Icma.az
close
up
RU
“44 günlük zəfər tariximiz və 23 saatlıq tam qələbəmiz”

“44 günlük zəfər tariximiz və 23 saatlıq tam qələbəmiz”

Aznews.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

6 noyabr 2024-cü ildə AMEA A.A Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “44 günlük zəfər tariximiz və 23 saatlıq tam qələbəmiz” adlı tədbir keçirilib, tədbirdə institut əməkdaşları ilə yanaşı, şəhid ailələri, Vətən müharibəsi veteranları, ali məktəb tələbələri iştirak ediblər. Görüşdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tarix və Etnologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov diqqətə çatdırıb ki, Zəfər günü Azərbaycan xalqının ən möhtəşəm günü, hərb tariximizin zirvəsidir, eyni zamanda tariximizin yeni başlanğıcıdır. Hər bir Azərbaycan vətəndaşının torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən zəfərlə qürur hissi keçirdiyini vurğulayan professor K. Şükürov bildirib ki, bu qələbənin böyük əhəmiyyəti daim yüksək qiymətləndiriləcək, tədqiq olunacaq, öyrəniləcək tariximizdə əbədi qalacaqdır.
“Azərbaycan Respublikasının tarixi” şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Mais Əmrahov “44 günlük zəfər tariximiz və 23 saatlıq tam qələbəmiz” adlı məruzə çıxış edərək xatırladıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin dekabrında Vətən müharibəsinin yekunları ilə bağlı bir sıra sərəncamlar imzalayıb. Anım günü və Zəfər günü təsis edilib, Vətən müharibəsi şəhidlərinin xatirəsi 2020-ci il 4 dekabr tarixində saat 1200-da bütün ölkə üzrə bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın ərazi bütövlüyünün uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək üçün “YAŞAT” Fondu yaradılıb, “Vətən Müharibəsi Qəhrəmanı” adı, “Zəfər” və “Qarabağ” ordenləri, “Cəsur döyüşçü”, Suqovuşan, Xocavənd, Füzuli, Zəngilan, Qubadlı, Şuşa, Kəlbəcər, Ağdam və Laçının azad olunmasına görə medallar təsis edilib. Hazırda Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılır. 2020-ci ilin dekabrında keçirilən ilk Zəfər paradı isə Azərbaycanda xalqla hakimiyyətin birliyinin, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Ordusunun Müzəffər Baş Komandanı İlham Əliyevin apardığı siyasətin tam dəstəkləndiyinin nümayişinə çevrilib. 44 günlük Vətən müharibəsinin siyasi, iqtisadi, sosial, eləcə də geosiyasi əhəmiyyətindən danışan professor M. Əmrahov deyib ki, 2021-ci il iyunun 15-də Şuşa Bəyannaməsinin imzalanması ilə Türkiyə və Azərbaycan arasında əlaqələr müttəfiqlik səviyyəsinə yüksəlib, ölkəmizin dünya siyasətində mövqeyi daha da güclənib.
Tədbirdə 1994-cü ildə Murov döyüşlərində itkin düşmüş şəhid Mirzəyev Bafadar Əsədulla oğlunun anası Mirzəyeva Səkinə Eynulla qızı, polkovnik, Vətən müharibəsi qazisi Həmidov Məhərrəm Əliəşrəf oğlu, baş leytenant Cəfərov Süleyman, baş çavuş Məmmədov Elton, gizir Şərbət Mahmudov, baş çavuş Nurlan Babayev, xüsusi təyinatlı qüvvələrin giziri qazi Taleh Hüseynov, müddətdən artıq həqiqi hərbi qulluqçusu qazi Babaşov Ramal, komando, müddətdən artıq həqiqi hərbi qulluqçusu Quliyev Ziya, gizir Quliyev Rövşən Fərhad oğlu, əsgər Məmmədov Murad Ələmşah oğlu, əsgər Verdiyev Baba Fədail oğlu Zəfər Gününün tarixi əhəmiyyətindən, Vətən müharibəsində hərbçilərimizin göstərdikləri qəhrəmanlıqlardan danışıblar.
Tədbirdə Bakı Biznes Universitetinin tərcümə ixtisasının tələbələri Ağayeva Sevil Aydın qızı, Babuşova Aysel İlham qızı şeirlər səsləndiriblər, Bağırov Elvin Sərdar oğlu mahnılar ifa edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 14 Noyabr 2024 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nazim Bəydəmirli səhətində problem yaranıb Ombudsmana MÜRACİƏT

24 Aprel 2025 15:01see171

BDU da “Liderlik nədir? yeni nəsil yanaşma” mövzusunda tədbir keçirilib

24 Aprel 2025 18:14see136

Bakıda “Almatı prosesi”nin III Nazirlər Konfransı keçirilir YENİLƏNİB

24 Aprel 2025 14:57see131

Starmer Ukraynada yayadək atəşkəsin əldə olunacağına ümid edir

25 Aprel 2025 05:57see128

Özbəkistan Gülnarə Kərimovadan daha 95 milyon dolları geri aldı

24 Aprel 2025 13:21see126

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfində dəyişiklik edilib

25 Aprel 2025 10:53see125

Rusiyada Çeçenistandan olan kişilər tanış olmaqdan imtina edən qızlara hücum ediblər

24 Aprel 2025 18:14see123

CapCut un rəqibi var

25 Aprel 2025 04:01see122

Netflix in rəhbəri Hollivudun xilaskarını açıqladı

25 Aprel 2025 03:31see121

Tramp Kiyevi sülhə məcbur etməməlidir Rutte

24 Aprel 2025 18:15see121

Azərbaycan Bakı Tbilisi Qars vasitəsilə neft məhsullarının tədarükünü gündəmə gətirir

24 Aprel 2025 13:20see120

Bavariya Qalatasaray dan aldığı futbolçunu satacaq

25 Aprel 2025 01:00see118

Vyanada Məhəmməd Əsəd bəyin xatirəsi anılıb

24 Aprel 2025 16:44see118

Manatla bağlı acınacaqlı vəziyyət Bahalaşma qapıda…

25 Aprel 2025 06:30see117

Peruda beş min illik məzar tapılıb

26 Aprel 2025 04:38see115

Trampın ticarət savaşı ABŞ nəhəngini sarsıtdı: “Boeing” yeni müştəri axtarışında… KONKRET

24 Aprel 2025 18:02see115

Tarkan sükutunu pozdu

26 Aprel 2025 05:00see113

Papa bu gün dəfn olunacaq

26 Aprel 2025 08:51see112

Azərreyl in baş məşqçisi: “Komandamız üçün gözlənilən, lakin çətin bir qələbə oldu”

24 Aprel 2025 18:32see112

“Trabzonspor”un finaldakı rəqibi müəyyənləşdi

26 Aprel 2025 01:25see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri