiyini deyən musiqi məktəbinin direktoru Zakir Əsədov isə bildirib ki, ümumi olaraq 48 müəllim attestasiyada iştirak edib, onlardan 4 nəzəriyyə, 18 fortopiano müəllimi imtahandan kəsilib. Həmin müəllimlərin məktəbdə fəaliyyətinə bu ayın 7-si xitam veriləcək.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən bildirilib ki, sözügedən müəllimlərin şikayəti üzrə nazirlikdə araşdırma aparılır. O da qeyd olunub ki, 650 nəfər attestasiya prosesindən uğurla keçib, 492 müəllim isə tutduğu vəzifəyə uyğun hesab edilməyib. Onlardan 37 nəfər Əmək Məcəlləsinin 79-cu maddəsinin təsir dairəsinə düşdüyünə görə əmək müqavilələrinə xitam verilməyəcək.

Həmçinin, yaşı 60-dan yuxarı olan, habelə ağır xəstəliklərdən əziyyət çəkən təxminən 40 nəfərə alternativ iş yeri təklif olunacaq. Attestasiyada 2 lehinə, 3 əleyhinə səslə tutduğu vəzifəyə uyğun hesab edilməyən 112 nəfər təlimlərə cəlb ediləcək və müəyyən müddətdən sonra təşkil olunacaq imtahanın nəticələrinə əsasən əvvəlki iş yerlərinə qəbul edilə biləcəklər.

Daha ətaraflı videomaterialda: 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 Aprel 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see392

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see235

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see221

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see213

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see211

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see204

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see184

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see177

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see177

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see172

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see168

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see166

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see166

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see152

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see148

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see141

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see140

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see132

“Prob qoyublar da, tutsa, seksiyaları artıracaqlar” Foto

04 Yanvar 2026 11:57see130

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri