Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

44 gün: Müharibənin içindən

44 gün: Müharibənin içindən

Icma.az bildirir, Azvision portalına istinadən.

26 sentyabr 2020-ci il.
Səhər telefonum zəng çaldı.
Zəng edən evin sonbeşiyi, məndən beş yaş kiçik qardaşım Tahir idi. Xüsusi Təyinatlı Qüvvələrin mənsubu.
Telefonu açdım.
— Biz putyovka almışıq. Havalar isinəcək. Gəzməyə gedirik. Mamanı qoyma narahat qalsın. Amma havalar çox isti keçəcək.
Sözlərinin arasında qəribə bir rahatlıq vardı. Elə bil adi bir səfərdən danışırdı.
— Bilet almısız?
— Hə. Yəqin siz də məzuniyyətə çıxacaqsız bu günlərdə. İnşallah görüşərik. Ya elə, ya belə... Özünü qoru.
Bir anlıq susdum.
— Başın xarab olub, deyəsən. Gic-gic danışma.
Güldü.
— Öpürəm. Haqqını halal elə. Mamaya zəng edə bilmədim. Çox sual verəcək.
Sonra səsi dəyişdi.
— Mahir...
— Ay can...
— Allah utandırmasın bizi. Nə olur-olsun, özünü qoru. Səndən narahat qalacam. Sənə heç nə olmasın...
— Tahir...
Qəhər boğazımı sıxdı.
Bu, dünən əlindən tutub yeriməyi öyrətdiyim uşaq idi.
İndi isə özü harasa gedirdi.
Özü üçün yox, məndən nigaran qalırdı.
Bəs mən?
Mən içimdə nələr keçirirdim?
Səsimin boğulduğunu hiss etdirməmək üçün susdum. Bir neçə saniyə... sonra on saniyə... sonra uzun bir sükut.
Təxminən otuz saniyə sonra onun səsi məni bu sükutdan çıxardı:
— Di yaxşı, mən getdim. İnşallah qismət olar, orada görüşərik...
Telefon söndü.
Bir müddət ekrana baxdım.
Dünya başıma fırlanırdı.
— Allah qorusun... Allah utandırmasın... — dedim.
Amma artıq eşitmirdi.
Bəlkə də o gün ikimiz də bilirdik.
Sadəcə heç birimiz bunu dilə gətirmədik.
Həmin gün qəribə bir hisslə dolaşdım.
İllərdir gözlədiyimiz o ana artıq saatlar qalırdı.
İçimdə qürur vardı.
Amma qürurun yanında başqa bir hiss də vardı — böyük qardaşlığın ağır məsuliyyəti.
Günortaya yaxın qarşımdan bir əsgər keçdi. Məni görüb hərbi salam verdi.
Dayandım.
— Gəl bura.
Qarşımda farağat dayandı.
— Cənab mayor, əsgər Yunusov!
Bir qədər üzünə baxdım.
— Hansı rayondansan, Yunusov?
— Kürdəmirdən, cənab mayor!
— Qardaşın var?
— Xeyr, cənab mayor.
Bir addım yaxınlaşdım.
Əlimi çiyninə qoymaq, boynundan yüngülcə vurmaq, sonra da qucaqlamaq istədim.
Amma bir anda komandir olduğumu xatırladım.
Əlim havada qaldı.
Üzümü çevirdim və getdim.
Bəzən insanın içindən keçənləri rütbəsi də susdura bilmir.
Axşam düzülüşündən əvvəl zabit heyətini otağıma çağırdım.
Tapşırığım sadə idi:
— Hər kəs hərbi hissədən birbaşa evinə gedəcək. Evdə bazarlıq edəcək. Ailəsinə lazım olan hər şeyi qoyacaq.
Heç kim səbəb soruşmadı.
Bəlkə də hamı səbəbi bilirdi.
27 sentyabr 2020-ci il.
Gecə saat üç olardı.
Kazarmanın qarşısında oturub ulduzlara baxırdım.
Növbətçi əsgər pilləkənin kənarını süpürürdü.
Guya.
Əslində isə gözünün ucuyla mənə baxdığını görürdüm.
Mən də bunu görməzdən gəlirdim.
Yəqin özümü qəribə aparmışdım.
Tez-tez saatıma baxırdım.
Sanki zamanın içindən bir xəbər gözləyirdim.
Uzaqdan bir qaraltı göründü.
Yaxınlaşdıqca tanıdım.
İkinci bölüyün komandiri, kapitan Zeynalov Azad idi.
— Zeynalov, nə gəzirsən burda? Evin-eşiyin yoxdu?
— Yuxu getmədi, cənab mayor. Durdum gəldim. Turala da zəng elədim, o da gəlir.
Bir anlıq susdu.
Sonra:
— Cənab mayor, indi bir çay dəmlətdirim. Burada, sərin havada bir çay içək.
Növbətçini çağırdı.
Bir qədər sonra çay gəldi.
Saat beşə yaxın Tural da gəldi.
Birinci bölüyün komandiri, kapitan Zeynalov Tural.
Çay.
Bir az şirniyyat.
Sərin payız gecəsi.
Üç zabit.
Və heç birimizin bilmədiyi bir neçə saatlıq gələcək...
Söhbət edirdik.
Telefonum zəng çaldı.
Briqadanın qərargah rəisi idi.
Telefonu açdım.
Danışdıqca üzüm dəyişdi.
Azadla Tural bunu dərhal hiss etdilər.
Amma mən əslində bu zəngi dünən səhərdən gözləyirdim.
Telefonu bağladım.
İkisinə baxdım.
Heç nə izah etmədim.
Sadəcə bir söz dedim:
— Başladı.
Elə həmin an həyəcan siqnalının qulaqbatırıcı səsi gecənin sükutunu parçaladı.
Bir anda hər şey dəyişdi.
Azad telefonu çıxardı.
Tural da.
Zənglər başladı.
Əmrlər verildi.
Hərəkət başladı.
Bir saat sonra taborun bütün şəxsi heyəti parka, maşınlara doğru qaçırdı.
Əsgərlər bir-bir yanımdan keçirdilər.
Bəzilərinin üzündə həyəcan vardı.
Bəzilərində qorxu.
Bəzilərində isə qəribə bir sakitlik.
Mən onlara baxırdım.
Və o səhər ilk dəfə tam anlamıyla hiss etdim:
Bu, artıq sadəcə bizim gözlədiyimiz döyüş deyildi.
Bu səhər yüzlərlə, minlərlə ananın yuxusunun ərşə çəkildiyi səhər idi.
Bu səhər ataların telefon başında donub qalacağı,
qadınların pəncərəyə baxaraq yol gözləyəcəyi,
uşaqların “atam nə vaxt gələcək?” sualına cavab gözləyəcəyi səhər idi.
Bu səhər mənim də üstümə bütün ağırlığı ilə çökmüşdü.
Başladı.

Qırx dörd gün davam edəcək bir yolun ilk addımı atılmışdı.
Və biz hələ bilmirdik ki, bu yolun sonunda kimlər geri qayıdacaq...
Kimlər adımıza “qardaşım” deyə bilməyəcək...
Kimlərin adı isə bir daha heç vaxt sadəcə ad olmayacaq.
Onlar xatirəyə çevriləcəkdi.
26 sentyabrda “haqqını halal elə” deyən qardaşımın səsi isə həmin 44 günün içində mənimlə birlikdə addımlayacaqdı.
Mahir Hüseyn

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://azvision.az
archiveBu xəbər 27 Sentyabr 2026 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see321

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see293

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see270

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see266

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see251

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see246

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see246

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see237

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see222

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see215

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see203

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see197

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see194

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see191

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see190

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see183

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see178

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see177

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see176

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri