Icma.az
close
up
RU
Menu

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

“Həkim məsləhəti” rubrikamızda

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

Süni şirinləşdiricinin parçalanma məhsulu DNT yə zərər verə bilər

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini qadağan etmək niyyətindədir

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

Qızılın SON qiyməti

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

42 illik faydalı əməkdaşlıq

42 illik faydalı əməkdaşlıq

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

UNESCO-nun Ümumdünya İrs Komitəsinin üzvü seçilməsi Azərbaycanın növbəti diplomatik uğurudur

Azərbaycan növbəti diplomatik uğura imza atıb. Belə ki, bu günlərdə Parisdə Ümumdünya Mədəni və Təbii İrsin Qorunması üzrə 1972-ci il Konvensiyasına Tərəf Ölkələrin Baş Assambleyasının 25-ci sessiyası çərçivəsində UNESCO-nun Ümumdünya İrs Komitəsinin (ÜİK) 2025-2029-cu illər üzrə üzvlüyünə keçirilmiş seçkilərdə Azərbaycan Komitənin üzvü seçilib. Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda bildirilir ki, 21 üzv ölkədən ibarət olan Komitə UNESCO-nun Ümumdünya İrs Konvensiyasının həyata keçirilməsinə nəzarəti həyata keçirən əsas icra orqanıdır. Ciddi rəqabət şəraitində baş tutmuş seçkilərdə Şərqi Avropa regionu üçün ayrılmış 1 yer uğrunda ölkəmizlə birgə 5 ölkə mübarizə aparıb. Azərbaycan səsvermənin ilk mərhələsində 160 ölkədən 92-nin dəstəyini təmin edərək Komitəyə üzv seçilib.

Xatırladaq ki, Azərbaycan 2015-2019-cu illərdə də Komitənin üzvü olub və onun fəaliyyətinə əhəmiyyətli töhfələr verib. 2019-cu ilin iyul ayında Komitənin 43-cü sessiyasına ölkəmiz ev sahibliyi edib.

Heydər Əliyev tərəfindən 42 il əvvəl əsası qoyulan Azərbaycan - UNESCO əlaqələri

BMT-nin elm, təhsil və mədəniyyət sahəsində ixtisaslaşmış təşkilatı olan UNESCO-nun nizamnaməsi 16 noyabr 1945-ci ildə Londonda imzalanıb və  4 noyabr 1946-cı ildə 20 üzv dövlətdən ibarət UNESCO fəaliyyətə başlayıb. Hazırda UNESCO-nun 193 üzvü və 11 Assosiativ Üzvü var. UNESCO-nun üç əsas orqanı fəaliyyət göstərir: Baş Konfrans, İcraiyyə Şurası və Katiblik. Azərbaycan - UNESCO əlaqələrinin tarixi 42 il bundan əvvəl başlayıb. Onda Azərbaycan keçmiş ittifaqın 15 müttəfiq respublikasından biri idi və təbii ki, UNESCO-nın sıralarında təmsil olunmurdu. Ancaq həmin dövrdə Azərbaycanın rəhbəri olan uzaqgörən siyasətçi Heydər Əliyev mühafizəkar sovet rejiminin ideoloji buxovlarını aşaraq Azərbaycanın milli mədəniyyətinin inkişafına və onun dünyada tanınmasına böyük səy göstərirdi. Məhz Onun uzaqgörənliyinin, diplomatik məharətinin və əlbəttə ki, vətənpərvərliyinin nəticəsi idi ki, keçmiş sovet dönəmində Azərbaycan mədəniyyətinin dünya səviyyəsində tanınmasına geniş imkanlar yaranmışdı.  Belə fəaliyyətlərlə Heydər Əliyev böyük bir missiya yerinə yetirərək xalqın milli özünüdərk hissini gücləndirirdi. Heydər Əliyevin böyük səyləri sayəsində 1983-cü ildə Bakıda UNESCO-nun Şərq Xalça Sənəti üzrə Beynəlxalq Seminarı (Seminaire international sur l’art du tapis d’Orient) baş tutub və uğurla keçən bu tədbir UNESCO ilə Azərbaycan arasında əlaqələrin yaranmasında və ölkəmizin beynəlxalq səviyyədə tanınmasında mühüm rol oynayıb. Bunun canlı şahidləri də var. Azərbaycanın sabiq Baş naziri, sabiq xarici işlər naziri və UNESCO üzrə Milli Komissiyamızın ilk sədri səfir Həsən Həsənov 1983-cü ildə Bakıda keçirilən beynəlxalq seminarın təşkilat komitəsinin üzvü olub. Həsən Həsənov Şərq Xalça Sənəti üzrə ilk Beynəlxalq Seminarın 1983-cü ildə Bakıda keçirilməsinin və UNESCO-nun sabiq Baş direktoru Mbonun həmin seminarda iştirakının ölkəmiz üçün beynəlxalq arenaya qapı açdığını deyib. Bildirilib ki, həmin tədbirdə Heydər Əliyev tərəfindən A.Mboya xalça ustası və alim Lətif Kərimovun əl işi olan “Memar Əcəmi” xalçası hədiyyə olunub. Həmin xalça hazırda UNESCO-nun mənzil-qərargahında saxlanılır.

Heydər Əliyev 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıtdıqdan sonra da ölkəmizlə UNESCO arasında sıx əlaqələr qurulmasına böyük önəm verib. Onun Azərbaycan Prezidenti kimi 21 fevral 1994-cü il tarixində imzaladığı müvafiq Sərəncama əsasən UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası yaradılıb.

Böyük siyasətçi Heydər Əliyevin Azərbaycan-UNESCO əlaqələrinə verdiyi töhfələr unudulmur. 2023-cü il aprelin 28-də Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyi tərəfindən qurumun mənzil-qərargahında Azərbaycan-UNESCO tərəfdaşlığının 40 illiyi və Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə 1999-2009-cu illərdə UNESCO-nun Baş direktoru vəzifəsində çalışan Koişiro Matsuura (videokonfrans formatında), UNESCO İcraiyyə Şurasının sədri Tamara Rastovak Siamaşvili (videokonfrans), UNESCO-nun Xarici əlaqələr şöbəsinin müdiri Genc Seiti, təşkilatın Asiya şöbəsinin sabiq rəhbəri Vəfa Mustafayev və digər rəsmi şəxslər də qatılıblar. 2009-2017-ci illərdə UNESCO-nun Baş direktoru vəzifəsində çalışmış İrina Bokova iştirakçılara təbrik məktubu ünvanlayıb. Qonaqlar arasında A.Mbonun oğlu Mari Ami Mbo da olub. Bütün bunlar UNESCO səviyyəsində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə böyük ehtiramın əyani təsdiqidir.

UNESCO-nun ən fəal üzvlərindən biri

Müstəqil Azərbaycan 3 iyun 1992-ci il tarixində UNESCO-ya üzv qəbul edilib və qurumun ən fəal üzvlərindən biri kimi fəaliyyət göstərir. Qurumun sabiq və hazırda fəaliyyətdə olan rəsmilərinin də bildirdikləri kimi, Azərbaycan-UNESCO münasibətləri dinamik səciyyə daşıyır, indiyədək ölkəmiz tərəfindən təşkilatın mandatı çərçivəsində saysız-hesabsız layihələr reallaşdırılıb. Ölkəmizin bir sıra təşəbbüsləri, o cümlədən mədəniyyətlərarası dialoq və idman sahələri üzrə hazırladığı müvafiq qətnamə layihələri İcraiyyə Şurasında müzakirələrə çıxarılıb və üzv dövlətlər tərəfindən yekdilliklə qəbul olunub. Diqqətəlayiq haldır ki, Azərbaycanın UNESCO-nun fəaliyyətinin genişlənməsinə verdiyi töhfələri qurumun rəsmiləri də açıq şəkildə etiraf edirlər. Yuxarıda bəhs etdiyimiz tədbirə qatılan UNESCO-nun Xarici əlaqələr şöbəsinin müdiri Genc Seiti 1995-ci ildə UNDP ilə UNESCO-nun təhsil sahəsi üzrə birgə keçirdiyi layihə çərçivəsində Azərbaycana səfər etdiyini, mədəniyyətimizi tanıdığını və ölkəmizlə bağlı xoş xatirələrinin olduğunu bildirib. O, təşkilat ilə ölkəmiz arasında zəngin əməkdaşlığın mövcudluğunu, ölkəmizin ən fəal üzv dövlətlərdən biri olduğunu, təşkilatın qlobal prioritetləri - gender bərabərliyi və Afrika ilə bağlı layihələrə həmişə dəstək verdiyini, mədəniyyətlərarası dialoqu “Bakı Prosesi” və UNESCO-nun Mədəniyyətlərarası elektron platforması layihələri vasitəsilə təşviq etdiyini, UNESCO-nun İpək Yolları Proqramının bərpasında fəal iştirak etdiyini, idman nazirlərinin 7-ci Konfransına (MINEPS IV) ev sahibi seçildiyini və Qlobal Təhsil Koalisiyasını dəstəklədiyini diqqətə çatdırıb.

İndiyədək Azərbaycan UNESCO-nun əksər konvensiyalarına qoşulub və üzərinə düşən öhdəlikləri məsuliyyətlə yerinə yetirir. Ölkəmiz UNESCO-nun bir sıra alt qurumlarında da uğurla təmsil olunur. Eyni zamanda, respublikamızda ayrı-ayrı sahələr üzrə milli komitələr yaradılıb. Eləcə də Azərbaycanla UNESCO arasında qarşılıqlı fəaliyyətin hüquqi əsaslarını təmin edən sənədlər imzalanıb.

Heydər Əliyev Fondunun mədəniyyətlərarası dialoqa xüsusi töhfələri

Azərbaycanla - UNESCO arasında əməkdaşlıq əlaqələrinin genişlənməsində Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun mühüm rol oynadığını ayrıca qeyd etmək lazımdır. K.Matsuura Azərbaycan rəhbərliyinin, xüsusilə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın UNESCO-ya, həmçinin mədəniyyətə göstərdikləri qayğı və diqqəti yüksək qiymətləndirdiyini vurğulayıb. İ.Bokova məktubunda Prezident İlham Əliyevlə birgə iştirak etdiyi Mədəniyyətlərarası Dialoq üzrə Beynəlxalq Forum, Birinci vitse-prezident Mehriban Əliyevanın UNESCO-nun xoşməramlı səfiri olduğu müddətdə qızların təhsilinə göstərdiyi xüsusi qayğı, Azərbaycan ilə UNESCO arasında imzalanan Çərçivə Sazişi haqqında xatirələrini bölüşüb. Sabiq baş direktor Azərbaycan tərəfindən mədəniyyət və irs, biomüxtəlifliyin qorunması, təhsil, idman, mədəniyyətlərarası dialoq sahələri üzrə həyata keçirilən onlarla layihənin vacibliyindən söz açıb. O, Azərbaycan-UNESCO tərəfdaşlığının təşkilatın mandatının həyata keçirilməsi üçün potensial yaratdığına əmin olduğunu qeyd edib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ölkə daxilində tarixi mədəniyyət abidələrinin qorunmasını əhatə edən çoxsaylı layihələr reallaşdırır. Fond tərəfindən belə layihələr həmçinin ölkə hüdudlarından kənarda da həyata keçirilir. Məsələn, Fond  tərəfindən Bolqarıstanın Veliko-Tırnovo şəhərindəki “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun konservasiya və bərpası həyata keçirilib. Qoruğun bərpadan sonra açılışı 23 sentyabr 2016-cı il tarixində Bolqarıstanın Baş nazirinin, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə baş tutub.

Heydər Əliyev Fondu tərəfindən Vatikanda reallaşdırılan layihələrin sayı da çoxdur. 2016-cı il fevralın 23-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Vatikanda bərpa edilən Müqəddəs Marçellinio və Pietro katakombalarının açılışı olub. Açılış mərasiminə qatılan Mehriban xanım Əliyeva tədbirdə çıxış edib. Müqəddəs Pyotr Kilsəsinin Bazilikasındakı “Roma Papası I Leon ilə Hun imperatoru Atillanın görüşü” barelyefinin,  Vatikan Bazilikasındakı katakombalarda yerləşən “Tullius Zethus” məqbərəsinin, “Müqəddəs Komodiliya” katakombalarındakı mavzoleyin bərpası da Fond tərəfindən böyük uğurla həyata keçirilib.

Azərbaycan dövlətinin və Heydər Əliyev Fondunun mədəniyyətlərarası dialoqun gücləndirlməsinə verdiyi davamlı töhfələr UNESCO-da yüksək dəyərləndirilir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ölkəmizin zəngin mədəniyyətinin qorunması, öyrənilməsi və tədqiqində xidmətlərinə görə 2004-cü ilin sentyabr ayında UNESCO-nun şifahi və musiqi ənənələri sahəsində Xoşməramlı Səfiri adına layiq görülüb (2004-2022). Eyni zamanda, Azərbaycanın 3 maddi mədəni irs nümunəsi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bunlar aşağıdakılardır: “İçəri Şəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi” (2000);”Qobustan Qaya Sənəti Mədəni Landşaftı” (2007) və “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” (2019), Xınalıqların Mədəni Landşaftı və “Köç yolu” Marşrutu (2023), Azərbaycanın Hirkan meşəsi” (2023). Azərbaycanın 19 qeyri-maddi mədəni irs nümunəsi isə UNESCO-nun Qeyri-maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib.

Mübariz ABDULLAYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:232
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 26 Noyabr 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

15 Sentyabr 2026 11:23see420

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

15 Sentyabr 2026 12:22see238

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

15 Sentyabr 2026 13:01see220

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

15 Sentyabr 2026 03:39see213

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see213

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see210

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see205

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see201

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see199

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see188

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see187

Süni şirinləşdiricinin parçalanma məhsulu DNT yə zərər verə bilər

15 Sentyabr 2026 03:43see185

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

15 Sentyabr 2026 21:01see184

AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini qadağan etmək niyyətindədir

15 Sentyabr 2026 02:36see183

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

15 Sentyabr 2026 19:29see182

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

15 Sentyabr 2026 18:10see181

Qızılın SON qiyməti

15 Sentyabr 2026 09:23see180

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

15 Sentyabr 2026 21:41see173

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

15 Sentyabr 2026 18:33see170

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

15 Sentyabr 2026 21:30see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri